Kevin Spacey. Həyatı və Ən Yaxşı Filmləri



  Əsl adı Kevin Spacey Fowler olan Kevin Spacey
1959-cu il 26 iyulda ABŞ-ın New Jersey ştatında anadan olmuşdu. Atası Thomas Geoffrey Fowler yazıçı, anası Kathleen Spacey isə katibə idi. Amerika Nasist Partiyasının üzvü olan atası bu səbəbdən ştatda iş tapa bilmir. Spacey-in 4 yaşı olanda ailə Kaliforniyaya köçür.



  3 uşaqlı ailənin ən kiçiyi olan Spacey-in uşaqlığı olduqca qalmaqallı olur. Bacısının ağac evini yandırandan sonra ailə daha intizamlı olması üçün kiçik Kevin-i Northridge Hərbi Akademiyasına yazdırır. Buradakı ciddi qayda-qanuna tab gətirə bilməyən Kevin bir müddət sonra akademiyadan qovulur.



  Uşaqlıqdan aktyorluq və stand-up şoularına marağı olan gənc Spacey Chatsworth məktəbində təhsilini davam etdirir. Burada dram dərsləri alan aktyor kiçik teatr oyunlarında rollar ifa edir. Los Angeles kollecində aktyorluq təhsilini davam etdirən Kevin eyni zamanda teatr səhnəsində uğurlu çıxışları ilə də diqqətləri cəlb edir. Kollecdə Spacey-in sinif yoldaşlarından biri məşhur aktyor Val Kilmer idi.



  Nəhayət 1986-cı ildə 27 yaşında aktyor baş rollarında Jack NicholsonMeryl Streep olan Heartburn filmi ilə debüt edir. Bir neçə il seriallarda çəkilən aktyor haqqında fikirlər adətən müsbət olurdu. Daha çox mənfi obrazları ifa etməsi ilə məşhurlaşan Kevin bu tipli rolları oynamağa davam edir.



  1995-ci ildən sonra 4 il ərzində çəkildiyi 4 film aktyorun karyerasında dönüş nöqtəsi olur. Əvvəlcə Usual Suspect filmindəki Verbal/Kayzer Soze obrazı və həmin il Se7en filmindəki cani John Doe obrazı aktyorun gözlənilməz partlayışı olur. Usual Suspect filmindəki ifası ilə köməkçi aktyor nominasiyasında Oskar qazanan aktyor Qızıl Qlobusa da namizəd olur.



  1997-ci ildə çəkildiyi L.A. Confidential filmini ilə şöhrətini artıran aktyorun ən yaxşı performası şübhəsiz Sam Mendes-in American Beauty filmində idi. Bu ifası ilə Kevin ən yaxşı aktyor Oskarını alır. Həmin ilin may ayında akytor Empire jurnalı tərəfindən onilliyin ən yaxşı aktyoru seçilir. 2 il əvvəlki səsvermədə isə o, 56-cı idi.



  2001-ci ildə Total Films qurumunun ən qəddar 10 personaj siyahısında 2 dəfə Kevin Spacey-i görürük. 10-cu yerdə Se7en filmindəki, 5-ci yerdə Usual Suspects filmindəki personajı var idi. 2013 etibarilə Oskara 2 dəfə namizəd olub hər ikisində mükafatı qazanan 6 aktyordan biri idi (digərləri Luise Rainer, Vivien Leigh, Helen Hayes, Hilary SwankChristoph Waltz-dır).



  Qızıl Qlobusa 8 dəfə namizəd olan aktyor bu il House of Cards serialindakı ifasına görə mükafatı qazanmışdı. BAFTA mükafatına isə 4 dəfə namizəd olan aktyor American Beauty filmindəki ifası ilə mükafata layiq görülmüşdü. 

  Kevin Spacey heç vaxt evlənməyib və övladı yoxdur.

  Dahi aktyorun ən yaxşı 10 filmini təqdim edirik:












10. K-PAX (2001)















9. Pay It Foward (2000)
















8. Horrible Bosses (2011)
















7. The Negotiator (1998)

















6. Margin Call (2011)
















5. Glengarry Glen Ross (1992)
















4. L.A. Confidential (1997)














3. Se7en (1995)
















2. American Beauty (1999)

















1. The Usual Suspects (1995)




  










Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder