Leonardo DiCaprio və Ən Yaxşı 10 Filmi


  Leonardo Wilhelm DiCaprio 1974-cü il 11 noyabrda
ABŞ-ın Hollyvood şəhərində anadan olub. Atası George DiCaprio cizgi roman satıcısı, anası Irmalin DiCaprio isə vəkil idi.

  Alman əsilli valideynləri universitetdə tanış olurlar və bir neçə il sonra Los Angeles-ə köçürlər. DiCaprio-nun adı anası ona hamilə olan vaxt rəssam Leonardo Da Vinci-nin şəklinə baxarkən təpik vurması ilə əlaqədardır.



  1 yaşı olanda valideynləri boşanan Leo uşaqlığının böyük hissəsini Almaniyada nənə-babasının yanında keçirir. Alman dilini axıcı danışan DiCaprio ətraf mühit qoruyucularındandır. Elektrikli hibrid maşınlarını sürən Leo qlobal istiləşməni ən böyük problem kimi görür.



  Şəxsi həyatı sosial mediada geniş yer alan aktyor model Kristen ZangEmma Miller eşq macərası yaşadıqdan sonra 2000-2005-ci illərdə braziliyalı model Gisele Bündchen ilə münasibətdə olur. Daha sonra Bar Refaeli, Blake Lively, Erin HeathertonToni Garrn ilə qısa müddətli münasibətləri olan aktyor hələki subaydır.









  Aktyor karyerasına 1989-cu ildə başlayan Leo seriallarda epizodik rollar ifa edir. 1991-ci ildə Critters 3 filmi ilə ilk uzun-metrajlı film təcrübəsini yaşayır. 1993-cü ildə 19 yaşında Johnny Depp ilə birlikdə What's Eating Gilbert Grape filmində gördüyümüz aktyor, ifası ilə köməkçi aktyor nominasiyasında Oskara namizəd olur. Leo bunu edə bilən ən cavan 7-ci aktyordur.



  Gənc yaşda olduqca məşhurlaşan DiCaprio 2005-ci ildə Aviator, 2007-ci ildə Blood Diamond, 2014-cü ildə isə The Wolf of the Wall Street filmlərinə görə ən yaxşı aktyor Oskarına namizəd olur (Sonuncu ilə həmçinin prodüser kimi də namizəd olmuşdu). Həmçinin 10 dəfə Qızıl Qlobusa namizəd olan aktyor Aviator və The Wolf of the Wall Street filmlərinə görə mükafatı qazanmışdı.



  Hal-hazırda Leo rejissor Alejandro Gonzalez Inarritu-nun filmi Revenant-a çəkilir. Filmin premyerası 2016-cı il 15 yanvarda olacaq.



  Həmçinin Crowded Room filmində 24 müxtəlif şəxsiyyətə bürünə bilən manyak Billy Milligan obrazını canlandıracağı da açıqlanmışdı. Aktyor bu rolu 20 ildir oynamaq istədiyini söyləmişdi.



  Aktyorun ən yaxşı 10 filminə nəzər salaq:





10. Aviator






9. Gangs of New York






8. Titanic






7. Catch Me If You Can






6. Blood Diamond






5. Shutter Island






4. The Wolf of the Wall Street






3. Django Unchained






2. Departed






1. Inception


Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

1 yorum: