Batman Begins etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Batman Begins etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Film çox uğurlu alınanda yaxud uyğunlaşdırıldığı ssenari və ya roman bunu tələb edəndə, bəzən də sadəcə daha çox pul gətirməsi üçün filmin davamı çəkilir və beləcə film seriyası yaranır. Bu paylaşımda seriya daxilindəki filmlərin IMDb xallarını orta hesabla qiymətləndirib ən yaxşı 10 film seriyasını sizlər üçün seçdik.
10. INDIANA JONES SERİYASI
1981 , 1984 , 1989 , 2008-ci illərdə çəkilmiş və rejissorluğunu Steven Spielberg-in etdiyi Indiana Jones seriyası macəra janrının ən dəyərli mümunələrindəndir. Baş rolunu Harrison Ford-un oynadığı seriyanın orta IMDb xalı 7,7-dir. Filmin 5-ci bölümünün çəkilişlərinə gələn il başlanacaq.
İstədiyiniz bölümü aşağıdan izləyə bilərsiniz.
9. STAR WARS SERİYASI
1977 , 1980 , 1983 , 1999 , 2002 , 2005-ci illərdə 3 illik aralıqlarla çəkilmiş 2 hissəli Star Wars seriyası, dövrünün çox irəlisində effektləri və fantastika dünyası ilə bu janrı sevənlərin ən sevimli filmlərindəndir. İlk 3 filmin rejissoru uyğun olaraq George Lucas, İrvin Kershner, Richard Marquand, son 3 filmin rejissoru isə George Lucas-dır. Köhnə versiyasında baş rolda Harrison Ford, yeni versiyasında isə Natalie Portman kimi məşhurlar olan seriyanın orta IMDb xalı 7,83-dür. Filmin 7-ci bölümünün premyerası 2015-ci il dekabrın 18-də olacaq.
İstədiyiniz bölümü aşağıdan izləyə bilərsiniz.
8. BACK TO THE FUTURE SERİYASI
1985 , 1989 , 1990-cı illərdə məşhur rejissor Robert Zemickis-in Back to the Future seriyasının filmləri işıq üzü gördü. Siyahıdakı növbəti fantastik janrda olan bu film dövrünün imkanları xaricindəki orijinallığı ilə seçilir. Orta IMDb xalı 7,9-dur
İstədiyiniz bölümü aşağıdan izləyə bilərsiniz.
7. KİLL BİLL SERİYASI
2003 və 2004-cü illərdə özünəməxsus Quentin Tarantino üslubunda çəkilmiş Kill Bill seriyası aksiyon və cinayət janrının ən yaxşılarındandır. Baş rolunda cazibədar Uma Thurman-ın olduğu seriyanın orta IMDb xalı 8,1-dir. Filmin 3-cü bölümünün çəkiləcəyi açıqlanıb.
İstədiyiniz bölümü aşağıdan izləyə bilərsiniz.
6. TOY STORY SERİYASI
1995 , 1999 , 2010-cu illərdə ilk 2-sini John Lasseter sonuncu və ən uğurlusunu isə Lee Unkrich-in çəkdiyi animasiya seriyası siyahıdakı 2 cizgi filmimizdən biridir. Baş rolu Tom Hanks-ın səsləndirdiyi animasiya seriyasının orta IMDb xalı 8,2-dir.
İstədiyiniz bölümü aşağıdan izləyə bilərsiniz.
5. HOW TO TRAIN YOUR DRAGON SERİYASI
2010-cu ildə və bu il ən uğurlu animasiyalardan olan How to Train Your Dragon seriyası böyük rəğbətlə qarşılandı. Dean DeBlois-in rejissorluğunu etdiyi seriyanın 3-cü filmi də 2016-cı il iyunun 24-də reallaşacaq. Seriyanın orta IMDb xalı 8,25-dir.
İstədiyiniz bölümü aşağıdan izləyə bilərsiniz.
4. DOLLAR SERİYASI
1964 , 1965 , 1966-cı illərdə dahi Sergio Leone-in dollar seriyası işıq üzü gördü. Spagetti vestern janrının ən dəyərli nümunəsi olan seriya, Clint Eastwood-un da monumental çıxışı ilə şedevr oldu. Dövrü üçün fantastik gəlirlər qazandıran seriyanın orta IMDb xalı 8,46-dır.
İstədiyiniz bölümü aşağıdan izləyə bilərsiniz.
3. BATMAN SERİYASI
2005 , 2008 , 2012-ci illərdə Hollivudun parlayan rejissoru Christopher Nolan-ın müasir Batman seriyası tamaşaçılara təqdim olundu. Christian Bale, Heath Ledger, Michael Caine, Anna Hathaway, Morgan Freeman kimi simalar seriyanın ulduzlarıdır. Film, ən uğurlu Batman filmi oldu və hər 3 film Top 100-dədir. Seriyanın son 2 filmi də 1 milyard dollardan çox gəlir gətirdi. Seriyanın orta IMDb xalı 8,63-dür. Seriyanın 4-cü hissəsinin çəkilməsi barədə hələlik açıqlama olmasa da Nolan bunu təkzib etmir.
İstədiyiniz bölümü aşağıdan izləyə bilərsiniz.
2. THE GODFATHER SERİYASI
1972 , 1974 , 1990-cı illərdə çəkilmiş, rejissoru Francis Ford Coppola olan Godfather seriyası kinematoqrafiyanın ən yaxşı filmlərindəndir. Marlon Brando, Al Paçino, Robert De Niro kimi tarixi simaları bir yerdə cəmləşdirən seriya mafiya temalı filmlər içərisində ən yaxşısıdır. İlk 2 filmi dünyada 2-ci və 3-cü yerdə qərarlaşan seriyanın orta IMDb xalı isə Batman seriyası ilə eyni - 8,63-dür.
İstədiyiniz bölümü aşağıdan izləyə bilərsiniz.
1. THE LORD OF THE RINGS SERİYASI
2001 , 2002 , 2003-cü illərdə Peter Jackson-ın rejissorluğu ilə tarixin ən yaxşı film seriyası çəkildi. Macəra və fantastika janrının bu ən dəyərli nümunəsi strukturlu ssenarisi və mükəmməl effektləri ilə də dəyərini göstərdi. Seriyanın hər 3 filmi Top 20-likdə qərarlaşan seriyanın orta IMDb xalı isə 8,83-dür.
İstədiyiniz bölümü aşağıdan izləyə bilərsiniz.
Kristofer Nolan 1970-ci il iyulun 30-da İngiltərənin
paytaxtı London şəhərində anadan olmuşdur. Kiçik yaşlarından film çəkməyə
marağı olan Nolan, atasının ona video-kamera alması ilə bu hobbisinin artıq
daha real olmasını istəyir.
Nolanın ilk fimi 1997-ci ildə reallaşdırdığı
qısa-metrajlı Doodlebug filmi olur. Nolan bu filmi ilə Hollivudda
gələcək vəd edən rejissor kimi tanınmağa başlayır. Filmdə qismən fantastik
məcrada psixoloji gərginliyi düzgün əks etdirən Nolan, sonda verdiyi mesaj ilə
filmin yekununu süjetə tam uyğun şəkildə ifadə edir. Növbəti filmində də
birlikdə işləyəcəyi Ceremi Teobald bu filmdəki yeganə aktyor idi.
1998-ci ildə Nolan ilk uzun-metrajlı filmi
olan Following (Təqib) filmini ərsəyə
gətirir. 69 dəqiqəlik ağ-qara
film, həm kadr ardıcıllığının mükəmməl qurulması, həm bəzi dərin psixoloji
aspektləri dəqiq əks etdirilməsi, həm də əla ssenarisi ilə bir çox kino
tənqidçiləri tərəfindən bəyənilir. Nolan filmində həmçinin gələcəkdə
reallaşdıracağı Batman filmi haqqında da mesajlar verir. Filmdə qəribə
maraqları olan bir gəncin naməlum insanla tanışması ilə başına gələnlər zaman
axıcılığı ilə əks etdirilir.
Qısa və sadə Following filmi Nolanın dahiliyini əks
etdirməkdə aciz idi. 2 il sonra o, özünün şedevr filmlərindən biri olan Memento (Yaddaş kitabçası) filmini çəkdi. Filmin ssenarisini qardaşı Conatan Nolan ilə yazan rejissor, bu ssenari ilə
Akademiya mükafatına da namizəd olur. Ssenarinin mükəmməlliyi isə onun heç kim
tərəfindən tam mənada dərk oluna bilməməsi idi. Hal-hazırda da bu filmin
ssenarisi konkret olaraq yazı üstündə deyil və tam mənasıyla heç kim tərəfindən
bilinmir. Memento kimi 8.5 IMDb xallı və dünyada 35-ci sırada qərarlaşan bir
filmi çəkən Nolan, bunu yalnız 2-ci uzun-metrajlı filmi ilə bacarması ilə böyük
şöhrət qazandı.
Filmdə xanımının qatilini axtaran bir sığorta işçisinin
öz hafizəsi və müəmmalı tanışları ilə apardığı mübarizə və başına gələnlər əks
etdirilir. Filmin finalını ilk səhnədə bizə göstərən Nolan 113 dəqiqəlik filmi
geriyə doğru tamaşaçılara göstərməklə bu filmin bir dəfə izlənməklə başa düşülə
bilinməyəcəyini nümayiş etdirdi. Baş rollarda Qay Pirs, Keri Anna Moss və Co Pantolianonun oynadığı film Hollivudun ən çətin anlaşılan filmləri
arasındadır.
2002-ci ildə Nolanın 3-cü filmi Insomnia (Yuxusuz) işıq üzü gördü. Təsirli səhnələri və Al Paçinonun
mükəmməl ifası ilə zənginləşən film, yenə də Nolan standartlarına yaxın
deyildi. Cavan qızın ölümünü araşdırmaq üçün gecəsiz Skandinaviya ölkəsinə
gələn müfəttiş burada istəmədən etdiyi səhvlər, yuxusuz gecələri və qatillə
əməkdaşlığı ilə çıxılmaz vəziyyət qarşısında qalır. Gərgin sujet xətti ilə
seçilən filmin baş rollarında Al Paçino, Robin Uilyams və Hilari Svank kimi məşhur simalar var.
Nəhayət 2005-ci ildə Nolanın uşaqlıq arzusu olan
Batman seriyasının ilk filmi Batman Begins (Betmen başlayır) filminin premyerası olur. Hər nə qədər 3
Batman filmi içində daha cılız görünsə də 8,3-lük IMDb xalı (dünyada 105-ci
yer), mükəmməl effektləri, əla qurğulanmış ssenarisi və ən əsası Batman
personajının doğuşunu düzgün əks etdirməsi ilə film rəğbətlə qarşılandı.
Ümumilikdə, daha əvvəl çəkilmiş Batman filmlərindən öz
keyfiyyətinə və ssenari dolğunluğuna görə kəskin fərqlənən film seriyasi,
sonadək çəkilən yeganə Batman seriyasıdır. Eləcə də Batman rolunu ifa edən Kristiyan
Beyl bu seriyada sonadək Batman personajını canlandıran yeganə aktyordur. Film
kastıyla da göz doldurur; Kristiyan Beyl, Liam Neeson, Morqan Friman, Maykl Kayn, Qeri Oldman, Keti Holmes kimi Hollivud ulduzları kastın sadəcə bir
hissəsidir.
Növbəti il Nolan sehrbaz temalı filmlər içində ən
yaxşı sayılan Prestige (Prestij) filmini ərsəyə gətirdi. Bu filmi ilə
Memento havasını yenidən əsdirən Nolan, triller, aksiyon janrları ilə yanaşı
science-fiction (bilim-qurğu) janrında da şedevr yarada biləcəyini sübut etdi.
Film 8,5 IMDb xalı (dünyada 52-ci yer) topladı və 2006-ci ilin
kinematoqrafiyada 'sehrbazlar ili' kimi qeyd olunmasına səbəbkar oldu.
Kristiyan Beyl ilə yenidən işləyən Nolan, Hyu Cekman, Skarlet Yohanson, Maykl Kayn ilə filmin əzəmətini daha da artırdı. Filmdə
düşmən münasibətdə olan iki sehrbazın kəskin mübarizəsi əks etdirilir. Dolğun
səhnə tərtibatı və hekayənin əvvəli ilə sonunu paralel olaraq göstərməsi ilə
Nolan, yenə də öz fanatlarına zövq yaşadır.
2008-ci il gəldiyində Nolan artıq öz şah əsəri olan The Dark Knight (Qara Cəngavər) filmini çəkmişdi. 9 IMDb xallı bu film heç
şübhəsiz film tarixinin ən yaxşılarından biri sayılır (rəsmi olaraq dünyada
4-cü yer). Eyni zamanda Nolan çəkdiyi bu filmi ilə 1milyard ABŞ dollarından
daha çox gəlir əldə etməklə tarixdə bunu edə bilən 18 filmdən biri oldu.
İnkar edilə bilməz ki, Joker personajı filmin bu
məşhurluğu əldə etməsində əsas faktorlardan idi. Hes Lecerin canlandırdığı personaj bir çox beynelxalq jurnal və qurumların
siyahısında 'ən yadda qalan personaj' ünvanını qazanmışdı. İçində Akademiya
mükafatı olmaqla 35 müxtəlif qurum tərəfindən 'ən yaxşı köməkçi kişi aktyor'
nominasiyasinda mükafat qazanan Hes Lecer, çox təəssüf ki, filmin premyerası
olmadan vəfat etdi.
Belə bir filmdən sonra Nolan artıq Hollivudda ən
yaxşılar sırasında göstərilirdi. Filmdə Batmanin Jokerlə mübarizəsi mükəmməl
göstərim tərzi ilə reallaşdırıldı. Seriyanın yalnız bu filmində çəkilən Meqi Qlinhall və Aron Ekhartın ifaları da filmi dolğunlaşdıran amillərdən idi. Ən yaxşı səs
effektləri nominasiyasında da Oskar qazanan film, Nolanın ən yaxşılarla
işlədiyini bir daha bizə göstərdi.
The Dark Knight kimi bir filmdən sonra Nolanın bir
daha o səviyyəyə çıxa bilməyəcəyini düşünənlər az deyildi. 2010-cu ildə
reallaşdırdığı Inception (Başlanğıc) filmi ilə Nolan bu fikiləri alt-üst etdi.
Filmin ssenarisini də özü yazan Nolan, 8,8 kimi fantastik bir IMDb xalı topladı
və insan fantaziyasının hansı hüdudlarda gəzə biləcəyini bizlərə göstərdi. Film
dünyada 13-cü olmaqla ən çox gəlir gətirən filmlər siyahısında da ilk 30-luqda
qərarlaşır.
Yalnız texniki nominasiyalarda qazanılmış 4 Akademiya mükafatı ilə kifayətlənən film, ilin ən yaxşı filmi
və ssenarisi kimi nominasiyalara da namizəd olur. Filmdə qeyri-adi peşə sahibi
olan gəncin öz komandası ilə bir insanin beynində dəyişikliklər etmək cəhdi və
qarışıq ailə münasibətləri, Nolan tərzinə uyğun şəkildə - zaman gediş-gəlişləri
ilə əks etdirilir. Qravitasiya səhnələri ilə də məşhurlaşan filmdə baş rolları Leonardo Di Kapriyo, Mariyon Kotillard, Ellen Peyc, Maykl Kayn, Jozef Qordon Levitt kimi ulduzlar oynayır.
2012-ci ildə Nolan Batman seriyasını tamamladı və bu
seriyanın son filmi The Dark Knight Rises (Qara Cəngavər Yüksəlir) filmini çəkdi. Bir çox kino tənqidçiləri
tərəfindən seriyanın ən yaxşı filmi olaraq adlandırılan film 8,6 IMDb xalı ilə
dünyada 51-ci yerdə qərarlaşdı və tarixdə ən çox gəlir gətirən Batman filmi
oldu.
Filmin heç bir Akademiya mükafatına namizəd belə gösterilməməsi
böyük narazılıq və tənqidlərə səbəb oldu. Bir çox vizualizasiya növündə
yenilikləri ilə ön plana çıxan filmin stadion və partlayış səhnələri çox
bəyənildi. Catgirl personajına nəhayət son filmdə yer verən Nolan, bu rol üçün
öndəgedən onlarla Hollivud ulduzu arasından Anna Hedeveyi seçdi və aktrisanın ifasını olduqca bəyəndi. Originalında olan
Robin personajının heç bir filmdə adının belə keçməməsinə səbəb Kristiyan
Beylin bunu çəkilməsi üçün şərt olaraq qoyması idi.
Seriyanın ən qısa vaxtda çəkilən filmi olmasına
baxmayaraq ən keşməkeşli yolu da bu film keçmişdi. Dünyada yalnız 4 ədəd olan
xüsusi aksiyon kamerasının filmin çəkilişi əsnasında dublyor tərəfindən
yararsız hala salınması və partlayış səhnələrinin real partlayışdan çox da
fərqli olmaması səbəbindən terrorist hücum kimi yalnış anlaşılması film
haqqında maraqlı faktlardır.
Hal-hazırda isə Nolan son filmi Interstellar (Ulduzlararası)-ın çəkilişlərini tamamlayıb və 7 noyabr tarixində premyerası olacaq. Böyük ümidlər
bəslənən film öz treyleri ilə çox da informativ sayılmasa da bir kosmonavtın iş
və sevgi arasında verəcəyi seçimlər və böyük təhlükələrə necə reaksiya verməsi
kimi məsələlər üzərində qurulması gözlənilir. Metyu MakKanufi, Anna Hedevey, Cesika Kasteyn, Keysi Aflek, Maykl Kayn kastın əsas ulduzlarıdır.