Şizofreniya Mövzulu 10 Uğurlu Film



Bu dəfə olduqca maraqlı mövzuya toxunduq və şizofreniya
barədə çəkilmiş və ya əsas obrazı şizofrenik olan ən yaxşı filmləri seçməyə çalışdıq.

Siyahıdan əvvəl qeyd edək ki, şəxsiyyət bölünməsi və ya çox-şəxsiyyətlilik kimi psixoloji xəstəliklər bu mövzuya aid olmadığından o tipli filmlərə yer verməmişik.

Şəxsiyyət bölünməsi ilə bağlı filmlər sizə maraqlıdırsa bizə FB-da rəy yazaraq bildirə bilərsiz.

Siyahını hazırladı: Mənsur Zeynalov, Frankestein Aliyev.









10. The Snake Pit (1948)


Əqli xəstəlik və ora necə düşdüyünü bilməyən qadın. Klassik dövr kinosunun əfsanələrindən Olivia de Havilland-ın ən mühüm rollarından biri.











9. Benny and Joon (1993)


Buster Keaton təqlidçisi (Johnny Depp) bir şizofrenik qıza (Mary Stuart Masterson) vurulsa nə olar? Çox fərqli, çox orijinal romantik komediya.
















8. The Soloist (2009)


Yeni bir mövzü axtaran jurnalist küçədə problemləri olan bir musiqiçiylə tanış olur və təsirli bir hekayə başlayır. Jamie FoxxRobert Downey Jr. ilə. Rejissor: Joe Wright (“Pride and Prejudice”, “Hanna”, “Anna Karenina”)














7. Proof (2005)


Jake Gyllenhaal, Anthony Hopkins, Hope DavisGwyneth Paltrow-u bir araya gətirən maraqlı bir dram.












6. Conspiracy Theory (1997)


Konspirologiya mövzülü filmlər arasındakı ən uğurlularından biri. Baş rollarda Mel GibsonJulia Roberts.












5. Kumiko (2014)


Filmin mövzusu nadir tapıntıdır. Kumiko Tokioda rutin heyatı yaşayan sade bir qızdır. Ama onu başqalarından ayıran bir şey var. Kumiko izlədiyi Fargo adında bir filmdə bir adamın yol kenarında oğurladığı pulları bastırdığını görür. Filmin əvvəlində "This is a True Story" yazısını gördükdə isə, filmdə göstərilən məkanda həqiqətən pul olduğuna inanaraq Tokionu terk edib birbaşa ABŞ, Minnesota-ya yollanır. Kumiko rolunda Rinko Kikuchinin oynadığı film Sundance Film Festivalında ən yaxşı dram filmi nominasiyasında qalib olub.














4. The Fisher King (1991)



Satirik filmlərin banisi Terry Gilliam bu filminə də sürreallıq qatmışdır. Baş rollarında Robin Williams ve Jeff Bridges-in oynadığı filmin maraqlı süjet xetti var. Jack etdiyi bir xətadan sonra intihara meyilli bir əyyaşa çevrilir. Bir gün qarşılaşdığı bir şizofrenik onun həyatına başqa yön verməyə başlayır. Film 5 nominasiyada Oskara namizəd olub, ən yaxşı ikinci plan aktrisa kimi isə Mercedes Ruehl Oskarı qazanmışdır.














3. The Saint of Fort Washington (1993)


Evsiz insanların həyatına toxunan təsirli bir dram.












2. Spider (2002)


Əfsanə rejissor David Cronenberg-in gözdən qaçan uğurlu işlərindən biri.













1. A Beautiful Mind (2001)


Artıq sözə ehtiyac yoxdur. Russell Crowe və onun möhtəşəm ifası.









Bonus: “Legion” serialı.


Marvel-in ən yaxşı serialı.



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder