Dogville Haqqinda. Film Analizi və Maraqli Faktlar



"...bəzi insanları əhilləşdirməzsiniz, onları pislik etməyə məcbur edə bilməzsiniz.
Pisliklərini üzlərinə vurduqdan sonra sadəcə inkar etməz, sizdən daha da nifrət edərlər! Onları görməzdən də gələ bilməzsiniz, cəzalarını haqq ediblərsə , ediblər. Mərhəmət hər zaman ən doğrusu deyil, ən gözəli və ən əxlaqlısıda deyildir. Sizə pislik edənləri üzrlü görmək, onlara anlayış göstərmək, onların içindəki şeytanı bəslər, böyüdər. Əfv etmək bəlkə də o insana edə biləcəyimiz ən böyük pislikdir..."




  Yuxarıda yazdığımı filmə baxdıqdan sonra anlayacaqsız. Tək məkanda keçən, az büdcə ilə çəkilmiş gündəlik kinolardan fərqli bir tərzdədir. İlk 70-80 dəqiqəsi sıxıcı olsa da sonradan hadisələr psixoloji hal almağa başlayır. İnsanın yaxşılıq uğruna kölə kimi istifadə edilməsi və hər kəsin bundan faydalanmasını çox gözəl göstəriblər.



  Son səhnəsində hər zamankı kimi Trier təəccübləndirir. Bəlkə də, digər filmlərindən fərqli olaraq bizi psixoloji cəhətdən biraz rahatladır. Trier sevənlər üçün şahəsər olsa da action, thriller, horror və s. filmlər sevənlər uzaq dursun. Kino heavy dram (ağır dram) olsa da, dəyişik tərzdə filmləri bəyənməyənlər də uzaq dursun. Hər kəsə tövsiyə etməyəcəyim tərzdə bir şah əsərdi. Trier insanları, insanların təbiətini çox əla analiz edə bilir. 



-spoiler- "Son səhnəsində mən daha sadistcə davranardım...Hətta bir an əfv edəcək deyə psixologiyam pozuldu


Bir neçə maraqlı fakt:


* Paul Bettany filmdə oynamağı qətiyyən istəmirdi. Yaxın dostu Stellan Skarsgard ona Trier-lə işləməyin necə maraqlı, unudulmaz təcrübə olacağını dəfələrlə təkid etdikdən sonra aktyor filmdə oynamağa razılaşır.



* Nicole Kidman filmin çəkilişləri tamamlandıqdan dərhal sonra verdiyi müsahibədə bir daha heç vaxt Trier-lə işləməyəcəyi kəskin dillə bildirmişdi. Daha sonra Antichrist (2009) filminə təklif alan aktrisa roldan imtina edir. Buna baxmayaraq Nymphomaniac: Vol. 1  (2013) filmində oynamağa razılaşsa da tərəflər arasındakı müxtəlif fikir ayrılıqları nəticəsində o filmdə də Kidman-ı görmürük.



* Trier aktyor heyətini rola daha çox təşviq etmək üçün bəzi səhnələri özü soyunaraq çılpaq çəkmişdi.



* Trier Grace obrazını Nicole Kidman üçün yazmışdı. Bu rol üçün başqa heç kimi düşünmədi.



* Dogville 2003-cü il Kann Film Festivalında kritiklərin əsas favorit filmi olsa da heç bir mükafat almamışdı.

* Quentin Tarantino filmə qarşı bütün tənqidlərə etiraz etmişdi.


* Bir gün çəkiliş setinə baş çəkən Russell Crowe setdə hamının bekar olduğunu görür. Trier-dən bunun səbəbini soruşduqda rejissor: "Bu Dogma 95 ruhudur. Məndən soruşma".





Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder