Liam Neeson. Həyatı və Ən Yaxşı Filmləri

 

Əsl adı William John Neeson olan Liam Neeson
1952-ci il 7 iyunda Şimali İrlandiyanın Ballymena şəhərində anadan olub. Atası Bernard Neeson bir məktəbdə mühafizəçi işləyirdi. Anası Katherina Neeson isə aşpaz idi. 4 uşaqlı ailənin üçüncüsü olan Liam-ın 3 bacısı var idi. Uşaq yaşlarından cüssəli və güclü olan Neeson 9 yaşında boksla məşğul olmağa başlayır. 15 yaşında İrlandiyada həvəskarlar arasında boks çempionu olur.



  Akademik fəaliyyətə həvəsi olmayan Neeson ailəsinin məcburiyyəti ilə Belfast Universitetində fizika və kompüter sahəsində təhsilinə davam edir. Universitetdəki uğursuzluğu aktyoru həvəsdən salır. Təhsilini donduran Liam uzun müddət dövrün məşhur pivə firması Guinness-də işləyir. Bu dövrdə kamaz sürücülüyündən müəllimliyə qədər müxtəlif işlərdə çalışan Neeson 1978-ci ildə Dublinə köçür.



  2 il Lirik İfaçılar Teatrında dram dərsləri alan Liam nəhayət qabiliyyətini burada kəşf edir. Aktyor kimi 1981-ci ildəki Excalibur filmi ilə tanınan aktyor 90-cı illərə qədər kiçik büdcəli bir çox filmdə oynayır. Bu müddətdə şəxsi həyatı ilə daim gündəmdə olan aktyor Oskarlı aktrisalar Julia Roberts, Helen Mirren, Barbra Streisand ilə olan münasibətləri ilə tanınır.



  1990-cı ildəki Darkman filmindəki, 2 il sonra Broadway-da Anna Christie oyunundakı ifası ilə Steven Spielberg-in diqqətini çəkən Neeson 1993-cü ildə ona məşhurluq gətirən ən uğurlu filmi Schindler's List-də baş rol Oskar Schindler-i canlandırır. İlk Oskar, Qızıl Qlobus və BAFTA namizədliyini qazanan aktyor ən uğurlu ifasını heç vaxt bəyənmədiyini hər fürsətdə söyləyir.



  Aksiyon filmlərindəki çıxışları ilə daha çox tamaşaçı rəğbəti qazanan Liam-ın ən uğurlu ifaları isə bioqrafik filmlərdədir. Schindler's List-dən sonra 1996-cı ildəki Michael Collins və 2004-cü ildəki Kinsey filmlərindəki uğurlu ifası ilə bəyənilən aktyor həmçinin 1999-cu ildə George Lucas-ın Star Wars seriyasının ilk filmindəki Qui-Gon Jinn obrazı ilə də diqqətləri cəlb etmişdi.



  1994-cü ildə ingilis aktrisa Natasha Richardson ilə evlənən aktyorun 1994-95-ci illərdə 2 övladı olur. 2009-cu ildə Montreal-da tətildə olanda xanımı Richardson xizəkdə sürüşərkən beyin sarsıntısı keçirir və dünyasını dəyişir. Bu hadisədən çox təsirlənən aktyor uzun müddət içki aludəçisi olur. Aktyorun bu problemi 2014-cü ilə qədər davam etmişdi.



  Britaniya İmperatoru Ordeninə layiq görülmüş məşhur aktyorun ən yaxşı 14 filmini təqdim edirik.













14. Les Miserables (1998)












13. Rob Roy (1995)












12. Nell (1994)












11. Darkman (1990)












10. The Grey (2011)













9. Star Wars: Episode I
 The Phantom Menace (1999)












8. The Next Three Days (2010)












7. Kingdom of Heaven (2005)












6. Love Actually (2003)












5. Taken seriyası (2008, 2012, 2014)












4. Michael Collins (1996)












3. Kinsey (2004)













2. Batman Begins (2005)













1. Schindler's List (1993)



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder