Meryl Streep və Ən Yaxşı 10 Filmi


  Mary Louise Streep (Meryl Streep) 1949-cu il 22 iyunda
ABŞ-ın New Jersey ştatının Summit şəhərində anadan olub. Dərman şirkəti başçısı ata və reklam ulduzu ananın övladı olaraq dünyaya gələn Streep Vassar kollecində və Yale universitetində Dram fakültəsini bitirir.



  Soy-kökü ata tərəfdən Hollandiyaya, ana tərəfdən İsveç, İrlandiyaya gedib çıxan aktrisa 1977-ci ildə 28 yaşında aktrisa karyerasına başlayır. Julia filmindəki kiçik rolu ilə bəyənilən Meryl 1 il sonra 2-ci uzun-metrajlı filmi Deer Hunter ilə Oskara namizəd olur. 



  Meryl Streep kinematoqrafiyaya gəldiyi ilk dövrlərdən daim ən arzulanan və yüksək səviyyəli aktrisalardan olmuşdur. 19 dəfə namizəd olduğu Oskar mükafatını 3 dəfə - Kramer vs. Kramer (1979), Sophie`s Choise (1983) və Iron Lady (2012) filmlərinə görə qazanan aktrisa bu mükafata ən çox namizəd olan aktrisadır.



  Həmçinin Streep 29 dəfə Qızıl Qlobus mükafatına namizəd göstərilmiş 8 dəfə qalib olmuşdur. Əlçatmaz mükafatları olan aktrisa ümumilikdə 427 dəfə mükafatlara namizəd göstərilmişdir.



  Deer Hunter filminin çəkilişləri zamanı Godfather seriyası və Dog Day Afternoon filmindən də tanıdığımız John Cazale ilə tanış olan aktrisa 1978-ci ildə onunla nişanlanır. Elə həmin il aktyor xərçəngdən dünyasını dəyişir. Streep aktyor Don Gummer ilə evlənir. Hal-hazırda da davam edən evliliklərindən 4 övladı var. Böyük qızı Mamie Gummer də aktrisadır.





  2014-cü il 25 noyabrda isə aktrisa ABŞ-da vətəndaşlara verilən ən ali mükafat olan Prezident Müstəqillik Medalı ilə təltif edilir. Mükafatını prezidentdən alarkən Obama belə bir zarafat edir: "Mən Meryl Streep-i sevirəm. Bunu onun əri də bilir. Michelle də bilir."

                                

  Aktrisanın seçdiyimiz ən yaxşı 10 filmini təqdim edirik.







10. Devil Wears Prada (2006)












9. Bridges of Madison County (1995)












8. Doubt (2008)












7. Sophie's Choice (1982)













6. Hours (2002)












5. Adaptation (2002)












4. Out of Africa (1985)













3. Manhattan (1979)












2. Kramer vs. Kramer (1979)













1. Deer Hunter (1978)




Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder