Telekanallarda Göstərilməyən 5 Əla Azərbaycan Filmi




  Yerli kinolarımıza adətən televizordan baxırıq, hətta
internet əsrində gənclərin televizora baxmaq bəhanəsi filmlərimiz olur, xüsusən bayram günlərində. Aşağıda təqdim edəcəyimiz siyahıdakı 5 filmi isə çox insanın izləmədiyini düşünürük və tv kanallarda görməyimiz çətin məsələdir.

Siyahını hazırladı: Gülşən Həsənzadə





Yaramaz – 1988 (Vaqif Mustafayev)


  Tragikomik janra yaxın olan filmdə baş qəhrəmanın yaxşı insandan pis insana çevrilməsindən bəhs edilir. Sadəlövhlük, saflıq kimi keyfiyyətlərin “işgüzar” dünyaya gəlmək üçün “ağıllı” keyfiyyətlərlə əvəz olunduğu filmdə təsvir olunan dövrün bəlaları təhlil olunur.
















Əlvida, cənub şəhəri – 2006 (Oleq Səfərəliyev)

  
  Filmdə Qarabağ problemi nəticəsində 1990-cı illərdə Bakıya axışan qaçqınların yerlilərlə münasibəti və ev mübadilə kimi məsələlərdən bəhs olunur.  Film bir çoxları tərəfindən narazılıqla qarşılandığından televiziya kanallarımızda görməyimiz çətin məsələdir. Nümayiş olunduğu  ildə Milli “Qızıl Çıraq” müsabiqəsində 3 nominasiya üzrə - “Ən yaxşı tammetrajlı bədii film”, “Ən yaxşı ssenari vəƏn yaxşı kişi rolu”-na görə mükafat almışdır.


















Kuklalar – 2006 (Çingiz Rəsulzadə)


  Filmdə hadisələr  SSSR-in son dövrlərində Bakı Bulvarında kukla kimi çalışan 6 gənc dostdan bəhs edilir. Filmin çəkilişi üçün bu altı gənci seçmək  asan olmamışdır. Onlar 500-ə yaxın namizəd arasından seçilmişlər. Film senzura edilmiş statusla yerli kanallarımızda nümayiş olunmur. Ekran əsərin orijinal ssenarisi üzərində iş 2005-ci ildə başlayıb və 2 ildən sonra tamamlanmış variant Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub. Film 2007-ci ildə istehsalata buraxılıb.






















Köpək – 1994 (Tofiq Tağızadə)


  "Köpək” filmi 1994-cü ildə ekranlaşdırılmış ən yaxşı filmlərimizdən biridi. Azərbaycan efirində bu filmin nümayişi qadağandır, hətta deyilənə görə filmin lent yazısı itib, sonradan Türkiyədə tapılıb və internetə yayılıb.  Bu filmi izləyənlər onu çox vaxt Corc OruelinHeyvanıstanəsəri ilə müqayisə edirlər.






















Var olun, qızlar – 1972 (Eldar Quliyev)


  Film real hadisələr əsasında çəkilib. Söhbət 59 il bundan qabaq Xəzər dənizində batan 3 uşağı xilas edərkən özü həlak olan məktəbli Tofiq Hüseynovdan gedir. Kinolent həlak olmuş gəncin məhz kimləri xilas etdiyi, xilas edilmiş qızların sonrakı taleyi barədə söhbət açır, burada müxtəlif talelər, xarakterlər açıqlanır. Rejissor özü filmin müsahibəsində ssenarini səmimiyyətlə xudbinliyin qarşıdurması kimi təsvir edir.


Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder