Requiem for a Dream Filminin Orijinal Analizi


  2000-ci ildə rejissor Darren Aranofsky-nin sayca ikinci
uzun-metrajlı filmi Requiem for a Dream ekranlara çıxır. Psixoloji cəhətdən ən ağır filmlərdən hesab olunan Requiem for a Dream haqqında mistik üslubu ilə tanınan gənc rejissorun ilk dəfə özünü dünyaya sübut etdiyi filmidir demək olar. Narkotik asılılığının nəticələrinin ələ alındığı film dərin psixoloji məqamları, fərqli çəkiliş tərzi və məşhur soundtrack-i ilə bütünlükdə göz doldurur.


  8,4 IMDb və 68 Metascore xalına malik olan film Ellen Burstyn-in uğurlu ifası ilə Oskar mükafatına da namizəd olmuşdur. Burstyn əslində ilk dəfə rejissor ona baş rol təklif edərkən ssenarini oxuyub dəhşətə gəlmiş və roldan imtina etmişdi. Daha sonra Aranofskinin Pi (1998) filmini izləyən aktisa fikrindən daşınır və filmə çəkilməyə razılaşır.


  Burstyn-in qocalıq haqqındakı emosional monoloqunun çəkilişləri zamanı operator Matthew Libatique səhvən kameranı başqa istiqamətə sürüşdürür. Rejissor Aronofsky çəkilişi dayandıraraq kamera arxasına keçir və başa düşür ki, Libatique bu səhvi qəsdən edib, çünki aktrianın ifası onu o qədər təsirləndirmişdi ki, ağlayıb kameranın şüşəsini buğlandırmışdı. Ellen Burstyn özü də bir müsahibəsində bildirmişdi ki, bu onun ən uğurlu ifasıdır.

  Aktrisanın müəyyən səhnələri çəkmək üçün üstünə kamera quraşdırılması ilə yanaşı, çəkisini fərqli göstərmək üçün 4 fərqli xüsusi kostyum geyinir və 9 fərqli parik istifadə edirdi. 


  Filmin çəkilişlər üçün digər aktyorlar da bəzi fədakarlıqlar etməli olmuşdular. Baş rol aktyoru Jared Leto bu film üçün 11kg arıqlamışdı və roluna hazırlaşmaq üçün bir müddət Brooklyn-də real heroin istifadəçiləri ilə dostluq etmişdi. Bundan əlavə, rejissor daha sarsıdıcı həsrət effekti əldə edə bilmək üçün Jared Leto və Marlon Wayans-dan 30 gün müddətində cinsi əlaqədən və şəkər istifadəsindən uzaq durmalarını istəmişdi. 



  Bu filmdə köməkçi rol aktrisası kimi qarşımıza çıxan bəyənilən aktisa Jennifer Connelly isə modelyer Marion personajına bütünlükdə daxil olmaq üçün filmdəki geyimlərini özü dizayn etmişdi.
  Harry və Marion personajlarının telefonla danışdıqları səhnə faktiki reaksiyaları əldə edə bilmək üçün canlı telefon bağlantısı ilə eyni film setinin müxtəlif hissələrində eyni vaxtda çəkilmişdi. 



  Maraqlı faktlardan biri də odur ki, heroin sözü filmdə heç bir səhnədə istifadə olunmamışdı. 
  Sarah Goldfarb personajı metroda gedərkən tanımadığı insanlara televizora çıxacağını dediyi səhnədə ona "Ağlını itirmisən." deyən kişi Darren Aronofsky-nin atası idi.


  Harry və Tyrone-ın narkotik əldə etmək üçün Floridaya getmələri gərəkdiyini öyrəndikləri səhnədə istifadə olunan portağal daşıyan yük maşını təsadüfi deyildi. Godfather(Xaç atası) filminə bir işarə göndərən rejissor burada portağalı baş verəcək pis hadisələrin işarəsi kimi görtərir. Bilindiyi kimi, Xaç atası filmində portağal görünən bütün səhnələrdə kimsə ölürdü. 


  Son olaraq, filmin əfsanəvi soundtrack-i sonralar The Lord of the Rings: The Two Towers, The Da Vinci Code, I am Legend, Man on Fire, Sunshine və s. kimi  filmlərdə  və  bir çox reklam kampaniyasında istifadə olunmuşdu.

Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder