Guy Ritchie. Həyatı və Filmləri


  Əsl adı Guy Stuart Ritchie olan Guy Ritchie 1968-ci il 10 sentyabrda
İngiltərənin Hertfordshire şəhərində anadan olub. Ritchie İngiltərə kralı Edward-ın nəslindən olsa da uşaq yaşlarında əsilzadə həyatı yaşamır.

  Vaxtının çoxunu küçədə avaralıqda keçirən Guy-ın dərsləri də heç vaxt qaydasında olmur. 15 yaşı olanda qavrama çətinliyi çəkdiyinə görə bu tipli xəstələr üçün ən yaxşı məktəblərdən olan Stanbridge Earls-dan qovulur.



 Bacısı ilə birlikdə Sibford məktəbinə keçən Ritchie burada da narkotik istifadəsinə görə problemlər yaşayır və çox çəkmədən bu məktəbdən də uzaqlaşdırılır. Elə bundan sonra Ritchie-nin rejissorluq karyerası başlayır.

  İlk zamanlar reklam çarxları və musiqi qrupları üçün kliplər çəkən rejissor özünü doğruldur və məşhurlaşmağa başlayır. 1995-ci ildə 27 yaşında ilk filmi - qısa-metrajlı Hard Case işıq üzü görür. Debüt əsərində ssenarisini də özü yazan Ritchie 20 dəqiqəlik cinayət janrındakı filmi ilə əks-səda doğurmur.

                               

  3 il sonra rejissor möhtəşəm filmi Lock, Stock and Two Smoking Barrels-i çəkir. Ssenarisini də yazdığı filmi mükəmməl edən əsas məqamlar çəkiliş tərzi, musiqiləri, personajlar və ən əsası ustalıqla quraşdırılmış ssenarisi idi.



  4 dostun pul qazanmaq üçün düşdüyü mürəkkəb və cinayətlərlə dolu vəziyyət fərqli yumor üslubu və filmlə bütünləşən musiqiləri ilə olduqca bənilir. Jason Statham-ın və eks-futbolçu Vinnie Jones-un ilk filmi təcrübəsi olan əsər 1 milyon dollar civarında kiçik büdcəsi ilə böyük maddi dəstək olmadan da şedevr yaranmasının mümkün olduğunu sübut edir.



  2000-ci ildə 2-ci filmi Snatch. işıq üzü görür. İlk filmin effekti ilə piyarı  daha geniş aparılan Snatch. ən az ilk film qədər bəyənilir. 2-ci filmi ilə də IMDb Top 250 siyahısına düşməyi bacaran Ritchie artıq ən yaxşı ingilis rejissorlar arasında göstərilir.



  7 milyon dollarlıq büdcəsi, Brad Pitt, Benicio Del Toro, Dennis Farina kimi ulduzları və ilk filmi xatırladan qarışıq ssenarisi ilə olduqca bəyənilən film yenidən rejissorun yumor və mövzu tərzini hamıya göstərdi. 



  Rejissor həmin il 1 sezon davam edən 7 bölümlü Lock, Stock... serialının bütün bölümlərinə prodüserlik edir. 1 bölümünün ssenarisini də yazan Guy-ın serialı uğurlu alınmır.



  Məhsuldar 2000-ci ilin sonunda rejissor Şotlandiyada məşhur müğənni Madonna ilə evlənir.



  Növbəti il ssenarisini Joe Sweet ilə birlikdə yazdığı 7 dəqiqəlik Star filmi çəkən rejissor tənqidçilər tərəfindən növbəti dəfə bəyənilir. Baş rolda Hollivudun məşhur simalarından Clive Owen olan film qısa müddəti ərzində ilk iki filmin effektini izləyiciyə yaşada bilir.

               

  Həmin il Ritchie rejissorluğunu Barry Skolnick-in etdiyi Mean Machine filminə prodüserlik edir. İdman janrındakı filmdə Ritchie-in birlikdə işlədiyi bir çox aktyoru görə bilərik.



  2002-ci ildə rejissorun ən uğursuz filmi Swept Away işıq üzü görür. 1974-cü ildə italiyalı rejissor Lina Wertmüller-in çəkdiyi filmin ssenarisi əsasında çəkdiyi filmdə baş rolu xanımı Madonna-ya verən Guy balıqçı ilə kimsəsiz adaya düşən varlı xanım Amber-in hekayəsini səhnələşdirir.



  3 il sonra rejissorun ən anlaşılması mürəkkəb filmi Revolver işıq üzü görür. Baş rolu Jason Statham-a verən rejissor filmdə məşhur aktyorlar Ray LiottaMark Strong-a da yer verir.



  Əsas ideyası insanın eqosu ilə mübarizəsinin öz beynində yox xarici qüvvələrlə vəhdət şəklində olmasını göstərmək olan filmdə kimin əslində kim olmasını müəyyən etmək olduqca çətindir. IMDb və Metascore xallarının aşağı olması ilə bərabər film tənqidçilər tərəfindən də bəyənilmir. Rejissor tənqidlərə cavab olaraq əsas olanın izləyicinin filmi bəyənməsi olduğunu söyləmişdi.



  2007-ci ildə karyerası üzərində qara buludlar dolaşan Ritchie kiçik həcmli TV verilişi Suspect-ə rejissorluq edir. Baş rolunda Matrix filmindən yaxşı tanıdığımız Carrie-Anne Moss olan layihə səs gətirmir.

  Növbəti il Guy rejissoru, ssenaristi və prodüseri olduğu ilk filmi RocknRolla-nı çəkir. Baş rollarında Gerard Butler, Mark Strong, Tom Wilkinson, Mission Impossible 2 filmindən tanıdığımız cazibədar Thandie Newton və o zamanlar hələ məşhurlaşmamış Tom Hardy olan film rejissorun ilk iki filminin havasını yenidən gətirir.



  Əvvəlki filmləri qədər qarışıq olmasa da rejissor işinin keyfiyyəti ilə seçilən film musiqiləri ilə bütünləşir. Oğurluq teması üzərində qurulan filmdə rejissora xas bol personajdan istifadə yenə diqqəti cəlb edir.



  RocknRolla filminin premyerasından sonra Madonna ilə boşanan rejissor 2009-cu ildə müğənninin What It Feels Like for a Girl mahnısına klip çəkir.

              

  Elə həmin il rejissor maddi cəhətdən partlayış etdiyi Sherlock Holmes seriyasının eyni adlı ilk filmini çəkir. Arthur Conan Doyle-un orijinal romanının personajları ilə səhnəyə uyğunlaşdırılan filmdə məşhur aktyorlar Robert Downey Jr.Jude Law, Sherlock və Dr. Watson obrazlarını canlandırır.



  Həmçinin Rachel McAdams və növbəti dəfə Mark Strong-un iştirakı ilə çəkilən film Oskara namizəd olan ilk Ritchie filmi olur. Ən yaxşı dekorasiya və musiqi (Hans Zimmer) nominasiyalarında Oskara namizəd olan film bütün dünyada 518 milyon dollardan çox gəlir gətirir.



  2011-ci ildə hələlik son filmi olan seriyanın növbəti filmi Sherlock Holmes: Game of Shadows işıq üzü görür. Başlıca aktyorlar saxlanmaqla çəkilən davam filmində yeni düşmən Professor James Moriarty olur. Sherlock-un qardaşı Mycroft-ı da gördüyümüz film ilk bölüm qədər bəyənilməsə də yüksək qiymətləndirilməyə layiqdir.



  534 milyon dollar gəliri ilə göz dolduran film 125 milyon dollar büdcə ilə çəkilmişdi. Seriyanın 3-cü filminin çəkiləcəyi açıqlansa da rejissor, kast və zamanı barədə hələlik məlumat yoxdur.



  Bu il avqustun 13-də isə artıq tamamlanan The Man from U.N.C.L.E. filminin premyerası olacaq. Baş rollarında yeni Superman kimi tanınan Henry Cavill, Social Network filmindəki əkizləri tək canlandıran Armie HammerAlicia Vikander olan macəra və komediya janrındakı film 1960-cı illərdə CIA və KGB agentlərinin müəmmalı cinayətkar qruplaşma ilə mübarizəsi səhnələşdirilir.

             

  Hal-hazırda isə rejissor prodüserliyini də etdiyi Knights of the Roundtable: King Arthur filminin çəkilişləri ilə məşğuldur. Filmdə Artur rolunu elə də tanınmayan aktyor Charlie Hunnam canladıracaq. Eric Bana, Jude Law və Djimon Hounsou-nin də çəkildiyi filmin premyerası 2016-cı il 21 iyulda olacaq.



  Qeyd edək ki, 2004-cü ildə Antoine Fuqua-nın rejissorluğu ilə King Arthur filmi çəkilmişdi.



  
  
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder