Dogtooth (Köpək Dişi) Filminin Orijinal Analizi




Oxuyucumuz Nicat Hacıyevin qələmindən
növbəti film analizi - Dogtooth (2009)


 Son zamanlarda çəkilmiş ən diqqətçəkici, qışqırdıcı, şok edici filmdir. Yunanıstan kinematoqrafiyasının son illərdə çəkmiş olduğu və adından yetəri qədər söz edilən bir filmdir.Yunanların Iphigenia (1977) filmindən sonra "ən yaxşı xarici dildə film" kateqoriyasında Oskarda namizəd olmuşdur. Həmçinin Cannes film festivalında "certain regard" mükafatını qazanmışdır. Trier, Haneke kimi ssenarist və rejissorların filmlərini bəyənmirsinizsə, bu filmə baxmağı tövsiyyə etmirəm.Film Trier-in "Antichrist" filmindəki kimi hər şeydən uzaqlaşmış, bir kənarda öz vəhşi dünyasını yaratmış ata və əhilləşdirməyə çalışdığı ailəsi haqqındadır.



  Ata uşaqların normal dünya ilə əlaqəsini tamamilə bağlamışdır. Müəyyən vaxtlarda həyətdə oynamalarına icazə verilsə də, hər hansı bir səhvə görə cəzalanırdırılırlar. Filmdə bizə uşaqlıqdan bəri öz qayda-qanunları ilə böyüdən valideynlərin uşaqlar üzərindəki təsiri göstərilir. Valideynlər , onların sözünə baxan , hər dediklərini edən bir mexanikamı arzulayırlar yoxsa normal şəkildə oynayan bir uşaq mı ? Rejissor, 90 dəqiqə ərzində valideyn-uşaq münasibətləri üzərində qurulmuş dərslik bir filmi narahat edəcək şəkildə bizə göstərir. Ata oğlunun cinsi ehtiyaclarını qarşılamaq üçün iş yerində çalışan bir qızı pul qarşılığında oğlu ilə olmağa məcbur edir. Amma bu ehtiyac tamamilə heyvansaldır. Onsuz ailənin qurmaq istədiyi nizam-intizamı bu qız pozur. Uşaqlar yeni sözlər öyrənməyə başlayır. Bu sözlərin mənası isə onlara tamamilə başqa cür başa salınır. "Cəmiyyət və ailə" anlayışını, ailə qanunlarını sorğulayan, sorğulatan filmdir.




  Uşaqlar bəlli təhsildən, bəlli böyümə qanunlarından kənar böyüdülsə nələr olardı ? Əslində rejissor bir insanın robotdan fərqi olmadığını göstərməyə çalışır. İnsan beynini necə də rahatlıqla yumaq olar. Amma bir insanın nə qədər beynini yusaq da təbiət qanunları var və heç kəs həmin qanunlardan qaça bilməz.
  Şortik ilə gəzmənin və ya çəmənlikdə uzanıb kitab oxumanın mədəniyyətsizlik sayıldığı cəmiyyətdə yaşayırıq onsuzda. Bunları sorğulamadan sıradan, adi kimi qəbul edirik və ya edə bilirik. Kinoda pulun bir anlamı yoxdur. İstədikləri əşyaları hər hansı bir mübadilə ilə dəyişdirirlər.

Valideynlər eksperiment aparır sanki. Televizor və bir çox texnogiyanın olmadığı evdə telefon belə gizli şəkildə istifadə olunur. Uşaqları telefonu tapanda belə onun nə olduğunu bilmədikləri üçün qorxmağa başlayırlar.



  Amerikanın tanınmış criticizing nümayəndəsi olan Roger Ebert filmi "Baxmaqdan doya bilməcəyiniz maşın qəzası" kimidir bənzətməsini etmişdir. Film haqqında həddindən artıq tənqidlər gəlmişdir. İstabul film festivalında göstərilmə siyahısına daxil olsada sonradan çıxarılmışdır.
  Filmdə uşaqların köpək dişləri düşdükləri zaman evdən ayrıla biləcəkləri deyilir. Uşaqlar isə tez-tez köpək dişləri sallanırmı deyə kontrol edirlər. Məhz buna görə filmin adı "Dogtooth" (Köpəkdişi)-dur.




  Yəqin ki, mənim kimi bir çoxunuz da final səhnəsidə qızın bagajdan çıxmasını arzuladınız...Amma əgər bir şeylər gerçəkdirsə, qızın bagajda havasızlıqdan ölməyi də gerçəkdir.
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder