İlk öncə sənədli film haqqında fikirlərimə başlamadan öncə Sebastião Salgado haqqında qısa icmal ilə buradan oxuya bilərsiniz. Filmi izləməmisinizsə ilk öncə göz atmanızı tövsiyə edirəm çünki qeyd edəcəklərim spoiler daşıyacaq. Yaşayan dahilərdən olan Wim Wenders bir gün qatıldığı sərgidə S.Salgadonun işləri ilə tanış olur və diqqətini çəkən bir şəkili satın alır. Salgadonun həyatı ona maraqlı olduğu üçün görüşmək istəyir. Görüşdən sonra dahi fotoqraf haqqında kino çəkmək qərarına gəlir və "Il sale della terra" (2014) adlı sənədli film işıq üzünü görür. Oskar-da keçən ilin "ən yaxşı sənədli film"-i nomasiyasında göstərilir.
"Kuwait 1991, S.Hüseyn 500-ə yaxın petrol ocağını atəşə vermişdi. Yanğın o qədər şiddətli hal almışdı ki, 24 saat qaranlıq idi. Yanğın söndükdən sonra belə torpağı sulamaq lazım idi. Çünki torpaq həddindən artıq qızmışdı və yanğınlar yenidən başlaya bilirdi və hətta bəzən partlamalar belə olurdu. Deyəsən mənim karlığımın başlanğıcı burdan başladı."
" Bu uşaq yalnız idi. əlində gitarı ilə hara gedə biləcəyinə baxırdı. İti ilə digər insan qruplarının (bizim yaşadığımız əraziləri nəzərdə tutur) harada olacağını axtarırdı. "
" Artıq hər şey məhv olmuşdu. Müharibə hər şeyi dağıtmışdı. İnsanlar ölmüşdü, divarlar yıxılmışdı. Hər şey yox dərəcəsində idi. O zamanlar bir bölgədən keçdim və Kuwait-in şah ailələrindən olan bir yerin həyətindəki bu mənzərəni çəkə bildim. Həmin yerdə cənnəti hiss elədim və insanların cənnəti necə də cəhənnəm edə biləcəyini anladım.Heyvanlar tamamilə dəli vəziyyətdə idilər.Əgər heyvanlar azad olsaydılar fəlakətdən ilk onlar qaçardı. Amma , təəssüf ki, azad deyillər. "
"1994, Rwanda xalq bir-birinə girmişdi. Səbəbkarları isə onları izləyirdi. Böyük bir insan köçü idi. Yollar insanlarla dolu idi. Həmin hadisələri görən ilk adamlardan idim. İnsanlar bütün hər şeyini (düşünə bilirsiz ? hər şeyini) velosipet ilə daşımağa çalışırdılar..." (c) 1994 "Exodus" adlı layihəsindən
"Bunlar Rwanda-da gördüyüm ölü insanlardır. Onları bir təşkilat güllə-baran etmişdilər. O an anladım düşdüyüm vəziyyətin ciddiliyini. Burada soyqırım yaşandığını. Sərhəd 150 km idi və insanlar sərhəddi keçməli idi. Çoxu yaşamaq istəyirdi, qalsalar öləcəkdilər...150 km boyunca bir sürü ölmüş insan gördüm..."
"1995 Yugoslavia , Avropanın mərkəzi...Ölkələr uzaq olsa da dəyişməyən tək şey - ŞİDDƏT. Şok edicidi. Xorvatlar Krajina adlı vilayətdən serblərin ayrılmaları için çox insanı öldürdülər. Şiddət xəstəlik kimi yayılmışdı. Ən bəyənmədiyim şey isə şiddətin insandan-insana keçməsi idi. Bu insanlar şiddəti gördü..."
"20 əsr Avropasında bunların yaşanması nadir haldır. Bizlər vəhşi heyvanlarıq, bizlər qorxunc insanlarıq, biz insanlar...Bura Latın Amerikası, Afrika deyil. Bura Avropadır..."
"1994, Congo - Rwanda-dakı hadisələr genişlənmişdi. Hutular məğlub olmuşdu və gedərək yaygınlaşırdı hadisələr. Kongo-da insanlar qaçmağa başlayırdı. Çünki hadisələr bura da keçmişdi və biz burada 2 milyon insanın köçünü gördük. Amma bu fəlakəti gətirdi çünki insanlarda "kolera" adlı xəstəlik yaranmışdı. Bunun insanlar halsızlaşırdı və gündə 15-20 min insan ölürdü. Bu tarixin sonu yoxdur...Sonu olmayan bir tarixi yaşayırıq. "
"Hər kəsin kökümüzün necə vəhşi olduğunu görməsi üçün bu şəkilləri görməsi gərəklidir. Bu şəkildəki ata qızını ölülərin yanına gətirir. Bir ata üçün bunun nə qədər təsir edici olduğunu bilirsiniz !? Son dəfə söhbət edirdi qızı ilə. Gec olsa da son dəfə onu nə qədər sevdiyini söyləyirdi. Buradan ayrılanda xəstə idim. Çox xəstə idim...Amma keçici deyildi çünki xəstəliyim bədəndə deyildi ruhum xəstələnmişdi..."
" Efiopiya 1986 , İnanclarına görə Tanrı ilə görüşməli olan insanlar öldükdən sonra təmizlənməlidir. Qəribədir su qıtlığı çəkən Efiopeiyanın bu adət-ənənəyə sadiq qalması. Hər insan öldüyündə Dünyanında bir parçası ölür."
" Efiopiya 1986, şəkildəki qız əlindəki uşaq və yanında uzanan həyat yoldaşıdır. Qızın gözündə hiss etdiklərini anlamaq və bunları yazmaq çox çətindir..Mən bacara bilmərəm..."
" Bu şəkil Yugoslavia müharibələri zamanı çəkilib və göründüyünüz uşaq canlıdır. Arxasında ki insan isə bir neçə dəqiqə əvvəl yaşayırdı..."
"Bu şəkil Salgado-nun babasından qalan mirasıdır. 1994-cü ildən sonra Ruanda hadisələrindən sonra geri qayıtmağa qərar alır və bu dönəmdə babasının vəziyyəti yaxşı deyildi. Qayıdarkən vətəni Braziliyada aclıq hökm sürürdü. Babasının torpağında heç bir şey yox idi. Torpaq məhv olmuşdu, heyvanlar yoxa çıxmışdı. Demək olar ki, vəhşi heyvanların hamısı buranı tərk etmişdi. Həyat yoldaşı olan Leila-nın təkidi və fantastik təklifi ilə ağac əkib terras qurmaq qərarına gəlir. Və aşağıdakı şəkil (yuxarıdakı şəkildən söhbət gedir) həmin terrasın ağaç əkildikdən sonrakı halıdır. Bu gün isə 2.5 milyondan çox ağac var. Həyat geri qayıtdı, bütün vəhşi heyvanlar belə geri qayıtdı, bu terrasda yaquar belə var. Bura artıq Salgado-nun mülki deyil. Salgadonun təkidi ilə bu ərazi dövlətə verilib və hamıya aid beynəlxalq parka çevrilib. Demək ki, məhv olmuş hər hansı bir torpaq meşəyə çevrilə bilər. "
"Həmin sərgidə yaşayan dahilərdən olan Wim Wenders-in gördüyü və aldığı şəkil budur. Məhz bu şəkildən sonra rejissor və ssenarist fotoqraf ilə görüşmək qərarına gəlir. Dediyinə görə şəkilə nə zaman baxsa ağlamaq hissi tuturdu."
Yazar : Nicat Haciyev
0 comments:
Yorum Gönder