Kevin Spacey etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Kevin Spacey etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster


1995-ci ildə Bryan Singer-in şah əsəri - klassiklərdən olan Usual Suspects


  1999-cu ildə Skyfall, Road to Perdition, Revolutionary Road
kimi filmlərin də rejissoru olan Sam Mendes ilk uzun-metrajlı filmi American Beauty-ni çəkir. Film musiqiləri, ssenarisi və öyrəşilmiş ailə temasının əksinə orijinal personajları ilə şübhəsiz kino tarixinin ən yaxşılarındandır.



  İlin filmi, ən yaxşı aktyor, rejissor, orijinal ssenari və operator nominasiyalarında Oskarı qazanan filmin 719 min səs əsasında 8,4 IMDb xalı var. 15 milyon dollar büdcə ilə çəkilən film kinoteatrlarda böyük maraqla qarşılanır və ümumi gəliri 336 milyon dollar olur.



  Debüt filminə prodüserlərdən Steven Spielberg-in məsləhəti seçilən rejissor Sam Mendes-dən əvvəl Monty Python and the Holy Grail filminin də rejissoru olan Terry Gilliam düşünülmüşdü. Mendes baş rollar Lester və Carolyn üçün Kevin SpaceyAnnette Bening-in elə ilk seçimi olduğunu söyləyən rejissorun siyahısında Lester rolu üçün Tom Hanks da var idi. Rejissor Hanks-la sonrakı filmi Road to Perdition-da birlikdə işləyir. Kevin Costner, Woody Harrelson, John Travolta, Bruce Willis də Lester obrazı üçün siyahıda olanlardan idi.



  Filmdəki personajların dəyişkən xarakterini vurğulamaq üçün Mendes 2 gənc personaj Jane və Angela-nın makiyajlarından istifadə edir. Filmdə hər növbəti səhnədə Jane daha az, Angela isə daha çox makiyajdan istifadə edirdi. Filmin qəribə personajlarından Nicky-nin əl kamerası ilə çəkdiyi bütün kadrları əslində Mendes özü çəkirdi. Rejissoru Wes Bentley (Nicky)-in əl dublyoru kimi filmdə də görürük.



  Filmdə Mendes-in 13 il sonra çəkəcəyi Skyfall filminə də dair maraqlı işarə var. Lester və Carolyn maşınla basketbol matçına baxmağa gedəndə Lester James Bond filminə baxa bilmədiyinə görə şikayətlənirdi.



  İfası ilə 2-ci Oskarını qazanaraq karyerasının zirvəsinə çıxan Kevin Spacey filmin uğurunun memarlarından idi. Aktyorun filmdə maşında göründüyü bütün səhnələrdə oxuduğu mahnılar və dedikləri öz sözləri idi. Mendes Spacey-ə bu səhnələrdə sərbəstlik vermişdi. Bir səhnədə Lester restoranın həyətində siqaret çəkəndə Carolyn onu çağırır və bu zaman Spacey-in güldüyünü görürük. Bu gülüş həqiqətən o anda olmuşdu və filmdən çıxarılmır.



  Nicky obrazını canlandıran, InterstellarHunger Games filmlərindən də tanıdığımız Wes Bentley filmdəki səhnələrini bir dəfədən sonra anlasa da dayanmadan dəfələrlə oxuyaraq hamının diqqətini çəkirdi. Qəribə personaj üçün ilk düşünülən aktyor isə Jake Gyllenhaal idi.



  4 Oskar namizədliyinin 2-cisini American Beauty ilə əldə edən məşhur aktrisa Annette Bening-in ana obrazı filmin ən bəyənilən personajlarından olur. Carolyn obrazının filmdə dinlədiyi Dr. Alan Ball əslində ssenarinin müəllifinə işarə idi. Evi sata bilmədiyinə görə qışqırdığı məşhur səhnə isə sadəcə 1 cəhddə çəkilmişdi.



  Lester ilə Carolyn-in qızı Jane-i canlandıran Thora Birch-dən əvvəl rol üçün oynaması az qala reallaşan Jessica Biel düşünülmüşdü. Birch-in film çəkilən vaxt 17 yaşını tamamlaması və bir səhnədə qısa müddət çılpaq görünməli olması ailəsindən icazə almaq zəruriyyətini yaradır. Həmin səhnə çəkilərkən aktrisanın valideynləri və bir neçə qohumu o otaqda idi.



  Kirsten Dunst, Sarah Michelle Gellar, Brittany MurphyKatie Holmes kimi məşhurlar Lester-in aşiq olduğu qızının rəfiqəsi Angela üçün Mena Suvari-dən əvvəl düşünülənlər idi. Filmin afişasındakı əl və qarın isə zənn edilən kimi Suvari-nin yox model və aktrisa Chloe Hunter-in idi. Suvari eyni il içində American Pie komediya filmində də oynayaraq bir ildə adında American olan 2 filmdə oynayan ilk aktrisa olur.



  Digər qəribə obraz Nicky-nin atası Colonel-i canlandıran Oskarlı aktyor Chris Cooper personajını ilk dəfə oxuyanda belə bir rol üçün ona təklif edildiyi üçün olduqca əsəbiləşir. Yalnız həyat yoldaşının onu razı salmasından sonra aktyor filmdə oynamağı qəbul edir. Ssenarinin ilk formasında obrazın adı Frank idi və ona daha geniş yer ayrılmışdı. Belə ki, Frank Vyetnam müharibəsində şəhid düşən homoseksual zabit olacaqdı.



  American Beauty ilə 1962-ci ildə Stanley Kubrick-in çəkdiyi Lolita filmi arasında əlaqələr var. Alan Ball ssenarini yazarkən Vladimir Nobokov-un Lolita romanından ilham aldığını söyləmişdi. American Beauty-də Lolita ilə oxşar situasiyada olan Angela-nın soyadı Hayes-dir. Lolita-nın soyadı isə Haze idi (tələffüzləri demək olar eynidir). Bundan başqa yenə oxşar situasiya daxilindəki Lester Burnham-ın adındakı hərflərin yerini dəyişsək Humbert learns (Humbert öyrənir) alarıq. Humbert isə filmdə Lolita-ya vurulan professor idi.



  Ricky restoranda işləyərkən gördüyümüz barmen filmin prodüseri Bruce Cohen idi. Filmə görə ilk və tək Oskarını qazanan Cohen daha sonra MilkSilver Linings Playbook filmlərinə görə də prodüser kimi Oskara namizəd olur.

  Ssenaridə 2 vacib məqam dəyişdirilmişdi. Orijinal ssenaridə Lester Angela ilə birlikdə olurdu. Bunun əsas personajın imicini zədələyəcəyini düşünən çəkiliş heyəti səhnəni filmdəki kimi dəyişdirir. Əsas dəyişiklik isə Lester-in ölümü ilə bağlı idi. Jane Nicky-ə 3000 dollar verəcəkdi və Nicky Lester-i öldürəcəkdi. Jane və Nicky məhkəməyə çıxacaq əsas sübut isə Nicky-nin əl kamerası ilə bu söhbəti çəkməsi olacaqdı.
  
          


  Əsl adı Kevin Spacey Fowler olan Kevin Spacey
  

  Gənc və perspektivli rejissor David Fincher-in Fight Club filmini