Game, Curious Case of Benjamin Button, Zodiac, Girl with Dragon Tatoo kimi öz sözünü demiş filmlərin rejissoru David Fincher-in şah əsəri, şübhəsiz, Fight Club (Döyüş Klubu) filmidir. Film, Oskar cəhətdən layiq olduğu dəyəri görməsə də, illərdir və hal-hazırda da IMDb siyahısında 10-luqdadır.
Film,
hər Fincher filmində olduğu kimi və daha da mükəmməl dərəcədə fantaziya üstündə
qurulmuşdu. 1999-cu il üçün zamanının çox irəlisində olan film haqqında çox
xoşunuza gələcəyini əminliklə bildiyim analizlərlə tanış olaq.
Film
başlarkən aktyorların və heyətin adlarının yazıldığı şrifti Word proqramında
araşdırsanız, “Fight
This” olduğunu görərsiniz.
Bununla yanaşı, hər filmdə olan müəllif hüquqları ilə bağlı qısa xəbərdarlıq
yazısından sonra bir saniyəlik ekranda başqa bir xəbərdarlıq da görünür.
Baş rol – Tyler Durden personajını Brad Pitt
oynayır. Rol üçün əvvəlcə Russel Crowe düşünülsə də Fincher məhz Pitti istəyir.
Aktyorun rol üçün qabaq dişlərini yondurduğunu diqqətlə baxıb görə bilərsiz.
Eyni zamanda narrator (danışan)-u canlandıran digər baş rol aktyoru Edward Nortonla birlikdə Pitt, çəkiliş üçün vacib olduğuna görə sabun bişirmə və boks
dərsləri alıb.
Film narratorun hekayəsini danışması ilə
başlayır. İnqilabi ruhda çəkilmiş film, sığorta işçisi bir gəncin cəmiyyətin
qəlibləşmiş və ədalətsiz qanunlarına öz cildində deyil də başqa üslubla
münasibətini bildirməsini səhnələşdirir. Nortonun ilk səhnələrdəki maraqlı
söhbətlərində hiss etməsəniz də Brad Pitti 4 dəfə görürsünüz.
Norton evdə televizora baxanda Bridgeworth Suites reklamı göstərilirdi və reklamda
Pitt də oynayırdı.
Fincherin digər maraqlı işi isə filmdəki səhnələrin 80%-dən
çoxunda ən azı bir Starbucks stəkanını
fokusa alması idi.
Başlanğıcdakı Nortonun tualet səhnəsində o həqiqətən
beldən aşağı çılpaq idi və bunu Fincher bilmirdi.
Yeri gəlmişkən narrator rolu üçün Nortondan əvvəl Matt Damon və Sean Penn ilə danışıqlar aparılmışdı lakin hər ikisi rolu qəbul etmədi.
Yeri gəlmişkən narrator rolu üçün Nortondan əvvəl Matt Damon və Sean Penn ilə danışıqlar aparılmışdı lakin hər ikisi rolu qəbul etmədi.
Norton, Fight Clubdan əvvəl çəkildiyi
Rounders filmində siqaret üçün poker oynayan gənci canlandırmasına baxmayaraq, film boyu siqaret çəkmir. O, bunu mənfi sosial mesaj olaraq gördüyünü demişdi.
Lakin bu filmdə biz Nortonu siqaret çəkərkən görürük.
Narrator, həyatın monotonluğundan bezir və o
dönəmdə dəbdə olan xəstələr üçün xüsusi terapiya qruplarına qoşulur. Sağlam
olsa da bu vərdişi onu rahatlaşdırırdı, ta ki, Marla Singerlə (Helena Bonham Carter) tanış olanadək.
Singer qəribə həyat tərzi sürən cavan qız idi. Carter, bu personajı təhlil edir və onun makyaj ustasına sol əllə işləməyi tənbehləyir. O, düşünürdü ki, Marla bu tip xırdalıqlara fikir verməzdi.
Singer qəribə həyat tərzi sürən cavan qız idi. Carter, bu personajı təhlil edir və onun makyaj ustasına sol əllə işləməyi tənbehləyir. O, düşünürdü ki, Marla bu tip xırdalıqlara fikir verməzdi.
Bizə xüsusilə göstərilən Marlanın nömrəsinə (555-0134)
fikir versək həmin nömrənin Memento filmindəki Teddy-nin, Harriet the Spy
filmindəki Hong Kong restoranının, Someone Like You filmindəki Eddie Alden-in
nömrəsi ilə eyni olduğunu görərik.
Narratorumuz əvvəlcə terapiya qruplarındakı nəhəng
Bob ilə tanış olur. Bobun sinəsinin elə böyük görünməsi üçün 45 kq. quş tükü
istifadə edilmişdi.
Daha sonar Norton, Tylerlə (Pitt) tanış olur və dostlaşırlar. Aktyorların birlikdə olan səhnələri olduqca maraqlı alınırdı. Butulka ilə qolf oynadıqları səhnədə onlar sərxoş rolu oynamırdılar, həqiqətən, sərxoş idilər.
Daha sonar Norton, Tylerlə (Pitt) tanış olur və dostlaşırlar. Aktyorların birlikdə olan səhnələri olduqca maraqlı alınırdı. Butulka ilə qolf oynadıqları səhnədə onlar sərxoş rolu oynamırdılar, həqiqətən, sərxoş idilər.
Nortonun Pittə yumruq atdığı səhnədə isə son
anda Fincher ona Pittə həqiqətən vurmasını istəyir. Brad isə bundan xəbərdar
deyildi. Yumruq düz aktyorun qulağına tuş gəlir və həmin anda Nortonun özünü
saxlaya bilməyib güldüyünü görə bilərsiz.
Daha sonrakı pilləkəndən yıxılmaq səhnəsini
isə Fincher Nortonun dubloruna nə az nə çox 12 dəfə çəkdirdi.
Tyler Marla ilə tanış olur və onların ekranda
görünməyən seksual münasibətləri başlayır. Bu səhnələrdə həqiqətə tam uyğun səslər
çıxması üçün cütlük 3 gün müddətində yalnız bu səslər üzərində işləyir.
Bonham Carter-dən əvvəl Marla rolü üçün Reese Witherspoon, Courtney Love, Winona Ryder kimi məşhur xanımlar düşünülürdü.
Bonham Carter-dən əvvəl Marla rolü üçün Reese Witherspoon, Courtney Love, Winona Ryder kimi məşhur xanımlar düşünülürdü.
Narratorla Tylerin təsadüfi döyüşləri məşhurlaşır
və böyük klub yaranmağa başlayır. Öz qanunları olan bu məxfi klub artıq üzvlərinə
tapşırıqlar verirdi. Həmin tağşırıqlardan birini yerinə yetirən oğlan rahibi
sulayır. Bu səhnədə kameranın azca tərpəndiyini hiss edə bilərsiz. Bu
operatorun gülməsi ilə əlaqədar idi.
Pittin klub üzvlərinə etdiyi ruhlandırıcı
çıxışda o, rok ulduzlarını tənqid edərkən birbaşa filmdə həm də aktyor olan
Jared Letonu nəzərdə tuturdu. Filmin premyerasından əvvəl '30 Seconds To Mars.' albomunu çıxaran Leto, filmdən sonra satış rekordları əldə etdi.
Tylerin partlayıcı hazırladığı səhnədəki
resept əvvəlcə həqiqi resept idi. Daha sonra bunun ictimai təhlükəsizlik üçün
riskli olduğunu düşünən Fincher resepti saxtası ilə əvəz etdi.
Brad Pitt, ailəsinin bu filmi izləməsini izləməsini
istəmirdi. Lakin onlar çox təkid etdilər və filmə baxdılar. Kimyəvi maddənin əli
bişirdiyi səhnəni gördükdə isə daha baxmadılar.
Nəhayət sonda klub öz ali məqsədlərinə çatır
və ABŞ-da zəncirvari partlayışlar reallaşdırırlar. Bu səhnədə ilk olaraq əkiz
qullələrin partlayışının göstərilməsi bəziləri tərəfindən 2 il sonra olacaq
terror aktının xəbərçisi kimi qiymətləndirilir.
Son səhnədə isə Fincher, filmin əvvəllərində
Tylerin peşəsini izah edərkən göstərdiyini edir. 0,8 saniyəlik ekranda
qeyri-etik rəsm peyda olur. Əgər diqqətlə baxsanız film ərzində sol və sağ
aşağı künclərdə şeytan libası geymiş Brad Pittin bir anlıq göründüyünü müşahidə
edə bilərsiz.
Əgər diqqətlə baxmısızsa narratorla Tylerin əslində eyni adam olduğunu Fincher bizə bildirməmiş anlaya bilərsiniz. Belə ki, avtobusla gedərkən hər ikisi avtobusdan düşür amma narrator yalnız öz ödənişini verir. Daha sonra maşında birlikdə getdikləri səhnədə maşını Tyler sürsə də maşından düşəndə narrator sürücü qapısından düşür.
Əgər diqqətlə baxmısızsa narratorla Tylerin əslində eyni adam olduğunu Fincher bizə bildirməmiş anlaya bilərsiniz. Belə ki, avtobusla gedərkən hər ikisi avtobusdan düşür amma narrator yalnız öz ödənişini verir. Daha sonra maşında birlikdə getdikləri səhnədə maşını Tyler sürsə də maşından düşəndə narrator sürücü qapısından düşür.
Film olduqca maraqlı və şüuraltı təsirə
malikdir. Bunun nəticəsi kimi premyerasından qısa müddət sonra ABŞ-da bir çox
`döyüş klubları`-nın peyda olmasını göstərə bilərik. Ümidvarıq analizimiz
maraqlı idi.
0 comments:
Yorum Gönder