Helena Bonham Carter və Ən Yaxşı 10 Filmi


  Cazibədar aktrisa Helena Bonham Carter 1966-cı il 26 mayda İngiltərə
, Londonda anadan olmuşdur. Babasının atası Herbert Asquith 1908-16-cı illərdə İngiltərənin baş naziri idi. Babası Anthony Asquith isə 1930-60-cı illərdə Hollivudun ən məşhur rejissorlarından biri idi.



  İngiltərənin ən məşhur və soy-köklü ailələrindən birinə mənsub olsa da aktrisanın heç vaxt bundan xoşu gəlməyib. Müsahibələrində də bir çox dəfə əsilzadə nəslindən olmadığını təkid etmişdi.

  İngiltərədə bank işçisi atası Raymond Henry Bonham Carter və fransız əsilli anası Elena Propper de Callejon evlənir. 1966-cı ildə anadan olan Helena-dan sonra Edward və Thomas adlı iki qardaşı da dünyaya gəlir. Aktrisa ingilis və fransız dillərində axıcı danışa bilir.



  Helena-nın 5 yaşı olanda anası ciddi psixoloji problemlər yaşayır və 3 il müalicə olunur. Müalicəsindən sonra psixologiya sahəsinə yönələn anası Elena bir müddət sonra sayılıb seçilən psixoloqlardan olur.

  Londonda bir neçə məktəb dəyişən Helena-nın 15 yaşı olanda atası keçirdiyi əməliyyatdan sonra yerimə qabiliyyətini itirir. Həmin dövrdə şeir müsabiqəsinə qoşulan Carter burada qalib olur və kastinq üçün çəkilən şəkilləri kataloqlarda dərc olunur. Şəkilləri görən bir reklam şirkəti 16 yaşlı qızı reklam filmində çəkir və beləcə gənc aktrisa səhnə ilə tanış olur.



  Uşaqlıqdan aktrisa olmaq istəyən Helena buna razı olmayan atasını razı sala bilir və 1983-cü ildə ilk professional film təcrübəsini yaşayır. Pattern of Roses serialında kiçik rol ifa edən aktrisanın ilk uzun-metrajlı filmi Room with a View kifayət qədər məşhurlaşmasına səbəb olur.


Pattern of Roses serialından

  1994-99-cu illər arasında bir çox filmdə birlikdə oynadığı aktyor Kenneth Branagh ilə münasibətləri olan aktrisa daha sonra məşhur aktyor Steve Martin ilə birlikdə olur. 2001-ci ildən isə aktrisa dəfələrlə filmlərində oynadığı və Planet of the Apes filminin çəkilişində tanış olduğu məşhur rejissor Tim Burton ilə birlikdədir.

  Cütlüyün 2003-cü ildə oğlu və 2007-ci ildə qızı dünyaya gəlmişdir.



  2006-cı ildə Cannes film festivalında jüri üzvü olmuşdu. Həmin il mübahisəli şəkildə Wind that Shakes the Barley ən yaxşı filmi seçilmişdi. 2011-ci ildə İngiltərə kraliçası aktrisanı mədəniyyət sahəsindəki xidmətlərinə görə CBE medalı ilə təltif etmişdi.



  Aktrisa 1999-cu ildə Wings of the Dove və 2012-ci ildə King`s Speech filmlərinə görə baş və köməkçi rollara görə Oskara namizəd olmuşdu. Aktrisa həmçinin 1994-2014-cü illər arasında 7 dəfə Qızıl Qlobus mükafatına namizəd olmuşdu. 5 dəfə namizəd olduğu BAFTA mükafatını isə King`s Speech filminə görə qazanmışdı.



  Dünən 49 yaşını qeyd edən Bonham Carter-in seçdiyimiz ən yaxşı 10 filmini təqdim edirik.






10. Big Fish (2003)











9. Alice in Wonderland (2010)











8. Wings of the Dove (1997)











7. Room with a View (1985)











6. Harry Potter seriyası (2007-11)











5. Sweeney Todd: 

Demon Barber of Fleet Street (2007)











4. Howards End (1992)











3. Les Miserables (2012)










2. King's Speech (2010)











1. Fight Club (1999)



  
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder