Dogma 95 Haqqında. Axının Qanunları ve Filmləri


   Dogma 95 qəlibləşmiş və artıq maddi vəsaitin hegemon
olduğu film dünyasına reaksiya üçün yaradılmış avanqard film üslubudur. Məşhur rejissorlar Lars von TrierThomas Vinterberg tərəfindən Kopenhagendə hazırlanan Dogma 95, 13 mart 1995-ci ildə Parisdə bir film festivalında elan edildi.

  Bu axın özündə 10 qanunu müdafiə edir və filmlərin bu 10 qanun daxilində çəkilməsini tələb edir. Axına rejissorlar Kristian Levring və Soren Kragh-Jacobsen-in qoşulması ilə həmçinin Dogme 95 Collective adı ilə də tanınır. Hələlik Dogma 95 qanunlarına tabe 86 film çəkilmişdir. Axının yaradıcısı Trier-in Dogma 95 qanunlarına cavab verən sadəcə bir filmi var - The Idiots (1998).

  Dogma 95-i təqdim edən Trier: "Olduqca yüksək büdcələrin hakim olduğu bu aləmdə dinamikanı saxlamağımızın vacibliyini hiss etdik". Dogma 95 təbiiliyi, sadəliyi üstün tutur və texniki nüanslardan daha çox aktyor ifası və ssenari dərinliyinə fokuslanır.

  Məşhur 10 qanunu təqdim edirik:

1. Çəkilişlər studiyada aparıla bilməz. Səhnə tərtibatı və texnika içəridə olmamalıdır (Əgər səhnə üçün xüsusi tərtibat lazımdırsa studiya xaricində ən uyğun məkan seçilməlidir).

2. Səhnəyə əlavə səs montaj oluna bilməz. Yalnız çəkiliş zamanı olan səslər istifadə olunmalıdır (Əgər məhz həmin səhnə üçün bəstələnməyibsə musiqi istifadə olunmamalıdır).
  
3. Kamera əldə daşınmalıdır. Əldə daşınan kameranın çəkilişindəki əsmələr və ya sabitlik qəbulediləndir. Film kameranın olduğu yerdə çəkilməməlidir, kamera filmin olduğu yerdə olmalıdır.

4. Film rəngli olmalıdır. Xüsusi işıqlandırmadan istifadə oluna bilməz (Əgər səhnə üçün əlavə çox az işıq lazım olarsa ya çəkiliş dayandırılmalıdır, ya da sadəcə bir lampadan istifadə olunmalıdır).

5. Optik iş, filterlər və rəng korreksiyası qətiyyən qadağandır.

6. Filmdə necə gəldi aksiyon ola bilməz (Ölüm səhnələri, silahlar və s. olmamalıdır).

7. Filmdə mütləq filmin çəkildiyi real zaman və məkan istifadə olunmalıdır (Yəni, 2049-cu il, Pandora olmaz).

8. Film hansısa bir janrla birbaşa əlaqələndirilə bilməz.

9. Format 35 mm. olmalıdır.

10. Rejissorun adı filmin əvvəlində yazıla bilməz.





İndi isə ən məşhur Dogma 95 filmlərini təqdim edirik.







The Celebration (1998)

Rejissor: Thomas Vinterberg









The Idiots (1998)

Rejissor: Lars von Trier










Mifune (1999)

Rejissor: Soren Kragh-Jacobsen














The King is Alive (2000)

Rejissor: Kristian Levring










Julien Donkey-Boy (1999)

Rejissor: Harmony Korine













Italian for Beginners (2000)

Rejissor: Lone Scherfig












Open Hearts (2002)

Rejissor: Susanne Bier





Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder