George Clooney. Həyatı və Ən Yaxşı Filmləri


  George Timothy Clooney 1961-ci il 6 mKentucky-də
anadan olub. Anası Nina Bruce keçmiş gözəllik kraliçası model, atası Nick Clooney isə televiziya verilişləri aparıcısı və siyasətçi olan George  atasının işi səbəbindən kiçik yaşlarından setlərdə vaxt keçirməyə başlamışdı. Məktəbdə dərslərlə arası elə də yaxşı olmayan Clooney idmanla, xüsusilə də beysbolla maraqlanırdı.


 1979-cu ildə Northern Kentucky University-yə daxil olan Clooney 1981-ci ildən təhsilini University of Cincinnati-də davam etdirir. Bu universitetdən də məzun olmadan ayrıldıqdan sonra Cincinnati Reds beysbol komandasına müraciət edir, lakin qəbul edilmir və aktyor olmağa qərar verir.


  1982-ci ildə Los Angeles-ə köçən  George uzun müddət filmlərdə və seriallarda kiçik rollar ifa edir. The Facts of LifeBaby Talk və Sisters kimi seriallarda oynayan aktyorun əsas çıxışı 1994-cü ildən çəkildiyi ER serialı ilə olur. Bu serialla 3 dəfə Qızıl Qlobus-a da namizəd olmuş aktyor 2000-ci ilədək ER-də rol almağa davam edir.


 Bir filmdə ilk önəmli rolu isə Quentin Tarantino-nun ssenaristi və Robert Rodriguez-in rejissoru olduğu From Dusk Till Dawn (1996) filmi ilə olur. 1997-ci ildə Batman & Robin filmi ilə Batman personajını canlandıran 6-cı aktyor olan Clooney soralar Batman-in özünün ən sevmədiyi rolu olduğunu açıqlamışdı. 


 1998-ci ildə rejissor Steven Soderbergh ilə ilk əməkdaşlığı olan Out of Sight filmində oynayır. Clooney sonralar rejissorun Ocean`s seriyasında Danny Ocean personajını canlandırmışdı. 1999-cu ildə məşhur rejissor David O. Russell-in Three Kings filminə çəkilən aktyor film setində rejissorla mübahisə edir və hətta mübahisələri əlbəyaxa davaya çevrilir. Russell bundan sonra 20 milyon dollar versələr belə başqa bir George Clooney filmi çəkməyəcəyini deyir.


  2000-ci ildə aktyora Coen qardaşlarının O Brother, Where Art Thou? filmindən rol təklifi gəlir və Clooney heç ssenarini oxumadan rolu qəbul edərək razılaşma imzalayır. Coenlərlə işləmək aktyorun çoxdankı arzusu idi və hətta buna görə normaldan çox daha aşağı məbləğ qarşılığında işləməyə razı olur. 
  2002-ci ildən rejissorluq karyerasına da başlayan Clooney ilk filmi Confessions of a Dangerous Mind-ı ərsəyə gətirir.


 2006-cı il isə aktyor üçün xeyli məhsuldar il olur. Rejissorluğunu etdiyi ikinci film olan Good Night, and Good Luck. (2005) ən yaxşı rejissor və ssenari də daxil olmaqla 
6 nominasiyada Oskara namizəd olur. Aktyor kimi isə            Syriana (2005) filmindəki ifasına görə ən yaxşı köməkçi rol aktyoru Oskarını qazanır. 


  Daha sonralar 2008-ci ildə Michael Clayton, 2010-cu ildə Up in the Air, 2012-ci ildə isə The Descendants filmlərindəki ifalarına görə ən yaxşı baş rol aktyoru nominasiyasında Oskar, Qızıl Qlobus və BAFTA mükafatlarına namizəd olan Clooney sonuncuya görə Qızıl Qlobusu qazanır. Eyni ildə həm də rejissoru olduğu 4-cü film olan Leatherheads ilə ən yaxşı uyğunlaşdırılmış ssenari nominasiyasında 3 əsas mükafata və əlavə olaraq, ən yaxşı rejissor nominasiyasında da Qızıl Qlobusa yenidən namizəd olur. 2013-cü ildə isə Ben Affleck-in Argo filmi ilə prodüser kimi 2-ci Oskarını alır. 


  Aktyor hal-hazırda Coen qardaşlarının ulduzlarla dolu kastı ilə maraqla gözlənən filmi Hail, Caesar! -a çəkilir. Out of Sight (1998), From Dusk Till Dawn (1996), Three Kings (1999), O Brother, Where Art Thou? (2000), Ocean's Eleven (2001), Welcome to Collinwood (2002), Ocean's Twelve (2004), Ocean's Thirteen (2007) və Fantastic Mr. Fox (2009) kimi bir çox filmlərdə soyğunçu obrazını canlandırıb. 


  Tarantinonun Reservoir Dogs (1992) filmindəki Mr. Blonde/Vic Vega (Michael Madsen) rolu üçün seçmələrə qatılmış, lakin rolu ala bilməmişdi.
 1989-cu ildə aktisa Talia Balsam ilə ailə quran Clooney 1993-cü ildə boşanır və bir daha evlənməyəcəyini və uşaq sahibi olmayacağını açıqlayır. Bu açıqlamasından sonra aktrisalar Michelle PfeifferNicole Kidman onunla 40 yaşına qədər evlənib ata olacağına dair hər biri 10min dollardan mərcə gəlirlər. Aktrisalar yanılırlar və Clooney-ə 10min dollarlıq çek göndərirlər. Clooney isə çeki geri göndərərək mərci 50 yaşına qədər uzatmağı və məbləği iki mislinə çevirməyi təklif edir. Aktrisalar yenə də yanılırlar. George Clooney nəhayət, 2014-cü ildə, 53 yaşında yenidən hüquqşünas Amal Alamuddin ilə ailə qurur.



 Dəfələrlə müxtəlif jurnallar tərəfindən yaşayan ən cazibədar kişi və ən yaxşı geyinən televiziya ulduzu seçilmiş aktyor qocalmaqdan narahat olmadığını deyir və gənc görünməyə çalışanları ələ salır. 


 Siyasi fikirlərini həyatda və filmlərində aşkar ifadə etməkdən çəkinməyən aktyor 2012-ci ildə ABŞ-da Sudan səfirliyi qarşısında keçirilən aksiyada iştirak etdiyinə görə həbs olunmuşdu. 
 2005-ci ildə Syriana filminin setində keçirdiyi qəza nəticəsində onurğasını yaralayan və bir neçə əməliyyat keçirməli olan aktyor qısa müddətli yaddaş itkisi də yaşamışdı. Gravity (2014) filmindəki tərəf müqabili Sandra Bullock ilə 25 ildən artıqdır ki, dost olan Clooney həmçinin Mark Wahlberg, Julia RobertsBrad Pitt ilə də yaxın dostdur.





  İstedadlı aktyor şəxsi film şirkəti olan Maysville Pictures-ə də rəhbərlik edir. 
  George Clooney-in oynadığı ən yaxşı 16 filmi təqdim edirik:













16. Confessions of a Dangerous Mind












15. Leatherheads












9. Michael Clayton












6. Syriana












5. The Descendants












4. Up in the Air



















3. Good Night, and Good Luck.












1. Gravity



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder