Denzel Jermaine Washington Jr. 1954-cü il 28 dekabrda
ABŞ-ın New York ştatının Mount Vernon şəhərində anadan olmuşdu. Padre ailəsində böyüyən Denzel məktəbi bitirdikdən sonra Fordham Universitetində jurnalistika oxuyaraq təhsilinə davam edir. İlk aktyorluq təcrübəsini də məktəb illərində kiçik səhnəciklərdə yaşayan Denzel təhsilini tamamlayıb San Fransisco-ya köçür.
Amerika Teatr Konservatoriyasında aktyorluq təhsili alan Washington 1 il sonra filmlərdə rol almaq üçün təhsilini dondurur. Daha çox cazibədar görüntüsü ilə ilk rollarını alan aktyor 1981-ci ildə ilk uzun-metrajlı filmi ilə debütünü edir. Qısa müddətdə diqqətləri cəlb etməyi bacaran aktyorun ilk rollarının əksəriyyəti komediya filmlərində idi.
1987-ci ildəki Cry Freedom filmi Denzel-in özünü sübut etdiyi və məşhurlaşmağa başlarığı film olur. Növbəti il çəkildiyi Glory filmindəki firari kölə obrazı aktyora Oskar və Qızıl Qlobus qazandırır. Denzel növbəti Oskarını 12 il sonra Antoine Fuqua-nın Training Day filmindəki polis obrazı ilə alır. Ümumilikdə 6 dəfə Oskara namizəd olan aktyorun son namizədliyi 2 il əvvəl Robert Zemickis-in Flight filminə görə olmuşdu.
Spike Lee və Tony Scott-un sevimli aktyoru Denzel dindardır. Washington dəfələrlə müxtəlif jurnal və qurumların səsvermələrində ən cazibədar kişilər siyahısında yer alıb. Aktyorun ən yaxşı 17 filmini təqdim edirik.
17. Cry Freedom
16. Deja Vu
15. Remember the Titans
14. Man on Fire
13. The Manchurian Candidate
12. The Equalizer
11. Unstoppable
10. The Great Debaters
9. Inside Man
8. Crimson Tide
7. The Hurricane
6. Flight
5. Philadelphia
4. Malcolm X
3. Glory
2. Training Day
1. American Gangster
0 comments:
Yorum Gönder