Hell or High Water (2016) Film Analizi


  Tony Aliyev-dən özünəməxsus üslubda Hell or High Water
analizi və sonda film haqqında bir neçə maraqlı faktı təqdim edirik.

1. 2015-ci ilin ən orijinal ssenarilərindən biri "Sicario" idi, bu filmin ssenarisini də həmin adam yazıb (Əlavə bir şey deyim kinomanıslar üçün.. bu il sözü gedən adam rejissor kimi "Wind River" adlı film çəkib və o filmi də gözləməyə dəyər, ssenarini də elə özü yazıb, Sundance film festivalında premyerası olub və çox bəyənilib).

2. Filmdə pulu çox sevən adamlardan yox, məqsədləri üçün riskə gedən adamlardan bəhs olunur.

3. Göstərişli dialoqlar yoxdu, həddindən artıq təbiilik var. Yumoru da öz yerində.

4. Rejissor şotlandiyalı olsa da Cənubi ABŞ-ın görüntülərini və mentalitetini yüksək səviyyədə çatdırıb.

5. Enerjisi yüksək rolu ilə Ben Foster, daha sakit xasiyyətli obrazı olan Kris Payn və özünəməxsus üslubu ilə Ceff Bridces... hər üçü əladır, üstəlik az görünən obrazlar belə yadda qalır.

6. Belə filmlər tez-tez çıxmır ona görə bu film mənə görə 10/10

7. Bir dəfə baxmaqla başa düşülür amma film o qədər əladı ki, 2 dəfə baxmışam yəni admin 2 dəfə izləyibsə başqa nə səbəb ☺

Bir neçə fakt:

* Film, rejissor David Mackenzie-nin valideynləri - David John Mackenzie və Ursula Sybil Mackenzie-nin xatirəsinə həsr edilmişdi. Onlar filmin çəkilişləri davam edərkən qəzada vəfat etmişdilər.


* Bir səhnədə Toby (Chris Pine) oğluna pivə təklif edir. Texas, valideynlərinin razılığı ilə 18 yaşdan az uşaqlara spirtli içki qəbuluna icazə verən ABŞ-dakı 10 ştatdan biridir.

* Filmdə hadisələr Texas-da cərəyan edir lakin Texas-da çəkilən bir səhnə belə yoxdur.

* Filmin ilk adı Comancheria idi. Bu ad 1860-cı illərdə Comanche tərəfindən işğal edilən Texas torpaqlarının adından gəlir.

* Route 66 Casino-da çəkilən səhnələrdə kazinonun müdirləri və işçiləri könüllü olaraq aktyor kimi çəkilirlər.


* Ben Foster-in kiçik qardaşı obrazında izlədiyimiz Chris Pine əslində ondan 2 ay böyükdür.


* Filmdə qarət edilən ilk 2 bank Archer City və Olney şəhərlərində idi. Bu şəhərlər həmçinin Jeff Bridges-in baş rolunda olduğu 1971-ci il Oskarlı filmi The Last Picture Show filmində də istifadə olunmuşdu.


* Film, Chris Pine və Ben Foster-in birlikdə oynadığı 2-ci 2016-cı il filmidir. Digər film - Craig Gillespie-nin rejissoruluğunda The Finest Hours idi.


SPOİLER
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*


* Filmdə cəmi 4 nəfər ölür. İlk üçü Tanner (Ben Foster) tərəfindən öldürülür. 4-cü isə Tanner özü idi.



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder