Pianist Filminin Orijinal Analizi


  2003-cü ildə Schindler's ListLife is Beautiful filmlərindən sonra
alman-yəhudi soyqırımı mövzusunda növbəti şedevr film Pianist işıq üzü görür. Vacib 7 nominasiyada Oskara namizəd olan film ən yaxşı aktyor, ən yaxşı rejissor və ən yaxşı uyğunlaşdırılmış ssenari nominasiyalarında mükafatı qazanır. 8,5 IMDb xallı film reytinqdə də 44-cü yerdədir.



  Filmin rejissoru Chinatown, Rosemary's Baby kimi filmlərin rejissoru Roman Polanski idi. Yəhudi olan rejissor filmdəki bir çox səhnəni şəxsən yaşamışdı. Filmi bioqrafiyası çəkilən Wladyslaw Szpilman-ın və şəxsi təcrübələrinin qarışığı kimi səhnələşdirdiyini söyləyən rejissor Xarkovdakı çəkilişlər zamanı müharibə dövründə ailəsinə kömək edən ukraynalı ailə ilə görüşmüşdü.



  Filmdə Szpilman-ın başına gəldiyi şəkildə Polanski-nin də ailəsi ikiyə bölünmüş, 2 fərqli toplama düşərgəsinə yollanmışdı. Real Szpilman-ın nəvəsi Daniel Szpilman-ı filmdə görə bilərik. Toplama düşərgəsindəki epizodik obrazlardan biri idi.



  Wladyslaw Szpilman personajını canlandıran Adrien Brody filmdən öncə hər şeyini itirmiş insan obrazını yaxşı mənimsəmək üçün maşınını satır, qaldığı evi tərk edir və uzun müddət TV izləmir. İfasına görə Oskar qazanan aktyor mükafatı 29 yaşında qazanmaqla bunu edən ən gənc aktyor olur. 



  Xüsusi diet vasitəsilə çəkilişlər müddətində 14 kq arıqlayan aktyor sonda 73 kq-da qalır. Bu rol üçün 1400-dən çox aktyorun kastinqə qoşulduğu açıqlanmışdı. Polanski Brody-nin Affair of the Necklace filmindəki ifasını gördükdən sonra onu seçdiyini açıqlamışdı.



  Brody-nin mükafatları həmçinin maraqlı təsadüfləri ilə diqqəti cəlb edir. Yalnız Adrien Brody və Marion Cotillard eyni ifaya görə həm Oskar həm də Sezar mükafatlarını qazanıb (Cotillard La Mome filmindəki ifasına görə). Həmçinin yalnız Brody və Marcia Gay Harden Golden Globe, BAFTA, SAG və Critics Choise mükafatlarının heç birini qazanmadan Oskar qazanmışdı (Harden mükafatı Pullock filmindəki ifası ilə qazanmışdı).

  Brody-nin Oskar sevinci görülməyə dəyər.



  Film haqqında digər maraqlı fakt içində heç bir fransız sözü olmamasına baxmayaraq Fransanın milli film mükafatı Sezar-ı alması idi.


ADRİEN BRODY OSCAR MÜKAFATINI ALARKƏN

                            


Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder