Back to the Future (Geleceye Dönüş) Filminin Orijinal Analizi


   1985-ci ildə məşhur Forrest Gump filminin də rejissoru olan Robert Zemickis-in ilk əks-səda doğuran filmi Back to the Future çəkildi. Birlikdə görməyə öyrəşmədiyimiz komediya və elmi-fantastika janrlarının qarışığı olan film əsasən də komediya janrında ən yaxşılardan sayılır.




  4 nominasiyada Oskara namizəd olan film ən yaxşı səs effekti nominasiyasında mükafatı qazanmışdı. 8,5 İMDb xalı ilə reytinqdə 50-ci yerdə qərarlaşan film çəkildiyi ilin ən çox gəlir gətirən filmidir.



  Filmin ssenarisi rejissor Zemickis və Bob Gale tərəfindən yazılmışdı. Filmə prodüser tapana kimi ssenari 40 dəfə rədd edilmişdi. Nəhayət Steven Spielberg-in əlinə keçən ssenari olduqca bəyənilir və film çəkilə bilir.



  Filmdə bir alimin icad etdiyi zaman maşını ilə müxtəlif illərə səyahət edən cavan oğlanın sərgüzəştləri səhnələşdirilir. 2-ci və 3-cü bölümü də çəkilən məşhur filmin ən bəyəniləni 1-ci hissə olmuşdu.



  Məşhur Marty McFly obrazını Michael J. Fox canlandırır. Bu rol üçün olduqca bəyənilən aktyordan əvvəl Johnny Depp də kastinqə qatılmış amma imtina edilmişdi. C. Thomas Howell, John Cusack kimi məşhurlar da bu obraz üçün düşünülmüşdü. Ralph Macchio isə roldan maşınlar, uşaqlar və nüvə silahı haqqında olduğunu zənn etdiyi üçün imtina etdiyini açıqlamışdı.



  Filmdəki əyləncəli alim obrazını isə sanki bu rol üçün doğulmuş olan Christopher Lloyd canlandırır. Dr. Emmett Brown obrazı üçün daha əvvəl John Lithgow, Dudley Moore, Jeff Goldblum, James Woods kimi aktyorlar düşünülmüşdü. Lloyd öz obrazını Albert Einstein və Leopold Stokowski-ni sintez edərək formalaşdırdığını söyləmişdi.



  Lloyd-un həmişə Zemickis-dən filmin Antik Romada keçən 4-cü hissəsini çəkməsi istədiyi məlumdur. Lakin rejissor bunu etmədi.



  Filmdə hadisələrin mərkəzində isə DeLorean markalı maşın dayanır. Çəkilişlər zamanı yalnız 3 real DeLorean-dan istifadə edilmişdi. Filmin yayımlanmasından sonra ssenaristlər modelin yaradıcısı John DeLorean-dən təşəkkür məktubu almışdılar.



  Martin-in anasını Lea Thompson canlandırırdı. Çəkilişlər zamanı 23 yaşında olan aktrisanın 47 yaşında görünməsi üçün 3 saat makyaj edilmişdi.



  Həmçinin Fox həmin vaxt anasını canlandıran Thompson-dan sadəcə 10 gün balaca idi. Atasını canlandıran Crispin Glover-dan isə 3 yaş böyük idi.



  Jennifer Parker-i canlandıran Claudia Wells-in növbəti bölümlərdə oynamamasının səbəbi aktrisanın anasının qəfil ağır xəstəliyə tutulması idi. Növbəti bölümlərdə obrazı Elisabeth Shue canlandırdı.



  Filmin yeganə mənfi personajı Biff Tannen üçün ilk düşünülən aktyor isə Tim Robbins idi.



  Film əsasən ssenarisinin orijinallığı və o vaxta qədər bu tipli bir filmin olmaması səbəbilə ABŞ-da böyük rəğbətlə qarşılandı. 2010-cu il 5 noyabrda yüzlərlə film fanatı Puente Hills Mall-a toplanaraq filmin 25-ci ilini qeyd etmişdilər. Məhz burada şəhərin bələdiyyə başqanı 26 oktyabr tarixini Gələcəyə Dönüş günü kimi elan etdi.



  Zemickis film üçün şirkət axtaranda Walt Disney-ə də ssenarini aparmışdı. Lakin rəhbərlik ananın oğluna aşiq olması hissəsini etik hesab etməyərək ssenarini istəmədi.


  Filmdəki Doc model kamazın arxasında belə bir qara yumor ifadəsi var idi: "Bir nüvə bombası bütün bir gününüzü məhv edə bilər." 

  Aşılış səhnəsində prodüser Spielberg-dən yaxın dostu Stanley Kubrick-ə bir mesaj da var. Doktorun evindəki elektrogitarın mexanizminin üzərində bir çox Kubrick filmlərində istifadə olunan "CRM 114" yazısı vardır.



  Filmin adının son anda dəyişdirilməsi də maraqlı faktlardandır. İlk adı "Plutoon Spaceman" idi.


Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder