Anlaşılması Mürəkkəb 17 Film



  Tam anlamaq üçün bir neçə dəfə izləmək zəruri olan,

bununla belə anlaşılması olduqca mürəkkəb 17 filmi sizin üçün seçdik. Rejissorlar Stanley KubrickChristopher Nolan-ın üstünlüyü olan siyahıda istedadlı aktyorlar Leonardo DiCaprio və Jake Gyllenhaal-ın da ümumi 5 filmi var.















17. Open Your Eyes


İl: 1997

Janr: Dram, Sevgi, Sirr

Rejissor: Alejandro Amenabar

İMDb: 7,8         Metascore: -

Mövzu:


  Yaraşıqlı gənc Cesar parlaq illərini yaşayır. Dostu Pelayo vasitəsilə tanıdığı Sofia-ya vurulan Cesar-ın həyatı avtomobil qəzasından sonra tamamilə dəyişəcəkdi.












16. Butterfly Effect


İl: 2004

Janr: Elmi-Fantastika, Triller

Rejissor: Eric Bress, Mackye Gruber

İMDb: 7,7         Metascore: 30

Mövzu:


  Keçmişinə qayıdıb qərarlarını dəyişmək bacarığını kəşf edən Evan bu yolla səhvlərini düzəltməyə çalışır. Amma hər dəyişiklik istənməyən bəzi hadisələri özü ilə gətirəcək.













15. Source Code


İl: 2011

Janr: Elmi-Fantastika, Triller, Sirr

Rejissor: Duncan Jones

İMDb: 7,5         Metascore: 74

Mövzu:


  Colter bir qatarda oyanır. Yanındakı Christina ilə bura necə gəldiklərini xatırlaya bilmirlər. Qatar qəzaya uğradıqdan sonra Colter gizli proyektdən xəbər tutacaq.















İl: 1980

Janr: Qorxu

Rejissor: Stanley Kubrick

İMDb: 8,5         Metascore: 61

Mövzu:


  Ailəsi ilə birgə qışı oteldə keçirən Jack mistik qüvvələrin təsirinə düşür. Ailəsini öldürmək istəyən Jack-in sonu faciəvi olacaq. 













13. Jacob's Ladder


İl: 1990

Janr: Dram, Qorxu, Sirr

Rejissor: Adrian Lyne

İMDb: 7,6         Metascore: 62

Mövzu:


  Vyetnam müharibəsi veteranı Jacob-dan kabusları əl çəkmir. Başına gələnlər müharibə vaxtı ona verilən olduqca qüvvətli narkotikdəndirmi yoxsa müharibənin nəfəsi ondan əl çəkmirmi?













12. Predestination


İl: 2014

Janr: Dram, Elmi-Fantastika, Sirr

Rejissor: Spierig qardaşlar

İMDb: 7,4         Metascore: 69

Mövzu:


  Zamanda səyahət edərək olmuş və ya olacaq fəlakətlərin qarşısını alan agent Barkeep-in son vəzifəsi onu sonsuz dövrə salan qarışıq hadisələrin mərkəzinə gətirir.














11. Donnie Darko


İl: 2001

Janr: Dram, Elmi-Fantastika, Sirr

Rejissor: Richard Kelly

İMDb: 8,1         Metascore: 71

Mövzu:


  Sosial mühitə uyğunlaşa bilməyən Donnie bəzi qəribə xəyallar görməyə başlayır. Cəmiyyətin yox öz qəhrəmanlarının yoluyla gedən 16 yaşlı gəncin gələcəyi müəmma altındadır.















İl: 2010

Janr: Aksiyon, Elmi-Fantastika, Sirr

Rejissor: Christopher Nolan

İMDb: 8,8         Metascore: 74

Mövzu:


  İşi insanların şüuraltından fikirlərini oğurlamaq olan Cobb-un növbəti missiyası iş adamı Robert-in beyninə ağlasığmaz bir fikri yerləşdirmək idi.













9. Mr. Nobody


İl: 2009

Janr: Dram, Fantastika, Sevgi

Rejissor: Jaco Van Dormael

İMDb: 7,9         Metascore: 63

Mövzu:


  2092-ci ildə dünyada qalan yeganə fani Nemo keçmişini düşünür. Uşaqkən qatarda etdiyi seçim onun gələcəyi üçün yüzlərlə ehtimalı özü ilə birlikdə gətirir.













8. Shutter Island


İl: 2010

Janr: Triller, Sirr

Rejissor: Martin Scorsese

İMDb: 8,1         Metascore: 63

Mövzu:


  Müəmmalı hadisəni araşdırmaq üçün təhlükəli adaya dəvət olunan Teddy bir müddət sonra çağırılmasının əsas səbəbini öyrənir. Teddy də xəstələrdən biridirmi?













7. Zodiac


İl: 2007

Janr: Dram, Cinayət, Sirr

Rejissor: David Fincher

İMDb: 7,7         Metascore: 78

Mövzu:


  Zincirvari cinayətlər törədən Zodiac ləqəbli caninin izinə düşən jurnalist Robert komissar David ilə birlikdə işi araşdırırlar. Əslində neçə Zodiac-ın olması isə sonda məlum olacaq.














6. Primer


İl: 2004

Janr: Dram, Triller, Elmi-Fantastika

Rejissor: Shane Carruth

İMDb: 7,0         Metascore: 68

Mövzu:


  Gənc və istedadlı 2 mühəndis maşın qarajında araşdırmalar aparırlar. Möhtəşəm kəşflərindən xəbərdar olduqda artıq zamanda geriyə gedə bilirdilər.













5. Mulholland Drive


İl: 2001

Janr: Dram, Triller, Sirr

Rejissor: David Lynch

İMDb: 8,0         Metascore: 81

Mövzu:


  Hollivud ulduzu olmaq istəyən Betty burada onun istədiyi həyatı yaşayan Rita ilə tanış olur. İki qadının yaxınlığı filmə adını verən yolda olan qəza ilə fərqli məcraya bürünür.
















İl: 2014

Janr: Macəra, Elmi-Fantastika

Rejissor: Christopher Nolan

İMDb: 8,8         Metascore: 74

Mövzu:


  Dünyanın məhvinin qarşısını almaq üçün bir qrup kosmonavt burada bir neçə planetdə kəşfiyyat aparır. Bu məqsəd üçün onlara keçmişə mesaj göndərən "müasir insanlar" kömək edəcəklər.















3. Fountain


İl: 2006

Janr: Dram, Sevgi, Elmi-Fantastika

Rejissor: Darren Aronofsky

İMDb: 7,3         Metascore: 51

Mövzu:


  3 fərqli hekayədə döyüşçü, səyyah və alim olan Tomas (Tommy, Tom) həyat yoldaşını xilas etmək üçün mübarizə aparır. Bütün məqsədlər və hekayələr bir nöqtədə kəsişir.
















İl: 2000

Janr: Triller, Sirr

Rejissor: Christopher Nolan

İMDb: 8,5         Metascore: 80

Mövzu:


  Xanımı öldürülən Leonard qatillərin izinə düşür. Yaddaş problemi olan olan Leonard yalnız yaxın keçmişi xatırlaya bilir. Ona kömək edən Teddy və Natalie-dən hansı səmimidir?














1. 2001: A Space Odyssey


İl: 1968

Janr: Elmi-Fantastika, Sirr

Rejissor: Stanley Kubrick

İMDb: 8,3        Metascore: 86

Mövzu:


  Sivilizasiya yaranmayıb. Ucsuz-bucaqsız səhralarda əcdadlarımız meymunlar yaşayır. Əsrlər keçir. Artıq insan başqa planetlərdə yaşaya bilir. Naməlum qüvvələr isə "qara mərmərlə" bunun qarşısını almaq istəyir.



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder