Oskar-a namizəd olmaq bir çox şeydən asılıdır – filmin hansı vaxtda çıxması,
o il başqa hansı filmlərin olması, rəqiblərin kim olması, filmin distribyutoru, bəzən janrı, bəzən hətta reklamı, marketinqi, o dövrdəki Akademiya üzvlərinə filmin xitab edib-etməməsi və s. və s. Bunun səbəbidir ki, bir çox məşhur aktyor və aktrisa heç vaxt Oskar namizədliyi əldə edə bilməyib, nə qədər mühüm filmlərdə yadda qalan və ya yüksək qiymətləndirilən ifalar sərgiləmiş olsalar da.
o il başqa hansı filmlərin olması, rəqiblərin kim olması, filmin distribyutoru, bəzən janrı, bəzən hətta reklamı, marketinqi, o dövrdəki Akademiya üzvlərinə filmin xitab edib-etməməsi və s. və s. Bunun səbəbidir ki, bir çox məşhur aktyor və aktrisa heç vaxt Oskar namizədliyi əldə edə bilməyib, nə qədər mühüm filmlərdə yadda qalan və ya yüksək qiymətləndirilən ifalar sərgiləmiş olsalar da.
35. Alan Rickman
Əslində siyahı təkcə yaşayan aktyorlardan ibarət olacaqdı, amma sonra dedik başlanğıcda bu yolla ötən il itirdiyimiz sevilən aktyoru da yad edək. “Harry Potter”-lar ya da ilk “Die Hard” filmiylə çoxlarının sevimlisinə çevrilən aktyor karyerası boyu heç vaxt Oskar namizədi ola bilməmişdi.
34. Meg Ryan
90-cı illərdə Meg Ryan, Hollivudun ən böyük ulduzlarından idi amma "When Harry Met Sally...", "Sleepless in Seattle", "City of Angels", "You've Got Mail" kimi romantik filmlərlə tamaşaçının sevgisini qazanan aktrisa, nə ona Qızıl Qlobus namizədliyi gətirən filmlər nə də SAG mükafatına namizəd olduğu "When a Man Loves a Woman" filmiylə də Akademiyadan kifayət qədər səs toplaya bilmədi.
33. Cameron Diaz
“Being John Malkovich” filmində Catherine Keener çox qəliz obrazın üstündən gəlmişdi və layiqilə Oskara namizəd olmuşdu amma eyni filmdə Cameron Diaz-ın digər rollarından tamamilə fərqli bir obraza bürünməsi Oskarlar tərəfindən eyni dərəcədə qiymətləndirilməmişdi ki, aktrisa namizədlik əldə etmədi.
32. Danny Glover
“Lethal Weapon”-lardan tanıdığımız aktyoru “The Color Purple”-də görəndə Oskara namizəd olduğunu düşünə bilərik amma əslində isə heç vaxt namizədlik əldə edə bilməyib.
Onu şöhrətə qovuşduran "Heathers" və "Pump Up the Volume" kimi filmlər görünür o vaxtı çoxluğunu yaşlıların təşkil etdiyi Akademiyanın yüzvlərinə çox da xitab etməyib, eynilə "True Romance" və başqa bir neçə digər tanınmış filmləri kimi. Bir müddət karyerası xoş getməyən aktyor son dövrlərdə Qızıl Qlobus mükafatına layiq görüldüyü "Mr. Robot" serialıyla yenidən gündəmdədir. Görək serialın şöhrəti yenidən Slater-in kino karyerasını da keçmiş səviyyəsinə gətirib ona ilk namizədliyini qazandıracaqmı.
30. Jamie Lee Curtis
SAG, BAFTA və Qızıl Qlobuslardan kifayət qədər sevgi görən aktrisa, Amerikan Akademiyasindan eyni sevgini görməyib. Horrorlarla (o cümlədən məşhur “Halloween” filmi) diqqətə gəlsə də sonralar istər komediya istər dramlarda bir çox tanınmış və ya Oskar sezonunda gündəmə gəlmiş (“Trading Places”, “Fish Called Wanda”) filmlərdə oynayıb. İki Qızıl Qlobus, bir BAFTA qalibidir.
29. Scarlett Johansson
Joahnsson-un ifalarını tənqid edənlər olsa da, eyni zamanda saysız sevənləri və bəyənənləri də var. Aktrisalığının çox soyuq olduğunu deyənlər də “Don Jon” və “Her” filmlərindəki ifalarından təsirlənib, o cümlədən “Under the Skin” filmində də. Filmoqrafiyası bir çox prestijli filmdən ibarət olan aktrisa hələ ki Oskar namizədliyinə qovuşa bilməyib.
28. Idris Elba
Son dövrlərin sevilən aktyorlarından olan Elba, “The Wire” serialıyla diqqətə gələndən sonra kinoda da tanınmağa başladı amma hələ ki, iki dəfə namizədliyə yaxınlaşan aktyor Oscar namizədliyini əldə edə bilməyib. Bu il Aaron Sorkin-in ilk rejissorluq işi olacaq “Molly’s Game” filmi bunu dəyişəcəkmi?
27. Kristen Stewart
"Twilight" filmləri dövründə xeyli tənqidə tuş gələn aktrisa, son illərdəki film seçimləriylə tənqidçilərdən çox yüksək ballar alıb, adətən problemli, depressiv amma mürəkkəb şəxsiyyətə malik gəncləri canlandıran aktrisa hətta tarixə Fransız Oskarı hesab edilən Cesar-ı alan ilk amerikali aktrisa kimi düşüb ("Clouds of Sils Maria" filminə görə).
26. Madeleine Stowe
90-cı illərin böyük kino ulduzu, sonralar kinoya ara vermək qərarına gəlsə də faal olduğu dövrlərdə "Last of the Mohicans", "Short Cuts" və "Twelve Monkeys' kimi filmlərlə Oskar sezonunda gündəmə gəlib.
25. Greta Gerwig
24. Guy Pearce
Pearce, istər ilk dəfə diqqətə gəldiyi transseksual obraza həyat verdiyi “Adventures of Priscilla”, istər çıxdığı ildə bir çox Oskar mükafatına namizəd göstərilən “L.A. Confidential” filmində canlandırdığı sakit obrazına görə namizədlik əldə edə bilməyib. Yəqin ki amma ən təəcüblü olanı “Memento” filmiylə də namizədliyi qaçırtması olub.
23. Hugo Weaving
Elə avstraliyalılardan söz açılmışkən Hugo Weaving də heç vaxt namizəd olmayanlardandır. Halbuki ötən il “Hacksaw Ridge” filmində yenə təsirli ifa ilə qarşımıza çıxmışdı.
22. Jeff Daniels
Oskarlarda fırtına kimi əsmiş “Terms of Endearment” və Woody Allen klassikalarından “Purple Rose of Cairo” filmlərinə baxmayaraq Daniels heç vaxt namizədlik əldə edə bilməyib.
21. Robin Wright
Hazırda “House of Cards” ilə xeyli diqqət və mükafat yığmağına baxmayaraq, “Princess Bride” və “Forrest Gump” kimi filmlərin ulduzu namizədlikdən məhrum qalıb.
20. Jeffrey Wright
Son vaxtlar onu istər filmlərdə (Hunger Games, Source Code) istərsə də seriallarda (Westworld) daha çox alim və ya elm adamı rollarında gördüyümüz Wright, “Basquiat” (1996) filmindəki güclü ifası daxil olmaqla karyerası boyu Oskar namizədliyinə nail ola bilməyib.
19. Alfred Molina
Onu “Chocolat”, “Spider Man 2”, “An Education”, “Frida” kimi bir çox sevilən filmdə görsək də Oscar namizədləri arasında görə bilməmişik.
18. John Goodman
Coen qardaşlarının sevimlisi, hər şeydən ötə “Barton Fink”, “Big Lebowski” kimi çox bəyənilən və sevilən ifalar sərgiləmiş aktyorun namizədliyə hələ də qovuşa bilməməsi çoxlarında təəcüb doğurur. Ötən il “10 Cloverfield Lane” filminə görə də bəlkə namizəd ola biləcəyinə dair müzakirələr getmişdi.
17. John Turturro
Elə Coenlərdən söz açılmışkən, onların “Barton Fink” filmindəki digər istedad – John Turturro da namizədlik əldə edə bilməyənlərdəndi. Aktyor, Qızıl Qlobusa namizəd göstərildiyi “Quiz Show” ilə çox yaxınlaşsa da 1994-cü ilin həm də bir xeyli yaxşı ifa və filmlə zəngin olmasının da roludur ki, namizədliyi əldə edə bilmədi. Hərçənd gələn ay baş tutacaq Emmy mükafatlarında “Night Of” serialına görə namizəddir.
16. Martin Sheen
Əsl adıyla Ramon Estevez, 70-ci illərin iki əfsanəvi filmində (“Badlands”, “Apocalypse Now”) baş rolda olması nəhəng aktyora Oskar namizədliyi gətirə bilməyib. Hərçənd, “The West Wing” serialına görə Qızıl Qlobus mükafatına layiq görülüb. Aktyorun müvəfəqiyyətli karyeraları olmuş oğulları Charlie Sheen (“Platoon”, “Wall Street”) və Emilio Estevez (“The Breakfast Club”, “The Outsiders”) da ataları kimi Oskara gedib çıxa bilməyiblər.
15. Paul Dano
Düzdür, hələ cavandır və böyük ehtimal gələcək illərdə bu gedişlə getsə namizədliyə nail ola bilər amma istər Qızıl Qlobusa (Love and Mercy), istərsə də BAFTA-ya namizəd (There Will Be Blood) ifaları Oskar namizədliyinə tam layiq ifalardır. Eləcə də “12 Years a Slave”, “Little Miss Sunshine” və “Prisoners” kimi filmlərdə də yadda qalan işlər çıxardan aktyor hələ ki, Oskara namizəd olmayıb.
14. Joseph Gordon-Levitt
Elə gənclərdən söz açılmışkən JGL qədər müxtəlif rollar götürən və hamısının öhdəsindən gələn tək-tük gənc aktyor tapmaq olar. “Mysterious Skin”, “Manic”, “50/50”, “Hesher” və “The Lookout” kimi bir birindən fərqlənən amma hamısı üstün səviyyəli canlandırılmış ifaların heç biri Joseph-ə layiq olduğu Oskar namizədliyini gətirməyib. Son dövrlərdə Oskarların çox sevdiyi bioqrafik janrda da - “The Walk” və “Snowden” filmlərində oynasa da Akademiya filmlərə çox maraq göstərməyib.
13. Val Kilmer
“The Doors” filmində Jim Morrison-a həyat verməsi, “Tombstone”-da artıq Amerikan kinosunun ən yadda qalan obrazlarından birini canlandırmasına baxmayaraq Kilmer heç vaxt Oskara namizəd olmayıb. Son dövrlərdə də karyerasının çox ürəkaçan işlərlə zəngin olmamasına baxmayaraq gələcəkdə nə olacağını bilmək olmaz. Nəticədə Mickey Rourke-un da karyerasının gedişatı xoş getmirdi amma birdən Aronofsky ona həyatının ən yaxşı rollarından birini verərək Oskar namizədliyi qazandırdı.
12. John Cusack
“The Grifters” filmində aktrisalar namizəd oldu, o yox. “Being John Malkovich”-də də oxşar vəziyyət alındı. “Bullets Over Broadway”də ondan başqa bütün aktyorlar namizəd oldu. BAFTA və Qızıl Qlobus namizədi olduğu “High Fidelity” filmi ilə artıq yaxınlaşmışdı ki onda da itirdi, “Grace is Gone” ilə namizədliyə yenə yaxınlaşdı amma yenə ola bilmədi. Cusack-ın karyerası bir-birindən tanınmış filmlərlə zəngin olmağına, hətta indi bəzən gənc aktyorları (məs. Miles Teller) onunla müqayisə etmələrinə baxmayaraq aktyorun hələ də namizədliyi yoxdur. Buna baxmayaraq bacısı Joan Cusack-ın 2 Oskar namizədliyi var.
11. Steve Buscemi
Onu hər cür rolda görmək olar. Tarantino və Coen qardaşları kimi böyük rejissorların filmlərində də var. Adam Sandler-in komediyalarında kameo rollarda da var, böyük blokbasterlərdə - o cümlədən “Con Air” və ya “Armageddon”-da da peyda ola bilir, az tanınan arthauslarda da. Buscemi ən çox Oskar namizədliyinə Qızıl Qlobus və bir çox tənqidçi mükafatına namizəd olduğu “Ghost World” ilə yaxınlaşıb. “Boardwalk Empire” serialındakı ifasına görə Qızıl Qlobus qazanan aktyorun bu il “Lean On Pete” və “Death of Stalin” filmlərinə görə Oskar namizədliyi əldə edib etməyəcəyini görəcəyik.
0 comments:
Yorum Gönder