Ən Yaxşı 12 Netflix Serialı



Dünyanın 130 ölkəsində yayımlanan Netflix serialları HBO,
FX və AMC ilə birlikdə serial aləmində əsas liderlərdəndir. 

Ən yaxşı 12 Netflix serialını təqdim edirik.

Siyahını hazırladı: Mənsur Zeynalov, Tony Aliyev.










12. 13 Reasons Why


Liseydə oxuyan Hannah intihar edir və bunu 12 nəfərə kaset yollayaraq 13 səbəblə izah edir. Gənclər haqqında çəkilmiş ən yaxşı seriallardan biridir.







11. Luke Cage


Carl Lucas törətmədiyi bir cinayətə görə həbsxanaya girir və orada onun üzərində təcrübə aparırlar. Təcrübədən sonra onun dərisi güllə keçirilməyəcək qədər super gücə sahib olur. Bundan müsbət şəkildə faydalanan Luke bu gücü öz adını təmizə çıxartmaq üçün işlətməyə və insanlara yardım etməyə başlayacaq. Marvel serialıdır və çox keyfiyyətli çəkilib yəni izləyən peşman olmaz.






10. Daredevil



Görmə məhdudiyyətli superqəhrəmanımızın 2003-də filmi çəkilsə də uğursuzluqla nəticələnmişdi amma serialı demək olar filmdə yanlış olan bütün əlamətləri düzəldib. Baş rol obrazının maraqlı olmasından əlavə action səhnələriylə də önə çıxan serial, Marvel filmlərində ən çox tənqid olunan “zəif mənfi obraz”a da ciddi cavabdir cunki Vincent Donofrio-nun obrazı sadəcə olaraq əvəzolunmazdır.








9. Ozark


Meksikalı bir narkobarona borclu olan Marty Byrde və həyat yoldaşı Wendy Byrde Missuri ştatına köçərlər və əsas hadisələr başlayar. Serialda narkotik, cinayət, qara işlər - hər şey var. Bəzi mənbələr bu serialı artıq Breaking BadNarcos ilə müqayisə edir. 
Tanış simalardan Jason BatemanLaura Linney var







8. Jessica Jones



Marvel Studiyaları tez-tez eyni formulaya sadiq qalmaqla tənqid olunur filmlərində amma Marvel-in Netflix serialları üçün eyni şeyi demək çox çətindir. “Jessica Jones” janrdan o qədər uzaqdır ki, onun superqəhrəman serialı olduğunu unudub, daha çox fövqaltəbii elementlərə sahib psioxoloji triller-sirr seriali kimi görəcəksiniz. Krysten RitterDavid Tennant arasında olan səhnələr isə xüsüsilə bonusdur.






7. Narcos



Pablo Escobar adı çoxlarına tanışdır. Tarixdə tək-tük cinayətkarlar var ki, adını bu qədər adam bilir. Bəs bu adam kimdir, niyə bu qədər tanınır? Nələr edib? Cavabı bu serialda.







6. Stranger Things



80-lərin elmi-fantastika, qorxu-triller filmlərini sevirsiniz? Sevirsinizsə lap əla amma hətta anlayışınız yoxdursa belə “Stranger Things” çox qısa müddətdə size özünə cəlb edəcək, sizi nəinki musiqiləri, mövzüsü və gedişatı, həm də atmosferiylə 80-ci illərə aparan, başda Steven SpielbergJohn Carpenter filmləri olmaqla dövrün janr filmlərinin rejissorlarını yad edən “Stranger Things” həm nostalgiya sevənləri məmnun edir, o dövr filmləriylə tanış olmayan adamlarda isə maraq oyadır.







5. Master of None



Əgər axtardığınız təkcə sizi güldürmək məqsədi güdən komediyadırsa “Master of None” sizlik olmaya bilər, çünki Aziz Ansari-nin qeyri-ənənəvi üslüblü komediyası təkcə güldürmək məqsədi daşımır, həm də sizi maraqlı əhvatlarlara şahid edərkən düşündürür, hətta bəzən kədərləndirir. İkinci mövsümünda italyan neo-realist rejissorları da yad edən, romantik dram tərəfi ilə bir çox romantik dram filmini kölgədə qoya biləcək serial son illərin ən uğurlu və ən seçilən işlərindən biridir. 









4. BoJack Horseman



Yetkin tamaşaçılar üçün nəzərdə tutulmuş animasiya çoxdur amma “Bojack” qədər son illərdə yumor ilə dramı bu qədər əla balanslaşdıra biləni tapmaq çətindir. Məşhurluq və şöhrət həyatına də maraqlı baxış edən “Bojack Horseman” Netflix-in ən yaxşı animasiya serialıdır.







3. House of Cards



Güc və nüfüz. Bu iki şeyi əldə etmək üçün Underwood cütlüyünün qarşısında duran hərhansısa bir əngəl məhv olmağa məhkumdur. Kevin SpaceyRobin Wright-ın baş rollarını bölüşdüyü və kifayət qədər də sevəni olan serial, öz baş rol obrazlarının şeytani dərəcədə ağılları və intriqalarla dolu siyasi dünyada yüksəlmə mübarizəsindən bəhs edərkən David Fincher, Joel Schumacher, James Foley kimi rejissorların da köməyi ilə serialdan çox Oscar sezonu filmi dadı verir.







2. The Crown



Ötən ilə damğasını vuran olan “Crown” öz maraqlı obraz və dialoqları, güclü aktyor oyunu (xüsüsən John Lithgow), gözəl görüntüləri və çəkilişləri ilə Avropa tarixi və ya Britaniya kraliyət ailəsinə qəti marağı olmayanları belə məftun edə biləcək. 











1. Black Mirror



Tənqidçilər son mövsümün “San Junipero” epizodunu son illərin ən yaxşı işlərindən biri sayır, hər epizodu ayrı mövzüda yüksək səviyyəli bir elmi-fantastika filmi təəsüratı verən Black Mirror həm texnologiyanın inkişafı barəsində suallar doğurur, həm də texnologiyadan bir mövzü qurğusu kimi istifadə edərək bir çox mövzüya toxunur.








Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder