Charlize Theron və Ən Yaxşı 10 Filmi


   Hollywoodun ən cazibədar ulduzlarından Charlize Theron
1975-ci il avqustun 7-də CAR-ın Benoni şəhərində anadan olmuşdu. Kasıb ailədə böyüyən tək uşaq Theron 6 yaşına gələndə qonşuların da köməkliyi ilə balerina dərslərinə gedir. Bir neçə il sonra CAR-ın paytaxtı Yohannesburqa dəvət alan qız orada balerina təhsilini professional səviyyədə davam etdirir.



  Aktrisanın 15 yaşı olanda atası və anası dalaşır, özünü müdafiə etmək istəyən qadın istəmədən atanı öldürür. Özünümüdafiəyə görə qadın cəza almır. Atasının ölümündən sonra köhnə həyatına davam etmək istəməyən Theron anasını tərk edib İtaliyanın Milan şəhərinə gəlir.



  Balerina və model kimi bir çox qadın jurnallarında üz qabığı olan Charlize 1992-ci ildə 17 yaşında ilk dəfə ABŞ-a gəlir. New York-da Joffrey Ballet-ə yazılan aktrisa burada professional təhsilini davam etdirir amma gözlənilməz diz zədəsi onun balerina karyerasının sonu olur.



  Bir dəfə təsadüfən bankda işçi ilə qızğın mübahisəyə tutuşan Charlize menecer John Crosby-nin diqqətini cəlb edir və John-dan aktrisalıq təklifi alır. Beləcə 2 Days in the Valley filmi ilə Theron-un aktrisalıq fəaliyyəti başlayır.



  2001-ci ildən irlandiyalı aktyor Stuart Townsend ilə sevgili olan aktrisa 2011-ci ildə ayrılırlar. Həmin ilin noyabr ayında Charlize Jackson Theron-u övladlığa götürür.



  2000-ci ildən sonra çəkildiyi filmlərlə şöhrət qazanan aktrisa 2004-cü ildə çəkildiyi Monster filminə görə ilk dəfə namizəd olduğu Oscar və Qızıl Qlobusu qazanır. Artıq təkcə gözəlliyi ilə yox aktrisalıq bacarığı ilə də şöhrətini artıran aktrisa növbəti il The Life and Death of Peter Sellers filmi ilə növbəti dəfə Qızıl Qlobusa namizəd olur.



  2006-cı ildə North Country filmindəki möhtəşəm ifası ilə növbəti dəfə Oscar və Qızıl Qlobusa namizəd olan aktrisa həmin il çəkildiyi  Aeon Flux filmi ilə birlikdə hər film üçün 10 milyon dollar qazanaraq 2006-cı ildə Halle Berry, Cameron Diaz, Drew Barrymore, Renee Zellweger, Reese WitherspoonNicole Kidman-dan sonra ən çox qazanan 7-ci aktrisa olur.



  Dəfələrlə nüfuzlu mükafatlandırmalarda ən cazibədar aktrisalar siyahısında olan Charlize Theron-un ən yaxşı 10 filmini təqdim edirik.









10. Hancock













9. Men of Honor
















8. Devil's Advocate















7. In the Valley of Elah















6. Life and Death of Peter Sellers
















5. North Country
















4. Monster
















3. Prometheus
















2. Cider House Rule















1. Mad Max: Fury Road


Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder