Whiplash Filminin Orijinal Analizi


  Şübhəsiz 2014-cü ilin ən gözlənilməz uğur qazanan filmi
Whiplash oldu. 29 yaşlı gənc rejissor Damien Chazelle-in 2-ci uzun metrajlı filmi olan Whiplash cəmi 3,3 milyon dollar büdcəyə çəkilmişdi. 3 nominasiyada Oskar qazanan (köməkçi aktyor, montaj, səs effektləri) film həmçinin 8,6 IMDb xalı ilə 2014-cü ilin ən yüksək IMDb xallı 2-ci filmidir (1-ci Interstellar). Film ilin filmi Oskarına namizəd olan ən aşağı gəlirli filmlərdəndir.



  Çəkilişləri cəmi 24 günə tamamlanan filmdə gənc baraban ifaçısının qəddar müəllimi ilə münasibətləri və şəxsi həyatı səhnələşdirilir. Musiqi janrının şablon filmlərindən olduqca fərqli - sadə üslubu olan filmdə işıqlardan istifadə və dolğun ssenari göz oxşayır.



  Filmin ssenaristi və rejissoru Chazelle uzun-metrajlı film üçün maddi dəstək tapa bilmirdi. Filmin qısa-metrajlı versiyasını çəkən gənc rejissor 2013-cü ildə Sundance Film Festivalında ən yaxşı qısa film mükafatını qazanır. Yalnız bundan sonra rejissor prodüser tapa bilir.

  Filmdəki qəza səhnəsində Andrew-in maşını ilə toqquşan da rejissor Chazelle idi.



  Əsas obraz Andrew-i canlandıran Miles Teller 15 yaşından baraban ifaçılığı ilə məşğul idi. Əvvəllər caz üslubunda ifa etməyən aktyor filmdən əvvəl gündə 4 saat olmaqla 3 həftə məşq etmişdi. Miles-in əlinin qanadığı bəzi səhnələr real idi. Çəkiliş müddətində Teller-in məşq etdiyi səhnələrdə rejissor ona nə vaxt dayanacağını söyləmirdi. Film boyu bu səhnələr gənc aktyorun o anki hisləri üzərinə çəkilmişdi.




  Filmdə eşitdiyimiz musiqilərin 40%-i Teller-in şəxsi ifasıdır. Aktyorun filmdə yarışa çatmaq istəyərkən qəzaya düşməsi illər əvvəl başına həqiqətən gəlmişdi. Film boyu bütün səhnələrdə Andrew-i görə bilərsiniz.



  Çoxlarının fikrincə Whiplash-dakı ən vacib detal müəllim Fletcher idi. J.K.Simmons-un canlandırdığı obraz aktyor üçün də şəxsi ən yaxşı ifası sayıla bilər. Karyerası müddətində 44 mükafat qazanan aktyor bunların 43 dənəsini Whiplash filminə görə əldə edir. 2014-cü ilin bütün fəxri köməkçi rol mükafatlarını Simmons-un qazandığını deyə bilərik.





  Çəkilişlərin son 2 günündə Teller-in Simmons-u vurmaq üçün üstünə atıldığı səhnə çəkilir. Bu çəkilişdə 2 qabırğası sınan Simmons yenə də filmi tamamlamağı bacarır. Aktyor sondakı piano səhnəsi üçün filmdən əvvəl dərslər almışdı. 



  Məşhur şillə səhnəsi çəkilərkən ilk cəhdlərdə Simmons Teller-ə həqiqi vurmurdu. Bu tip çəkilişin alınmadığını görən aktyorlar sonda şillələrin həqiqi olmasını qərarlaşdırdılar.




  Növbəti film analizimiz Pianist filmi olacaq.
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder