Oldboy (Qoca Oglan) Filminin Orijinal Analizi



  2003-cü ildə məşhur Cənubi Koreyalı rejissor Chan-wook Park-ın

Vengeance triologiyasının 2-ci filmi Oldboy (Oldeuboi) işıq üzü görür. Qəribə səhnələr və personajlarla bol olan filmdə kamera bucaqları da ən orijinal məqamlardan olur. Həddən artıq şiddət tərkibinə görə bir çox tənqidlərə məruz qalan filmi Koreya kinematoqrafiyasının şah əsəri kimi qiymətləndirmək olar.



  3 milyon dollar büdcə ilə çəkilən və 303 min səs əsasında 8,4 IMDb xalı, 74 Metascore xalı olan film 15 il bir otaqda həbs olunan Dae-su-nun oradan çıxdıqdan sonra başına gələn dramatik hadisələri səhnələşdirir.



  Rejissoru Park-a Cannes Film Festivalında ən yaxşı xarici film nominasiyasında Jürinin Qrand mükafatını qazandıran film Qızıl Palma Budağına da namizəd olmuşdu. Rejissor Asiya Film Festivalında ən yaxşı rejissor mükafatını da qazanmışdı.



  Baş qəhrəman Dae-su Oh-u canladıran, Luc Besson-un LucyI Saw the Devil filmlərindən də tanıdığımız Min-sik Choi uğurlu ifası ilə Asiya Film Festivalında ən yaxşı aktyor mükafatını qazanmışdı. Çəkilişlər zamanı rejissor Park aktyora sərbəstlik vermişdi. Filmin əvvəlindəki sərxoş səhnələri, həbs olunduğu otaqdakı səhnələri və aldığı oyuncaq qanadlarla oynadığı səhnələri Choi tamamilə improvizə etmişdi.



  Filmin məşhur və ən iyrənc səhnəsində Choi 4 diri asminoqu yeyir. Koreyada asminoqlar diri halda yeyilsə də mütləq əvvəlcə dilimlənir. Bununla personajın psixoloji mürəkkəbliyinə vurğu etmək istəyən Park filmin premyerasından sonra təzyiqlərlə qarşılaşmışdı.

                          

  Rolu üçün 6 həftədə 20 kq arıqlayan Choi-nin qızına aldığı qanadlarla küçədə yeriyərkən Michael Jackson-un məşhur "ay yeriyişi" rəqsini edəcəkdi ancaq sonradan bu fikirdən daşınırlar. 

  Filmdə Choi-nin həbs olunduğu otaqdakı rəsm əsəri belçikalı rəssam James Ensor-un "The Man of Sorrow" ("Kədərin Adamı") əsəri idi. Otaqda Dae-su-nun huşunu itirməsi üçün istifadə olunan qazın əsli isə Rus ordusu tərəfindən hərbi məqsədlərlə istifadə olunurdu.



  Filmin ən məşhur səhnəsi - koridordakı döyüş səhnəsi 3 günə, hər gün yalnız 1 çəkiliş edilməklə tamamlanır. Bu səhnələrdə heç bir CGI effektlərindən istifadə edilmir. Yalnız bıçaq və yumruq zərbələri alan Dae-su-nun bədənində effektdən istifadə olunmuşdu. Film hər nə qədər şiddəti təbliğ etdiyinə görə tənqid olunsa da sona qədər yalnız 7 nəfərin öldüyünü görürük.

           

  Filmin final səhnəsi isə Yeni Zellandiyada çəkilmişdi. Olduqca ağır şəraitdə çəkilən həmin səhnələr üçün çəkiliş heyəti nə az nə çox 4 gün dağa dırmanmalı olurlar.



  2013-cü ildə filmin Hollivud versiyası Inside Man, Malcolm X, 25th Hour filmlərinin də rejissoru Spike Lee tərəfindən çəkilir. Filmdə baş rolu Coen-lərin sevimlisi Josh Brolin ifa edir. Elizabeth OlsenSamuel L. Jackson kastdakı digər ulduzlardır.
  

Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder