Shawshank Redemption (Şousenkdən Qacis) Filminin Orijinal Analizi

 

  Hollivudun ən məhsuldar illərindən biri şübhəsiz
1994-cü il idi. Məhz bu ildə çəkilmiş Leon, PulpFiction, Mask, Forrest Gump, Legends of the Fall kimi filmlərlə yanaşı bir çoxlarına görə bu şedevrlərdən daha yaxşı olan Shawshank Redemption filmi illərdir IMDb ən yaxşı filmlər siyahısında 1-ci yerdədir. Filmi yəqin ki, çoxlarınız izləmisiz. Amma əmin olun bu film haqqında bilmədiyiniz çox şey var.



  Əvvəla film bəlkə də tarixdə layiq olduğundan ən aşağı dəyəri alan filmdir. 7nominasiyada Oskara namizəd oldu amma Forrest Gump-ın hegemoniyası heç bir Oskarı almağa imkan vermədi, 22 milyon dollara çəkildi amma ilk ayında sadəcə 18 milyon dollar gəlir gətirdi və heç film şirkətinin borcu tam ödənə bilmədi. Bununla belə kaset dükanlarının ən dəyərli və tapılması çətin filmi oldu. Dəyəri gec başa düşülən film 1995-ci ildə ən çox alınan kaset oldu.



  Filmin rejissoru məşhur Green MileMist filmlərinin də rejissoru olan FrankDarabont idi. Baş rolları Tim Robbins (Andy) və Morgan Freeman (Red) ifa edir. Ssenarisi isə məşhur amerikalı yazıçı, məntiqə yer veriyi yeganə əsəri bu roman olan Stephan Kingdir. King filmin müəlliflik hüquqlarını cəmi 5 min dollara satmışdı. Film çəkildikdən sonra isə həmin pulu çərçivəyə aldırıb Darabonta yollayır.



  Film, baş qəhrəman Andy-nin məhkəməsi ilə başlayır. O, arvadını və bir qolf oyunçusunu ona xəyanət etdiklərinə görə öldürməklə ittiham olunurdu. Həqiqətən də həmin gecə o orada idi. Maşın səhnəsində əsən əlləri yadınıza salın. O əllər əslində Darabontun idi. Dəfələrlə çəkilsə də Darabont həmin səhnəni bəyənmir və sonda öz əllərini çəkir.



  Daha sonra biz Redlə tanış oluruq. Əsərin orijinalında Red, irlandiyalı saçları ağarmaqda olan qırmızı saçlı bir kişi idi. Amma Darabont səs tembri və ağır baxışlarına görə bu rolu məhz Freeman üçün düşündüyünü demişdi. Buna baxmayaraq Red rolu əvvəl başqa aktyorlara təklif edilmişdi. Clint Eastwood, Harrison Ford kimi aktyorlar roldan imtina etmişdilər. Qeyd edək ki, filmin ilk versiyası olan Escape from Alcatras filmində də baş rolu Eastwood oynayırdı.



  İlk səhnələrdə biz ABŞ-dakı həbs sistemində ömürlük həbs olunmuşların hər 10 ildən bir müsahibəyə dəvət olunması qaydası ilə tanış oluruq. Əgər müsahibə qənaətbəxş hesab edilsə məhkum azadlığa buraxılırdı. Red müsahibələrdə həmişə eyni sözləri deyib rədd edilirdi. Elə bu səhnələrdə gördüyümüz Redin qeydiyyat kağızında bir şəkil var idi. Bu şəkil Freemanın yox onun oğlu Alfonso Freemanın idi. Gənc eyni zamanda həbsxanaya gizli əşyalar ötürən qaradərili oğlan rolunda da oynayır.



  TomHanks, Kevin Costner, Johnny Depp, Tom Cruise, Nicholas Cage kimi zirvədəki simalar Andy rolu üçün düşünülənlər idi. Bu rola ən yaxın olan Costner hətta müqavilə də imzalamışdı. Amma sonradan anlaşılmazlıqlar olur və aktyor roldan imtina edir. Film çəkildikdən sonra isə Costner müsahibəsində çəkilmədiyi üçün peşman olduğunu səmimiyyətlə deyir.



  Andyni həbsxanaya gətirən avtobus yolda xarab olur. Darabont məhz həmin avtobusu istədiyinə görə avtobus dəyişdirilmir və çəkiliş heyəti maşını itələməklə lazım olan yerə gətirir.



  Redlə Andynin ilk söhbət etdiyi səhnədə Red beyzbol oynayırdı. Həyatda yaxşı oyunçu olan Freeman topları yaxşı vururdu amma digər aktyor qaytara bilmirdi. Beləcə həmin səhnə nə az nə çox 9 saata çəkilir. Freeman yüzlərlə top atır və növbəti gün çəkilişə qolu sarğıda gəlir. Elə həmin səhnədə Red adının belə olmasını irlandiyalı olması ilə əlaqələndirir. Təbii ki, irlandiyalı qaradərili yoxdur, bu sadəcə romana işarə idi.

                      


  Darabont filmin çəkilişləri günlərində hər bazar günü Martin Scorsesenin məşhur Goodfellas filminə baxdığını söyləmişdi. Narrator səslərindəki oxşarlıq bu motivlə əlaqələnir.



  Bəzi səhnələrdə məhkum rolundakı aktyorlar qışqırmalı idi amma səs az çıxırdı. Buna görə də həmin səhnələrdə nəzarətçi polislər də qışqırırdı. Əgər diqqətlə baxsaz qışqırıq səhnələrdində nəzarətçilərin görünmədiyini görərsiz.



  Beləcə illər keçir. Andy, soyuqqanlılığı və işinin ustası olmağıyla həbsxana daxilində hörmətini artırır. Səhnələrin birində nəzarətçiyə kömək edən Andy qarşılığında pivə istəyir. Pivə içilən səhnədə nəzarətçilər də pivənin dadına baxırdı. Bu isə o dövrkü ABŞ qanunvericiliyinə zidd idi. Xırda səhv kimi qeyd etmək olar bu məqamı.

                   


  Andy, həbsxana müdirinin gözündə də yüksəlir. Bu məqamların birində müdir filmin ən təsirli sözünü deyir: `Qurtuluş İncilin içindədir`. Cümləni mənalı edən Andynin qaçmaq üçün istifadə etdiyi çəkici İncilin içində saxlaması idi. Filmin afişasında isə belə yazılırdı: `Qorxduğun müddətcə əsir, ümid etdiyin müddətcə azadsan.`



  Filmlə romanın əsas fərqi isə sonradan türməyə gələn gənc oğlanla bağlıdır. Romanda əsas personajlardan olan gənc filmdə elə də diqqət çəkmir.



  Andy illər boyu divarda tunel açır və qaçır. Qaçış səhnəsində o, konalizasiya xəttindən çıxmışdı. Gördüyünüz o iyrənc mənzərələr sadəcə şokoladdır. Eyni zamanda həmin tunel əslində həbsxanadan çıxmırdı tamam başqa bir yerdə idi.



 Film çəkilən yer isə heç əslində həbsxana da deyildi, qədim otel idi. Hal-hazırda isə muzey kimi fəaliyyət göstərir.



  Beləcə 10 ildən uzun müddətdə dünyada 1-ci yerdə olan filmin analizini tamamladıq. Əlavələriniz bizim üçün maraqlıdır.
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder