Brad Pitt və Ən Yaxşı 10 Filmi


  William Bradley Pitt 1963-cü il 18 dekabrda ABŞ-ın Oklahoma ştatının Shawnee şəhərində anadan olmuşdu. 


  Missouri Universitetindən məzun olmasına qısa müddət qalmış Pitt çoxdankı arzusu olan aktyorluq üçün Hollivuda üz tutur.

  Bir müddət filmlərdə və seriallarda epizodik rollar canlandıran Pitt-in ilk diqqətçəkən işi 1989-cu ildəki Cutting Class filmi olur.



  2 il sonra Ridley Scott-un Thelma and Louise filmindəki sadəcə 15 dəqiqəlik ifası ilə People Magazine jurnalının siyahısında ilin ən seksual kişisi seçildi.



  Fiziki xüsusiyyətləri ilə deyil aktyor bacarıqları ilə ön plana çıxmaq istəyən Brad artıq True Romance, İnterview with the Vampire kimi vacib əsərlərlə özünü Hollivudda təsdiq edir.



  90-cı illərdən başlayaraq Hollivudda hər rejissorun işləmək istəyəcəyi aktyorlardan olan Pitt 2006-cı ildən prodüserlik karyerasına da başlayır. İlk prodüserliyi isə 2006-cı ildə ilin filmi Oskarını da alan Martin Scorsese-in Departed filmindədir.



  Cape Fear filmindən tanıdığımız Juliette LewisSe7en filmindəki tərəf müqabili Gwyneth Paltrow ilə nişanlı olduqdan sonra Friends seriali ilə ulduzlaşan Jennifer Aniston ilə 2000-ci ildə evlənir.



  Ailədəki problemləri ilə tez-tez gündəmə gələn cütlük 2004-cü ildə ayrılır. Həmin il Mr. and Mrs. Smith filminə çəkilən Pitt filmdəki tərəf müqabili Angelina Jolie ilə tanış olur.



  Cütlük 2014-cü il 23 avqustda Fransada evlənir. O vaxta qədər cütlüyün 3 övladlıq 3 bioloji uşağı olur.



  Brad Pitt bugünə qədər müxtəlif mükafatlandırmalarda 57 dəfə mükafat qazanmış, 97 dəfə namizəd olmuşdur.

  Aktyor yeganə Oskarını 2014-cü ildə ilin filmi seçilən 12 Years a Slave filmindəki prodüserliyinə görə qazanıb. Moneyball filminə görə həm prodüser kimi, həm də baş rol aktyoru kimi Oskara namizəd olmuşdu. 1996 və 2009-cu illərdə isə 12 MonkeysCurious Case of Benjamin Button filmlərinə görə köməkçi və baş rol aktyor nominasiyalarında Oskara namizəd olmuşdu.



  Aktyor həmçinin 4 dəfə Qızıl Qlobusa namizəd olmuş 1 dəfə qazanmışdır. Bu göstərici BAFTA mükafatları üçün də eynidir.

  İndi isə Brad Pitt-in çəkildiyi ən yaxşı 10 filmlə tanış olaq.





10. Babel






9. İnterview with Vampire






8. Moneyball






7. Ocean's Eleven






6. Curious Case of Benjamin Button






5. Twelve Monkeys






4. Snatch.






3. Inglorious Basters






2. Se7en






1. Fight Club



  











Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder