səhnələşdirildiyi filmlərin çox da böyük nailiyyətlər əldə edə bilmədiyi qəbul olunmuş reallıqdır. Bu cəhətdən IMDb siyahısında 27-ci yerdə qərarlaşmış Birləşmiş Krallıq filmi Leon, ən vacib istisnalardan biridir. Akademiya mükafatlarına namizəd ola bilməyən film, keyfiyyəti və əla qurğulu səhnələri ilə keyfiyyətini göstərir.
Filmdə
özünəməxsus qaydaları və yaşayış tərzi olan professional killer Leon-un (Jean Reno) təsadüfən rastlaşdığı kiçik qız Mathilda (Natalie Portman) ilə psixoloji
və emosional münasibətləri və qaranlıq polis qüvvələrə qarşı mübarizəsi səhnələşdirilir.
Leon
filmi Hollivudun sayılıb seçilən aktrisası Oskar mükafatlı Natalie Portman-ın
ilk filmidir. Kastinqə qatıldığında 11 yaşı olan Portman-ın filmin
premyerasında artıq 14 yaşı var idi. Əslində Portman ilk dəfə kastinqə gələndə
çox kiçik olması səbəbilə kastinq rejissoru Todd Thaler ondan imtina edir. Daha
sonra aktrisa yenidən kastinqə qoşulur və Mathilda-nın kiçik qardaşının ölümünə
ağladığı səhnəni ifa edir. Bu ifadan çox təsirlənən filmin rejissoru Luc Besson bu rola Portman-ı qəbul edir.
Portmanın ailəsi
olduqca konservativ xarakterdə idi. Mathilda personajının siqaret çəkdiyi səhnələrdə
ailənin xüsusi tələbləri var idi. Filmdə aktrisa 5 dəfədən artıq siqaret çəkə
bilməzdi və tüstünü qəbul edə bilməzdi. Diqqətlə baxsaq bunun eynilə edildiyini
görərik.
Bundan başqa filmin ssenarisi də ailənin təzyiqi ilə müəyyən qədər dəyişdirilmişdi. Luc Besson-un yazdığı orijinal ssenaridə Mathilda və Leon sevgili olurdular. Filmdə isə bunu görmürük.
Bundan başqa filmin ssenarisi də ailənin təzyiqi ilə müəyyən qədər dəyişdirilmişdi. Luc Besson-un yazdığı orijinal ssenaridə Mathilda və Leon sevgili olurdular. Filmdə isə bunu görmürük.
Mathilda rolu
üçün Liv Tyler da kastinqə qoşulmuşdu. 15 yaşı olan aktrisa bu rol üçün çox
yaşlı olması səbəbilə rolu ala bilməmişdi.
Rejissor Luc
Besson Leon obrazını sırf Jean Reno üçün yazdığını demişdi. Buna baxmayaraq Mel Gibson, Keanu Reeves kimi məşhurlar bu rolu istədiklərini bildirmişdilər.
Digər əsas
rolda isə Stansfield obrazını canlandıran Gary Oldman var idi.
Filmdə qaranlıq işlərlə məşğul olan polis rəisini oynayan Oldman ifası ilə çox
bəyənilmişdi. Stansfield-in Mathilda-nın atası ilə söhbət edərkən Bethoven
haqqında danışması tamamilə aktyorun öz təxəyyülünün məhsulu idi. Bu səhnə bir
neçə dəfə çəkildi və Oldman hər dəfə başqa bir hekayə danışırdı. Sonda Bennon
bizə göstərilən səhnəni bəyəndi. Filmin nə az nə çox 27 dəqiqəsində Stansfield-in əlində Ezra Brooks markalı viski butulkası görürük.
Film 2 şəhərdə
çəkilmişdi. Leonun evindəki səhnələr Parisdə, küçədəki səhnələr isə
New Yorkda çəkilmişdi. Polislərin Leonun evinə basqın etdiyi səhnədə həmin
vaxtlarda bank qarət olunur və oğru təsadüfən filmin çəkildiyi zonaya qaçır.
Onlarla epizodik polis görən cinayətkar onları real zənn edərək film
komandasına təslim olur.
Filmin
əsl ssenarisinin sonu isə daha məyusedicidir. Orijinal ssenaridə Stansfield,
Leon-u öldürdükdən sonra Mathilda geyindiyi bomba dolu libasını açır və
partlayış baş verir. Bennon, kiçik qızın caniyə bənzədilməsindən qorxduğu üçün
final səhnəsini dəyişdirmişdi.
Film
haqqında maraqlı məqamlardan əsası isə Clockwork Orange filmi ilə maraqlı
oxşarlıqlarının olması idi. Alex və Leon şiddətə çox bağlıdır və hər ikisi dəlicəsinə
süd içir. Alex-in Clocwork Orange-da oxuduğu "Singing in the Rain"
mahnısına ilə Leon-un getdiyi sinema salonunda rastlaşırıq. Hər iki filmdə də
qatil manyak tiplərin Bethoven-ə qulaq asıb sakitləşdiyini görürük.
0 comments:
Yorum Gönder