Castle Rock [Serial Analizi V-VII hissələr]



Hulu istehsalı olan Castle Rock serialı haqqında qısa icmalı və əvvəlki epizodları buradan oxuya bilərsiniz. Sözü çox uzatmadan keçək digər epizodların icmalına (spoiler daxil olacaq).

Episode 5 - Harvest. Bu epizod Henry Deaver'in qulaqlarındakı səsə görə 2016-cı ildə həkimə gedib yoxlanış olması ilə başlayır. Lakin bu səs tibbi olaraq cavabsız qalır və nəticələrdə qeyri-adi heçnə çıxmır. Biraz geriyə getsək e03'də "Do you hear it" söhbətinin az-az mənasını anlamağa çalışırıq. Çünki bu səslər qəribə hadisələr baş verdiyi zaman eşidilir. Castle Rock isə tamamilə bir xaosun altındadır. Çəkimlər sayəsində Castle Rock'da yanğınların hökm sürdüyünü görürük. Bu "The Bible" kitabında 19:18-ci hissəyə işarədir. Həmin chapter'a görə:

"Now Mount Sinai was wrapped in smoke because the Lord had descended on it in fire." (Sinai dağı tüstülər içindədir çünki Lord yanğınlar içərisində aşağı enmişdir)

 Bu hissə bizə The Kid haqqında kiçik bir işarə verir. Hansı ki, izləyici olaraq düşdüyümüz qarmaqarışıqlıqdan bizi çıxarır.


 Artıq The Kid həbsdən çıxarılmışdır. Lakin bu səhnələrin hamısında The Shawshank Redemption filminə bir xeyli işarələr olduğunu görə bilirik. Bu da təbii olaraq həmin filmi sevənlərə xoş təsir bağışlayır. Bundan sonra isə e01-ə flashback olur və qısa da olsa ağlımızda bəzi teoriyalar canlana bilir. Belə ki, əvvəlki epizodlardan da bildiyimiz üzrə The Kid ancaq çörək ilə qidalanır və bu epizoddakı flashback görə The Kid Tanrının insanlara göndərmiş olduğu bir işarə ola bilər.

"Man cannot live off bread alone" (İnsan təkcə çörəklə yaşa bilməz) Matthow 4:4

 Bu göndərmə ilə The Kid'in başqa canlı və yaxud yer üzünə göndərilmiş bir varlıq olduğunu anlayırıq. Həmçinin bu epizodda keçmiş həbsxana müdiri Lacy-nin əlcəklərini çıxararaq The Kid-ə toxunduğunu görürük. Bu isə artıq müdirin intiharının səbəbini ortaya çıxarır. Çünki bundan öncə e02-də skinheart və e04-də Zalewski-yə toxunuşların nə ilə nəticələndiyini görmüşdük. Həmçinin hər üç səhnədə toxunuşların The Kid tərəfindən deyil digər şəxslər tərəfindən həyata keçirildiyini görürük. Bu isə ağlımızda yer edən sualları puç etməyə kömək edə bilər.


 Daha sonra isə The Kid xəstəxanaya aparılır və ona Amnesia diaqnozu qoyulur. Bu isə digər sualın cavabıdır. Belə ki, Henry Deaver 1991-ci ildə itdikdən sonra ona olub-bitənləri 11 günlük xatırlaya bilməmişdi. Amnesia isə beyində baş verən zərbələr nəticəsində yaddaşın zədələnməsi və itirilməsinə işarə olan xəstəlikdir. Ruth ilə olan səhnələrdə isə dəhşətli şeylərin olacağını öyrənirik. Lakin bu səhnələr yeddinci epizodda açıqlanıb və bu hissədə Ruth ilə olan səhnələrin bir flashback olduğunu öyrənmiş oluruq. Növbəti səhnələrin birində Alan-ın mərasimə hazırlandığını görürük. Mərasim zamanı arxa planda qarşımıza iki yeni xarakter çıxır. Hansı ki, bu şəxslərin önəmini növbəti səhnədə anlamış olacayıq və bu şəxslər vasitəsilə Henry Deaver-ın qulağına gələn səslərin səbəbini öyrənmiş ola bilərik. Mərasim isə Ruth-un özünü çaya atması ilə məhv olur.



  The Kid-in qayğısına qalmağa çalışan Henry Deaver onu öz evinə gətirir və bu zaman The Kid-in piano çaldığını görürük. Bu melodiya isə "O God our help in ages past"-a işarədir. Bu zaman Alan The Kid-in evdə olduğunu öyrənir və bütün bu hadisələrin günahkarı kimi onu gördüyündən öldürmək qərarına gəlir. Bu səhnədə ssenaristlər yenə flashback edərək bizi 27 il öncəsinə aparır və bəlli olur ki, Alan 27 il əvvəl baqajda bir uşağı görmüş lakin ona qarşı edilən işgəncələrə göz yummuşdu. Bu uşağın isə kim olduğuna əmin deyiləm. The Kid ilə Alan-ın qarşılamasında ikisi də bu hadisəyə görə bir-birini tanıyır və The Kid Ruth-a kömək edə biləcəyini söyləyərək Alan-ı sakitləşdirir.


Episode 6 - Filter. "Do you hear it?" Əgər belədirsə hazır olun çünki Castle Rock-un bu hissəsi bir çoxunuza görə sıxıcı gəlsə də bu günə qədər qarşımıza çıxan ən açıqlayıcı epizod idi. Əvvəlki epizodda qarşımıza çıxan yeni xarakterlərdən biri Henry Deaver-ın atasının dostu Odin Branch-dır. Henry Deaver-ın eşitdiyi səslərin səbəbini öyrənməyə çalışdığımız yerdə qarşımıza The Kid ilə Alan çıxır və The Kid "vaxt onun (Ruth) düşmənidir" deyir. Çünki Ruth bildiyimiz kimi Alzheimer xəstəsidir və getdikcə hər şeyi unutmağa başlayır. Daha sonra isə üzləşdiyimiz şahmat səhnəsində isə ssenaristlər metafordan istifadə edərək hər birini ayrı-ayrılıqda qoyaraq şeytan (qırmızı) və mələk (ağ) anlayışını yansıtmağa çalışıb. Növbəti epizodlara fikir vermişdinizsə Henry Deaver və The Kid testdən keçərkən Henry-ni təmsil edən rəng "ağ", The Kid-i təmsil edən rəng isə "qırmızı" idi. Daha sonra isə The Kid Ruth-un gözünə görünür və Ruth onu ölmüş yoldaşı kimi qələmə verir. Henry Deaver anası narahat olmasın deyə The Kid-i oradan uzaqlaşdırır və daha sonra isə görür ki, The Kid onun uşaqlığının VHS kasetlərinə baxır. Bu zaman balaca Henry-ni tarixin qeydə alınmış ən faciəvi vulkanik hadisəsi olana Krakatoa-dakı Evel Knievel-a istinad edir.


 Serialın bu hissəsində Molly Henry-yə onun atasını öldürdüyünü etiraf edir. Molly Henry-ə onun atasından zəhləsi getdiyini və o zaman hiss etdiyi hər şeyi eynilə onun da hiss etdiyini söyləyir. Henry isə onu dəli adlandıraraq oranı tərk edir. Lakin Henry bunları aydınlaşdırmaq üçün keçmiş qeydlərə baxaraq Castle Rock gölünə getmək qərarına gəlir. Yolda kameranın bateriyası bitdiyi üçün tək başına teoriyaları düşünməyə başlayan Henry bu zaman öncəki epizodda qarşımıza çıxan Odin ilə üzləşir. Bu xarakterin Odin (şimal xalqlarının Tanrısı) olması şimal xalqarının miflərinə göndərmədir. Bildiyiniz kimi Odin inandığı şeylərə görə özünü qurban vermişdir. Odin-in açıqlamalarına görə Henry-nin atasının evi yəni onun rahibi olduğu kilsə bu meşə idi və uzun zamandır üzərində çalışdığı iş üçün bura gəlirdi. Henry-nin qulağına gələn skisma olduğunu öyrənirik. Hansı ki, bu səsləri insanlar həyatlarında ya eşidə bilərlər, ya bir dəfə eşidə bilərlər ya da hər zaman qulaqlarına gələr bu səs. Bu söhbət zamanı öyrənirik ki, Reverend Matthew bu səsi bir dəfə eşidib və daha sonra eşitməyib buna görə hər dəfə Henry-ni bura gətirərək səsi eşidib-eşitmədiyini soruşurdu. Skisma "The Music of the Spheres"-a işarədir və bu yuxarından (günəşdən, aydan, başqa planetdən) gələn səslərin hərəkləridir. Bəlli olur ki, bu səslər üçün Matthew bir filter inşa etməyə çalışıb lakin bunu bacara bilməyib. O, istəyirdi ki, yaratmış olduğu filter ilə ətrafdakı hər şeyi səssizləşdirib bu səs vasitəsilə Tanrının səsini eşidə bilsin. Düşünürəm ki, Henry isə Odinin bioloji uşağıdır. Çünki Matthew bu səsləri eşitdiyi zaman bu qabiliyyətini itirib və yaxın dostu olan Odin-in uşağını övladlıq götürüb. Odin isə bu səsləri eşidə bilir və Matthew etməyə çalışdığı filteri inşa etməyi bacarmışdı. Odin bunu inşa etdikdən sonra özünü kar etdiyi üçün Henry Deaver-ı da bura gizlədərək onu səslərlə baş-başa qoyur.


 Episode 7 - The Queen. Serialın bəlkə də ən çox analiz tələb edən epizodu ola bilər şübhəsiz. Hələ epizod başlar-başlamaz qarşımıza Nativity heykəlləri ilə göndərmə edir. Bu bir insanın ölümdən sonra yenidən reinkarnasiya olması və yaxud həyat, doğum və ölüm arasında bir əlaqəni simvol edir. Daha sonra isə hamınıza məlum olduğu kimi işlədilən flashback ilə Ruth-un gediş-gəlişlərini görürük. İlk olaraq Puck-ın (Ruth-un iti) necə öldüyünü görürük. Puck ingilis miflərində mələyə bənzəyən iblisə verilən addır. Hansı ki, Ruth-un yoldaşı Matthew iti zəhərləməyə çalışırdı. Bu səhnələr arasında Ruth reallıq və keçmiş arasında səyahət içindədir. Bu günə qədər gördüyümüz bütün səhnələri bu epizodda Ruth-un gözü ilə görürük və bəzi məqamlar ortaya çıxır. Epizodun adı olan The Queen Ruth-u vəzir isə Alan-ı təmsil edir. Bu isə bizə keçmişdə Alan ilə Ruth arasındakı sevgi münasibətlərindən xəbər verir. Bu münasibətlərdən xəbəri olan Matthew Ruth-a qəzəblidir və növbəti epizodlarda gənc Henry Deaver, Matthew, Ruth və Alan arasındakı münasibətlərə aydınlıq gəlir.



 Bir səhnədə meşəyə gedən cütlükdə Matthew Saul ilə Paul arasındakı mifi işarət edir. Bu mifə görə inancsız Saul Tanrının səsinə qulaq asar və İsa Mesih-in ən sadiq köməkçilərindən biri halına gələr. Bu səhnədən çıxarkən digər səhnəyə keçirik və Ruth bu dəfə Wandell ilə söhbət edir. Wandell Ruth-a video oyunda Time Walkers haqqında danışır. Time Walkers isə ölüləri dəvamlı olaraq öldürən varlıqlardır. Ölülər ən yaxın insanların belə libasını geyinə bilər və ölümsüzlüyə qovuşarlar. Bu 2-ci epizoddakı "Corinthians 15:51-54"-ə göndərmədir. Bu zaman ortaya güclü bir teoriya çıxır. Buna görə ki, skismaya inanan Matthew The Kid-ə çevrilmişdir və skismaya görə toxunuşlarla insanlara istədiyi şeyləri etdirə bilər bu isə intihar edən həbsxana müdürünə də işarədir. Daha sonra Ruth-un 6-cı epizodda evə gələn The Kid-i onun perspektivi ilə görürük bu isə bizə teoriyanın doğruluq payını daha da gücləndirmiş olur. Növbəti səhnələrdə The Kid ilə Ruth arasındakı münasibətləri görürük bu zaman isə arxada teoriyanı gücləndirmək üçün mahnının çalındığını eşidiirk. Mahnıya görə:

Some people never die, (Bəzi insanlar heç zaman ölmür)
Time, Where did you go? (Zaman, hara getdin?)


  Ruth-un The Kid-i öldürmək üçün silahın mərmilərini axtardığı zaman onun doğum tarixinin 1940 olduğunu öyrənirik. Hansı ki, Henry Deaver itdiyi zaman Ruth-un 51 yaşı var idi və Ruth o gündən sonra yaşlanmayıb və eyni qalmışdı. Bu isə Ruth-un nə kimi gücə sahib olduğunu mən də müəmma olaraq saxladı (Əgər hər hansı bir fikriniz olsa bölüşsəniz sevinərəm). Bu zaman dilimləri ilə səyahət edən Ruth sonunda mərmiləri hara qoyduğunu xatırlayır və onları götürərək The Kid-i gözlədiyi bir an istəmədən ora gələn Alan-ı öldürür. Sizi səhnənin finalı ilə tərk edirəm.

                                       

Castle Rock - Serial Analizi (I-IV hissələr)

Yazar: Nicat Hacıyev












Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder