Dark 1-ci Sezon Analizi



   2017-ci il Netflix üçün düşərli keçdi

və bir çox yaxşı layihənin təməlini atdılar. Getdikcə güclənən platforma filiallarını gücləndirmək məqsədilə İtaliya, Almaniya, Türkiyə və bir neçə Avropa ölkələrində seriallar çəkməyə başladılar. Bunlardan biri Netflix'in çəkmiş olduğu ilk alman serialı Dark'dır. Başlar-başlamaz bizdə Stranger Things ab-havası yaratsa da qətiyyətlə bir-birindən fərqlidilər. Triller və elmi-fantastika janrlarını bir-birində birləşdirərək cəlbedici bir tərzdə olan-bitənləri göstərən serial başlanğıcda Albert Einstein'in sözləri ilə başlayaraq arxa planın boş bir hekayə olmadığını əksinə hər bir detalın bir fərziyyəyə dayandığını anlatmağa çalışır.


“The distinction between past present and future is only a stubbornly persistent illusion”  (Keçmiş, indi və gələcək arasındakı fərq sadəcə bir illüziyadan ibarətdir)





   Serialda əsas obraz kimi göstərəcəyimiz bir xarakter yoxdur. Hər bir xarakter filmdə spesifik bir yerə sahibdir və rejissor hər birini ayrı-ayrılıqda təhlil edir. Ən diqqət çəkən obrazlar isə Jonas Kahnwald rolundakı Louis Hofmann və Ulrich Nielsen rolundakı Oliver Masucci-dir. Hadisələr Winden adlı kiçik bir alman qəsəbəsində Eric adlı yeniyetmənin yoxa çıxması ilə başlayır. Dörd ailənin : Doppler, Kahnwald, Nielsen və Tiedemann-ların ailə münasibətləri üzərində qurulumuş dram və eyni zamanda qaranlıq ab-havanın verdiyi triller ön plandadır. Bizim üçün hər şey Mikkel Nielsen-in yoxa çıxması ilə başlasa da bu qəsəbə üçün hər şey 1956-cı ildən başlayır. Əslində isə serial bizə yaşadığımız dünyanın bir labirintdən ibarət olduğunu göstərməyə çalışır. Hadisələr 33 il əvvəl və geridə cərəyan edir. Bəs nədir bu 33 rəqəminin sirri? 33 rəqəmlərin şahıdır və dünyanın qoruyucu mələklərinin təmsilçisidir. Başqalarına nəsihət vermədən bir insanın öz həyat yolunda sevgi və gərçəklərin axtarılmasını ifadə edir (Bundan sonra yazıya spoiler daxil olacaq).


   Serialda hadisələr 33 ildən bir keçmişə gedərkən, ssenarist, son epizodla bizi növbəti hissənin gələcəklə də bağlı olduğunu göstərdi. Növbəti il hadisələr 2052-ci ildə də baş verəcək kimi görünür. Hər sonluq bir başlanğıcdır deyərək simulyasiya, holoqrafiya və bir çox teoriyanın altından xətt çəkən rejissor eyni zamanda hadisələrin harda, necə olduğu ilə deyil nə zaman baş verməsini diqqətə çəkməyə çalışır. Hələlik gələcəklə bağlı planlara Jonas daxildir və bütün marağımızı növbəti ilə saxlamalı olacayıq. 


  Nietzsche-nin teoriyasına görə insanlar dəvamlı olaraq bir labirintin içərisində yaşayır və bundan çoxu zaman xəbərləri olmur. Əvvəldən dediyim kimi diqqət çəkən digər aktyor isə 1983-cü ildə qardaşı və 2019-cu ildə oğlu itən Ulrich Nielsenn-dir. Polis olan Ulrich qəsəbənin ən diqqət çəkən, cazibədar insanlarındadır. Lakin oğlu itən Ulrich artıq çıxılmaz bir vəziyyətin içindədir. Ulrich-də şübhələri sayəsində mağaradakı gizli yeri tapır və keçmişə Helge Doppler-in uşaqlıq çağlarına səyahət edir. Ulrich insanların taleyini dəyişdirmək üçün Helge Doppler-i öldürməyə cəhd edir lakin keçmiş artıq yazılmışdır və bizim yol çizgimizdir. İstəsək belə keçmişimizi dəyişə bilmərik və onunla yaşamağa məcburuq. 



  Digər sual işarəsi buraxan obraz isə serialın pis obraz kimi təsir bağışladığı kahin Noah-dur. Noah zamanla səyahət etdiyi üçün heç yaşlanmamışdır və insanları aldadaraq onlardan istifadə edərək özünü onların Tanrısı kimi qələmə verir. Yuxarıda 33 rəqəmi haqqında qısa olaraq danışsaqda 33 rəqəminin dində xüsusi bir yerə sahib olduğunu vurğulamamışdım. Beləliklə 33 rəqəminin Noah ilə bir əlaqəsinin olduğunu düşünürəm. Bir çox cavabsız suallarla sağollaşan Dark Netflix üçün ən iddialı layihələrdən biri oldu. 



    Bir çox cavabsız suallarla sağollaşan Dark, Netflix üçün ən iddialı layihələrdən biri oldu. Həmçinin serialın mükəmməl musiqiləri ilə izləyicinin könlünə asanlıqla yol tapmağı bacardı. Serialın tərkibində işlədilən musiqilərlə buradan tanış ola bilərsiniz. 

Yazar : Nicat Hacıyev



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder