2-ci Online Kinoman Yarışı - DÜZGÜN CAVABLAR



2-ci Online Kinoman Yarışı tamamlandı.

Sizlərdən gələn səslərlə Kinozadə üçün 8,11/10 bal məmnunluq balı formalaşdı. :)

Saytımızın daha çox sosial media hesablarımızdan və Google axtarışdan tanındığını öyrəndik.

Ümumi iştirakçı rəylərini nəzərə alsaq suallarımız olduqca bəyənilmişdi.

Sualların müəllifi saytın qurucusu Ülvi Zadeh-dir.

İndi isə yarışda ümumilikdə istifadə olunan 45 sualın düzgün cavabları ilə tanış olaq.

Cavabları oxumamışdan öncə əgər yarış suallarını hələ görməmisizsə keçidləri yerləşdiririk.
































İLK MƏRHƏLƏ - DÜZGÜN CAVABLAR


1. İki rəqib film şirkəti var. Adını istədiyimiz rejissor bu film şirkətlərindən birinə 2 film ilə az qala 3 milyard dollar qazandırdı. İndi isə rəqib film şirkətinin yeni filminin rejissorudur.

Düzgün cavab: Joss Whedon

Düzgün tapılma faizi: 20%



2. 60 yaşındakı bu aktyor cəmi 18 uzun metrajlı filmə çəkilib və aydındır ki, onu filmdə çəkilməyə razı salmaq olduqca çətindir. Buna baxmayaraq aktyorun istəyib də çəkilə bilmədiyi bir Tarantino personajı var - Vincent Vega. Rol John Travolta-nın olmuşdu, bəs bu rolu istəyən məşhur ingilis aktyor kim idi?

Düzgün cavab: Daniel Day-Lewis

Düzgün tapılma faizi: 42%




3. Aşağıdakı 2 şəkildə üzü gizlədilmiş aktyor və aktrisamızın adlarını müvafiq olaraq yazın (Əgər birini düz tapsaz balın yarısı veriləcək).

Düzgün cavab: Adrien Brody, Jennifer Lawrence

Düzgün tapılma faizi: 56%




4. Aşağıda 2 məşhur filmin əsas olmayan - alternativ minimalist posterləri verilib. Hansı filmlər olduğunu qeyd edin (Əgər birini düz tapsaz balın yarısı veriləcək).

Düzgün cavab: Brokeback Mountain (2005), The Departed (2006)

Düzgün tapılma faizi: 36%





5. Michael Caine və Mark Wahlberg məhz bu soyğun filminin orijinal və remake versiyalarında eyni obrazı canlandırıblar.

Düzgün cavab: The Italian Job (1969-2003)

Düzgün tapılma faizi: 54%




6. Sam Mendes ------> Kevin Spacey
Wes Anderson ------> Owen Wilson
Martin Scorsese ------> Harvey Keitel
George Clooney ------> ???
Solda rejissor sağda isə aktyor adları qeyd olunub. Bu cütlüklər arasında eyni bir əlaqə var. Həmin əlaqəni tapsaz Clooney üçün hansı aktyorun doğru olduğunu biləcəksiz.

Düzgün cavab: Sam Rockwell

Düzgün tapılma faizi: 14%

Izah: Sağdakı aktyorlar soldakı rejissorların debüt filmlərində baş rol oynamışdı.




7. Şəkildəki 5 film afişası müəyyən bir ardıcıllıqla sıralanmışdır (Şəkillər 2 hissəyə bölünsə də, siz bütöv təsəvvür edin). 6-cı yerdə hansı filmin olacağını siz tapmalısız.

Düzgün cavab: New York, New York (1977)

Düzgün tapılma faizi: 6%

Izah: İlk 5 filmin adlarının baş hərfləri "MARTI" ifadəsini əmələ gətirir. Son film N hərfi ilə başlayan yeganə Scorsese filmi New York, New York olmalıdır. Qəbul edirik çətindir, buna görə də ən yüksək balı bu suala vermişdik :)




8. Aşağıda 2 filmdən ən çox istifadə olunan sözlər göstərilmişdir. Bu filmlərin hansılar olduğunu aşağıdakı 6 film içindən seçməlisiz (Əgər birini düz tapsaz balın yarısı veriləcək).

Düzgün cavab: Home Alone (1990), 127 Hours (2010)

Düzgün tapılma faizi: 89%






9. "Centlmenlər, siz burada dalaşa bilməzsiz! Bura "Müharibə Otağı"-dır!"
Məşhur sitat hansı şedevr filmdəndir?
Düzgün cavab: Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) 

Düzgün tapılma faizi: 56%




10. Ateist olduğuna görə tanrıya şükür edən bu rejissor Oskar qazanmağı mənəvi olaraq ən iyrənc hadisə hesab edir. Salvador Dali-nin ssenarisinə bir filmi də olan mərhum ispan rejissor kimdir?

Düzgün cavab: Luis Bunuel

Düzgün tapılma faizi: 30%





11. O, kimsəsiz adada illər keçirən Chuck-ın ən yaxın dostu idi. O, öz xanımı ilə ruhların insanları narahat etməsinə mane olmaq istəyir. O, Wes Anderson-un ən yaxın dostlarındandır. Söhbət hansı soyaddan gedir?

Düzgün cavab: Wilson

Düzgün tapılma faizi: 38%

Izah: 1-ci işarə Cast Away (2000) filminədir. 2-ci işarə The Conjuring (2013-16) seriyasında baş rol Patrick Wilson-adır. 3-cü işarə isə aktyor Owen Wilson-adır.





12. Şəklə baxın və fikirləşdiyiniz adı yazın.

Düzgün cavab: Sean Penn

Düzgün tapılma faizi: 22%

Izah: Hər üç xanım aktrisa müxtəlif vaxtlarda Sean Penn-lə münasibətdə olmuşdur.





13. Bu xalçanın kinematoqrafiyada özünəməxsus yeri var. Biz onu həm triller filmində, həm də animasiya filmində görmüşük. Animasiya filminin adını yazın.

Düzgün cavab: Toy Story 3 (2010) (Sadəcə Toy Story yazanların cavabları qəbul olunub).

Düzgün tapılma faizi: 40%





14. Dünya şöhrətli bu tablo 1994-cü ildə çəkilmiş məşhur bir filmdə bir səhnədə çox oxşar formada əks etdirilmişdi. Tablonu biz göstəririk, filmi isə siz tapmalısız.

Düzgün cavab: Forrest Gump (1994)

Düzgün tapılma faizi: 30%





15. Məşhur aktyor bu rolu oynamaq üçün əslində 14 olan yaşını 17 demişdi və rolu almışdı. Film müharibə janrında şedevrdir, aktyorsa dünya şöhrətlidir. Kimdir o?

Düzgün cavab: Laurence Fishburne

Düzgün tapılma faizi: 28%






16. Onlar filmdə şahmat oynayırdılar. Ancaq əslində heç biri şahmat oynamağı bilmirdi. Bu personajları canlandıran digər iki aktyor - James və Michael isə əməlli başlı şahmat oyunçularıdır. Siz bu şahmat oyunlarının hansı filmdə oynanıldığını yazmalısız.

Düzgün cavab: X-Men: Days of Future Past (2014) (Sadəcə X-Men yazanların cavabları qəbul olunub).

Düzgün tapılma faizi: 28%





17. Baş rolu, rejissoru və prodüseri eyni insan olan bu western filmi Sergio və Don-a həsr olunmuşdu. Söhbət hansı filmdən gedir?

Düzgün cavab: Unforgiven (1992)

Düzgün tapılma faizi: 44%






18. Bu məşhur film seriyasının adı Çində belə nümayiş etdirilir: "Ölüm Tanrısı Gəlir". Sizcə bu hansı film seriyasıdır?

Düzgün cavab: Final Destination (2000-11)

Düzgün tapılma faizi: 42%





19. Onun uçmağı üçün bu vasitədən 16 milyon ədəd lazım idi. Lakin bu filmdə o cəmi 20 min ədəd ilə uçdu. Vasitəni anladızsa filmin adını yaza biləcəksiz.

Düzgün cavab: Up (2009)

Düzgün tapılma faizi: 46%

İzah: Vasitə şardır.






20. Bu səhnələr iyrənc görünsə də əslində əksəriyyətində şokoladdan və rəngləndirilmiş şirin mayelərdən istifadə olunur. Biz filmlərdən birinin adını deyirik - The Shawshank Redemption. Digər bir filmi adı siz yazmalısız.

Düzgün cavab: Trainspotting (1996)

Düzgün tapılma faizi: 16%

İzah: Burada söhbət konalizasiya xətlərindən gedir.





21. Aşağıdakı 2 şəkildə tanıdığınız bütün ulduzların adını yazın.

Düzgün cavab: (Jared Leto, Jennifer Lawrence, Channing Tatum, Meryl Streep, Ellen DeGeneres, Julia Roberts, Kevin Spacey, Bradley Cooper, Brad Pitt, Lupita Nyong'o, Angelina Jolie) , (Mark Ruffalo, Michael Caine, Will Smith, Benicio Del Toro, Joel Edgerton, Samuel L. Jackson.)

Düzgün tapılma faizi: 82%






22. Ingmar Bergman-ın kino tarixinin ən vacib rejissoru hesab etdiyi bu kinematoqrafın bütün filmlərində atəş və ya su səsi mütləq var. Art House filmlərin dahi rejissoru kimdir?

Düzgün cavab: Andrei Tarkovsky

Düzgün tapılma faizi: 28%





23. Aşağıda 4 məşhur filmdən səhnələr göstərilmişdir. Bu 4 filmi birləşdirən cəhəti tapmaq lazımdır.

Düzgün cavab: Hans Zimmer

Düzgün tapılma faizi: 37%





24. O, 42 yaşında həyata gözlərini yumdu. Cəmi 5 uzun-metrajlı filmə çəkilmişdi və hamısı şedevr idi. Sadəcə 3 rejissorun filmlərində oynamışdı - Michael Cimino, Francis Ford Coppola, Sidney Lumet. Biz onu dahi hesab edirik. Tanıdızsa adını yazın.

Düzgün cavab: John Cazale

Düzgün tapılma faizi: 39%




25. Son sualda bu gözəlləri hansı məqsədlə bir yerə gətirdiyimizi soruşuruq. Nədir onları birləşdirən?

Düzgün cavab: Ocean's Eight (2018)

Düzgün tapılma faizi: 45%











Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder