Morgan Freeman. Həyatı və Ən Yaxşı Filmləri

 

Morgan Freeman 1937-ci il 1 iyunda ABŞ-ın Memphis
şəhərində anadan olub. Atası Morgan Porterfield bərbər, anası Mayme Edna xadimə olan Freeman uşaqlıq illərini ailəsinin tez-tez köçməsi səbəbindən ABŞ-ın müxtəlif ştatlarında keçirir. Nəhayət Chicago-ya yerləşən Morgan 8 yaşında ilk teatr təcrübəsini məktəbdə yaşayır. 12 yaşında Tennessee-də ştat səviyyəsində müsabiqədə 1-ci olan Freeman bir neçə il sonra Jackson aktyorluq universitetində pulsuz dram təhsili təklifi alır amma imtina edərək Hərbi Hava Qüvvələrinə könüllü yazılır.



  Hərbi təhsilinin ardından Los Angeles-ə köçən aktyor burada həvəskar yazıçı kimi işləməyə başlayır. 4 il sonra - 1964-cü ildə Freeman-ın aktyorluq karyerası başlayır. Hollywoodun ən sönük illərində bir çox serial və kiçik büdcəli filmlərdə xırda rollar ifa edən Morgan-ın məşhurlaşması 1987-ci ildə olacaqdı. Uğursuz Street Smart filmindəki uğurlu ifası ilə ilk Oskar namizədliyini qazanan aktyor 2 il sonra Hollywoodda hamının tanıdığı simaya çevrilir.



  Əvvəlcə Lean on Me filmindəki baş rolu ilə bəyənilən Morgan Denzel Washington-la birlikdə çəkildiyi siyasi motivli Glory filmi və ondan qısa müddət sonra işıq üzü görən, aktyora dünya şöhrəti gətirən 4 Oskarlı Driving Miss Daisy ilə istedadını hamıya göstərir və arzulanan aktyorlardan birinə çevrilir. Sonuncu ilə 2-ci Oskar namizədliyini alan aktyor ilk Qızıl Qlobusunu qazanır.



  90-cı illərdə şedevr filmlər Eastwood-un Unforgiven, Darabont-un Shawshank Redemption, Fincher-in Se7en-ində əsas və köməkçi rollar ifa edən Freeman Shawshank Redemption ilə 3-cü dəfə Oskara namizəd olur. 10 il sonra aktyorun Oskar həsrəti nəhayət bitir. Eastwood ilə növbəti dəfə işləyən aktyor möhtəşəm Million Dollar Baby filmi ilə köməkçi aktyor nominasiyasında Oskarı qazanır. Morgan son Oskar namizədliyini də Eastwood ilə işlədiyi dahi şəxsiyyət Nelson Mandela-nın bioqrafiyası Invictus filmi ilə qazanır.



  1967-ci ildə Jeanette Adair Bradshaw ilə evlənən aktyor 13 il sonra boşanır, 1984-cü ildə isə Myrna Colley-Lee evlənən Freeman-ın bu evliliyi 26 il davam edir. Aktyorun ilk evliliyindən 2 övladı var. Oğlu Alfonso Freeman da aktyordur.


Alfonso Freeman

  İdarəedici və müdrik personajları uğurla oynaması ilə tanınan Morgan Freeman 1997-ci ildə Empire jurnalının "Ən yaxşı 100 kino ulduzu" səsverməsində 31-ci yerdə idi. 2008-ci il 3 avqustda keçirdiyi avtomobil qəzası ilə fanatlarını qorxutmuşdu Morgan. Dini inancı soruşulduqda aktyor belə cavab vermişdi: "Əksi isbat olunana qədər elmin sübut etdiklərinə inanıram."



  Sevimli filmləri King Kong (1933), High Noon (1952), Moulin Rouge! (2001) və Outlaw Josey Wales (1976) olan Freeman-ın ən yaxşı 13 filmini təqdim edirik.
















13. Bruce Almighty













12. The Bucket List














11. Lucky Number Slevin














10. Gone Baby Gone













9. Invictus














8. Amistad














7. Glory














6. Driving Miss Daisy















5. Dark Knight seriyası














4. Se7en














3. Unforgiven














2. Shawshank Redemption













1. Million Dollar Baby



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder