Life is Beautiful (Həyat Gözəldir) Filminin Orijinal Analizi

    


  Film dünyasında bir çoxlarına mövzu olmuş II Dünya Müharibəsi mövzusunda
ən qiymətli ekran əsərlərindən biri də İtaliya istehsalı La vita è bella (Həyat Gözəldir) filmidir. ABŞ-da Life Is Beautiful adı ilə kinoteatrlarda göstərilən film xarici filmlərin Akademiya mükafatına adətən, təkcə ən yaxşı xarici dildə film nominasiyasında namizəd göstərilməsinə baxmayaraq, ən yaxşı film də daxil olmaqla 7 nominasiyada namizəd göstərilmiş və ən yaxşı xarici dildə film, ən yaxşı baş rol aktyor və ən yaxşı musiqi nominasiyalarında mükafata layiq görülmüşdür. Rejissoru RobertoBenigni`nin baş rolu da ifa etdiyi film eyni zamanda,  1998-ci il Cannes Film Festivalında da əsas mükafatı qazanmışdı.



     Bu mövzuda digər filmlərdən fərqli olaraq bu film, müharibə ilə bu qədər yaxından əlaqəli olmasına baxmayaraq, müharibənin qaranlıq və vəhşi tərəflərini yox,  daha çox emosional tərəfini ələ almışdır. Ağıllı, zarafatcıl, xəyal gücü geniş bir yəhudi olan Guido və ailəsinin yarı şən, yarı hüznlü həyat hekayəsinin bəhs edildiyi filmdə bir atanın oğlu üçün edə biləcəyi sonsuz fədakarlıqlar sadə dildə tamaşaçıya göstərilir. Filmdə Guido`nun xanımı Dora personajını da Roberto Benigni`nin həyat yoldaşı Nicoletta Braschi canlandırır.



 Yəhudi olmasa da, əri və oğlunun əsir düşərgəsinə aparılmasına göz yuma bilməyən Dora onu da əsir olaraq aparmaları üçün israr edir. Düşərgədə onların yanına gedə  bilməsə də Guido oğlunun bütün bu olanlardan təsirlənməməsi üçün hər şeyin bir oyun olduğunu və qaydalara riayət edərək 1000 xalı toplayanın sonda böyük mükafat olan tankı qazana biləcəyini deyir.


      Roberto Benigni filmin adının komunist lideri Leon Trotsky ilə bağlı olduğunu deyir. O, Meksikada sürgündə olduğu zaman Stalinin sui-qəsdçiləri tərərfindən öldürüləcəyini bildiyi halda, uzaqdan xanımını gördü və bütün bunlara baxmayaraq, “həyat gözəldir” dedi.



 Filmin bir səhnəsində Guido və dostu Ferruci yatmazdan əvvəl alman filosofu Arthur Schopenhauer haqqında bir neçə zarafat edirlər. Maraqlı məqam isə, bu filosofun AdolfHitlerin ən sevdiyi yazıçı olması idi.



 Roberto Benigni`nin Oscar mükafatı qazanması ilə əlaqəli bir neçə maraqlı məqam vardır. Akademiya tarixində bir aktyorun öz rejissorluğu altındakı performansı ilə ən yaxşı baş rol aktyor mükafatını alması bununla ikinci dəfəydi. İlk dəfə 1949-cu ildə LaurenceOlivier Hamlet filmi üçün bu mükafatı almışdı.



 Eyni zamanda, tamamilə italyanca bir performans ilə ən yaxşı baş  rol aktyor mükafatını da ilk dəfə Benigni almışdı. Daha əvvəl, 1961-ci ildə SophiaLoren Two Women filmində tamamilə italyanca performans ilə ən yaxşı baş rol aktrisa mükafatını almışdı.



 Son olaraq, Roberto Benigni ən yaxşı xarici dildə film oscarını qazandığı zaman çox həyəcanlı idi. Adını eşidən zaman stulunun üstünə çıxmış, daha bir neçə stulun üstündə gəzmiş və səhnəyə qədər qaçaraq və tullanaraq getmişdi.

                         
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder