İndi də otelə zəng vurub soruşsaq,
burada 217 nömrəli otağın heç vaxt olmadığını öyrənə bilərik. Belə bir otaq heç vaxt oteldə mövcud olmamışdı. Kubrick-in nömrəni dəyişdirməsinin səbəbi bu deyildi.
Səbəb. Filmdəki o otaq əslində Aya enişi simvolizə edirdi. İstənilən astronomiya kitabında, hətta adi dərs vəsaitlərində də Yerlə Ay arasındakı məsafənin 237.000 mil olduğunu öyrənə bilərik.
Səhnəyə diqqət edək. Danny Apollo 11 jaketi ilə 237 nömrəli otağa tərəf yeriyir.
Koridor Yer ilə Ay arasında boşluğu, otaq isə Ayı simvolizə edir. Dany otağa çatanda qapını və üstündən asılan açarını görürük. Burada ROOM N 237 (237 nömrəli otaq) yazılıb. R-O-O-M-N hərflərindən ingilis dilində 2 söz əmələ gətirə bilərsiz: Room (Otaq) və Moon (Ay). Yəni Ay otağı.
Filmin özündə isə bu otaq hər şeyin olduğu, əslində isə heç bir şeyin olmadığı otaqdır. Bu otaqda ,həqiqətən, nəyin baş verdiyini heç kim bilmir.
Bütün bu romanla film arasındakı fərqlər romanın yazıçısı Stephen King-i əsəbiləşdirirdi. King illər boyu Shining filmindən necə nifrət etdiyini hər fürsətdə deyirdi. Hətta illər sonra filmin TV üçün serial formasında rejissorluğunu da eləmişdi.
O, Kubrick-ə ən möhtəşəm əsərini vermişdi. Kubrick isə sanki ssenarini saymayaraq öz istədiyi kimi filmini çəkdi. Sanki təkcə ad və struktur hekayə olduğu kimi qalmış kimiydi.
Filmdə Kubrick tərəfindən birbaşa King-ə ünvanlanan ən ağır mesaj isə Jack-in maşınıdır. Romanda Jack-in maşını qırmızı Volksvagendir. Filmdə eyni modelin sarısını görürük.
Qarlı havada otelə gedən Dick yolda avtomobil qəzası olduğunu görür. Ssenari ilə heç bir əlaqəsi olmayan bu hadisə sadəcə King-ə mesaj idi. Qəzaya uğrayan maşın qırmızı bir Volksvagendir.
Kubrick bunu King-in timsalında milyonlara göstərdi. King dəli olmaya bilməzdi.
Bəlkə də, ən təsirli məqam isə Kubrick-in sadəcə Apollo barəsində olan peşmanlığını sərgiləmək üçün King-dən - Shining-dən istifadə etməsi idi.
QƏBRİSTANLIĞA GEDƏN LİFT
Filmdəki lift səhnəsini ilk dəfə Dany tualetdə parlayanda görürük. O Tony-dən otelə niyə getmək istəmədiyini soruşur. Tony isə ona lifti göstərir.
Daha sonra otelin inşasına 1907-də başlanıldığını, 2 il davam etdiyini və yerli əhalinin qəbristanlığının üstündə tikildiyini öyrənirik. Bunları otel müdürü danışırdı.
Bu lift yerli əhalinin məzarına aparan yolu simvolizə edirdi. Qanın məhz liftdən tökülməsi bunun açıq sübutudur. Bu liftin qapıları həmişə bağlıdır.
Film boyu qan səhnələrini bir neçə dəfə görürük. Sanki təzyiqə dözə bilməyən, işgəncə olunan biri kimi. Sonda isə Vendy ,nəhayət, kabusu görür.
42 məsələsi filmin digər hissələrində daha dərin mesajlarla qarşımıza çıxır. Dany və Vendy-nin TV izlədiyi səhnəyə baxaq. Göstərilən filmin adı "Summer of 42" idi.
Dick-in qarlı havada sürdüyü maşının nömrəsində də gördüyümüz rəqəm 42 idi.
Otelin həyətinin havadan çəkildiyi səhnədə həyətdə məhz 42 maşın görünür.
Vendy-nin oteldəki bu səhnəsində 6 qutu, hərəsində isə 7 butulka görünür.
Xatırladığımız kimi otel də 1907-ci ildə inşa edilmişdi. Sonda göstərilən məşhur şəkildə isə aşağıda yazılan tarix 4 iyul 1921-ci il idi (İyul 7-ci aydır).
Kubrick-in 7 rəqəmi ilə olan bu vəsvəsəsi ,güman ki, Thomas Mann-ın 1924-cü il tarixli "Sehrli Dağ" kitabını oxuduqdan sonra yaranmışdı. Filmdə də dağ ətəyində yerləşən oteldən söhbət açılır. Mann kitabında 7 rəqəmindən Avropa üzərində qürub edən mistik hadisələrin simvolu kimi istifadə edirdi.
Kubrick 42 rəqəmini ilk filmlərindən olan Lolita-da da istifadə etmişdi.
Bu filmdə 42 rəqəmini yalnız bir dəfə qapı nömrəsi olaraq görürük. Buradakı 42 rəqəmi Lolita romanının yazıçısı Nobokov-un bu rəqəm barəsindəki fikirlərinin təsiri ilə yayımlanmışdı.
MÜƏMMALI BİLL WATSON
Bəzilərinə görə o heç yox idi. Sadəcə Jack-in xəyali personajı idi. Bəzilərinə görə Jack-in kopiyalanmış bir versiyası idi.
Bill-in paltarı da saniyələr içində dəyişir.
Şalvarının naxışlarına fikir versəz, bunu görərsiz.
Digər maraqlı cəhət aktyorun əvvəlki filmi Jesus Christ Superstar rok operasında Pontius Plate (İsanı cəzalandıran) obrazını canlandırmasıdır.
Bill sanki Jack-in dublyorudur. Bunu Kubrick-in son filmi Eyes Wide Shut-da da görə bilərik. Burada da Tom Cruise-un canlandırdığı Dr. Harford obrazı kopiyalanmışdı.
Bill personajına diqqət etsək, itaətkar və mağmın simasını görərik. Bu sanki dövrün yerli əhalisinə işarə idi. Qismən qızılı siması və qəhvəyi gözləri.
Müdür Ullman-ın Bill-ə çantaları daşımaq üçün kömək etməsini tapşırdığı səhnədə bir anlıq bunu özünə yaraşdırmayan, amma yenə də tapşırığı yerinə yetirən Bill-i müşahidə edirik. Hindu qəbilələrinin müstəmləkə həyatına bənzəyən bir personaj.
Müdür oteli gəzdirəndə də Bill-in həmişə sanki daha aşağı zümrədən biri kimi geridən onları izlədiyini görürük.
Filmdə yaranan ümumi aura isə Jack-in əslində Bill-in işlərini görəcəyi yönündədir.
KİTABDAKI ŞƏKİLLƏR
Son şəkilin çəkildiyi səhnədə növbəti kadra keçməzdən əvvəl köhnə kadr şəffaflaşır. Bu zaman 1-2 saniyəlik görünən bir Hitler bığı peyda olur.
2 saatlıq bir filmə dəhşət verici böyüklükdəki yəhudi soyqırımını necə sığdıra bilərsiz? Kubrik bunu dolayı yolla anlayanlara çatdırdı. Kubrik birbaşa mesajın çatdırılmasını tarixi-dramatik əlaqələrin qurulmaması üçün etmiş ola bilərdi.
Kubrick-in yəhudi soyqırımı filmi olan Aryan Papers-i həyat yoldaşının təkidi ilə çəkməkdən vaz keçməsi də bilinən bir reallıqdır.
Bir dəfə jurnalist Kubrick-dən niyə həmişə insanlığın pis tərəflərini tamaşaçıya göstərdiyini soruşur. Kubrick cavabında: "Yenə də orada çox yaxşı şeyləri də görə bilərsiz". Kubrick filmləriylə bizə qorxunun, cinayətin, qəddarlığın nə olduğunu başa salırdı. O bunu nəzərdə tuturdu.
SHİNİNG-İ NECƏ İZLƏMƏK LAZIMDIR?
İndi qeyd edəcəyimiz fakt isə film haqqındakı ən inanılmaz faktdır. Belə bir kinematoqrafiya hiyləsinin başqa hansısa bir filmdə olduğunu və ya ümumiyyətlə hansısa bir rejissorun təxəyyülünün məhsulu ola biləcəyini düşünmək çətindir.
Filmdə bizə göstərilən Dany-nin yazdığı tərsdən də oxunan sözü yadımıza salaq.
Murder (Qatil) və Redrum (Qızılca şərbəti). Bu isə filmdəki mənasından ziyadə əsasən başqa bir məqama işarə idi. Filmdə həmçinin geriyə gedən insanları, sözü tərsinə deyən insanları görürük.
Eyni anda filmi həm əvvəldən sona, həm də sondan əvvələ doğru izləyək. Və bu görüntüləri yarı şəffaflıqla üst-üstə qoyaq. Məsələn ilk görüntü ilə sən görüntünü üst-üstə gətirdikdə necə də təbrik kartlarına bənzər bir görüntü alınır.
Davamına baxaq. Eyni formada davam etdirdikdə daha möhtəşəm hal alınır. Jack Nicholson-un adı, son kadrdakı şəkli və maşını ekranın mərkəzində eyni bir yerdə kəsişir.
Müdirlə söhbət etdiyi qismə gəldikdə arxa planda ailəsini öldürmək üçün qarda əlində balta axtarışda olan Jack-i görürük. Filmin əvvəlində cinayətlərdən soyuqqanlılıqla danışan Jack, sandakı simmetrik hissədə həmin cinayətləri işləməyə çalışır.
Filmin müxtəlif hissələrində Jack-in sifəti dəfələrlə digərləri ilə üst-üstə düşür.
Dany velosipedini sürəndə digər kadrda anasının onu izlədiyini görürük. Dany bacıların kabusu ilə rastlaşdıqda isə yenə kadrda Vendy görünür. Bu filmin əvvəlindən bəri bacılarla Vendy-nin əlaqəsinə olan işarələrdən biri idi.
Filmdə göstərilən bütün gizli mesajlar sanki bu əvvələ-sona baxışlarıyla izah olunur.
Öldürülən bacıların kadrında fonda yenə Jack var. Gözlərindən, dodaqlarından qan axır.
Sonrakı səhnədə Dany görünür. Atasını (cəsədləri) görən Dany gözlərini yumur. Barmaqlarının arasında baxanda isə Grady-ni görür. Necə möhtəşəm çəkilişlərdir.
Daha sonra Vendy və Dany TV izləyəndə arxa planda Grady və Jack söhbət edirlər və ağızları tam TV-un içindədir. Sifətləri isə pəncərə tərəfindən maskalanmış kimi görünür. Dany-nin zehninə aparan yol bizə göstərilir.
Dany, Grady və Jack arasındakı sövdələşməni simvolizə edən bu kadrlar yenə davam edir.
Dany atasının yataq otağına gəlir və aralarında Grady dayanıb. Sonra Dany atasından onlara zərər verməyəciyini soruşduğu səhnələrdə arxa planda Grady Jack-in beyninə ailəsini öldürmək fikrini aşılayır.
Son səhnəyə çatdıqda isə sanki bir növ hekayənin başlanğıcına qayıdırıq.
237 NÖMRƏLİ OTAQ
Filmin əvvəlində Dick tərəfindən beynimizə qazınır ki, 237 nömrəli otaqda heç nə yoxdur və ora getmək olmaz. Jack-in otağa girdiyi səhnədə gözəl görünüşlü çılpaq qadının birdən-birə sanki çürüdüyünü görürük. Seks tərkibli bu səhnələrdən əvvəl bizə göstərilən otaqdakı xalıya diqqət edək.
Kişi cinsi orqanına bənzəyən qəribə dizayndakı bu xalı bizə otağın əslində bir "seks otağı" olduğunu aşılayır.
Otaqdan dəhlizə çıxanda, digər mənası ilə daha böyük bir cəmiyyətə addım atdıqda içəridəki kimi estetik olmasa da daha əzəmətli görünən 6-bucaqlı xalını görürük.
Diqqət etsək filmdə baş verən və hadisələrin axışını dəyişdirən bütün hadisələrin Dany-nin 237 nömrəli otağa girməsindən sonra baş verdiyini görə bilərik. Dick-i otelə gətirən, Jack-in ağlını itirməsinə səbəb olan məhz bu idi.
Bu otağın dizaynı 2001: A Space Odyssey filminin finalındakı əsrarəngiz otağa olduqca bənzəyir.
Diqqət etdizsə 2*3*7=42. Bəlkə də bu yeganə təsadüfdür filmdəki.
Dany 6-bucaqlı xalçada oynayır. Ona tərəf top gəlir. Bu səhnədə açıqca göstərilən xalıya diqqət edin.
İndi isə Apollo raketinin səmaya uçduğu ABŞ raket sahəsinə baxın.
Sizcə də eyni deyil? Hətta mərkəzdə dayanan Dany-ə aparan yol belə eynidir. Daha sonrakı səhnədə birdən birə xalı tərsinə çevrilmiş olur. Dany-ə aparan yol yox olur. Sanki Apollo (Dany) o kiçik naxışa həbs olur.
TƏHLİLİN SONU
Mənbə: Room 237 sənədli filmi
Cox maraqli idi,,, filme gerek yeniden baxim
YanıtlaSil