The Departed Filmini Sevənlərin Bəyənəcəyi 17 Film



The Departed” filmini hərhalda sevməyən az insan tapılar.
Martin Scorsese yenə özünə məxsus ustalığı ilə bu dəfə “müxbir” mövzüna toxunmuşdu. Tamam fərqli bir həyatı yaşama, tam fərqli bir mühitə girmə, o mühitin təsirində qalmamağa çalışmaq amma eyni zamanda öz əsl kimliyini gizlətmək, özünü unutmamaq, bir sözlə iki fərqli həyatı yaşamaq mövzüsü başqa rejissorları da özünə cəlb edib ki, bizə aşağıdakı kimi yüksək keyfiyyətli, izləməyə dəyər gizli agent və ya “müxbir” filmləri veriblər.



17. Imperium (2016)





Çox böyük iddialı bir film olmasa da müasir dövrdəki faşizmə maraqlı tərzdə işıq tutur.






16. Eye of the Needle (1982)




Psixopat bir faşist casusu, sadə bir ailə içərisində yaşamağa məhkum olsa və öz kimliyini mümkün qədər gizli tutmağa çalışssa nə olar? Cavabı bu filmdə. ABŞ mərkəzi keşfiyyatında işləmiş adamlar arasındakı sorğuda film keçmiş casusların özlərinin ən sevdiklərindən biri seçilmişdi.






15. To Live and Die in L.A. (1985)



Brian De Palma deyir ki, “The French Connection” filmindəki maşın təqib səhnəsi elə yaxşıdır ki, ondan sonra o tip səhnə çəkməyin yeri yoxdur. Hərçənd həmin filmin rejissoru William Friedkin, bu filmdə də eyni dərəcədə həyəcanlı anlar yarada bilib, təkcə maşın səhnələriylə yox, elə filmin bütün detallarıyla. Özü keçmişdə gizli servis agenti kimi işləmiş Gerald Petievich-in qələmindən.






14. Point Break (1991)


Dalğalar, sörfçülər, narkotik alverçiləri və FTK-ya işləyən bir “müxbir”. Dövrünün ən yaxşı action filmlərindən biri olan “Point Break”, Kathyrn Bigelow-un həmişəki kimi güclü təəsürat oyandıran rejissorluq işiylə dolu həyəcanlı filmdir.





13. Beyond the Law (1992)



Arada itib-batmış, gözdən qaçmış filmlər sırasına aid edə biləcəyimiz film aktyor Charlie Sheen-in ən güclü ifalarından birinə sahib olmaqla yanaşı kifayət qədər maraqla izlənilən, onsuz psixoloji problemləri olan bir polisin motorsikletli qruplaşmaya qoşulmasını səhnələşdirən olmuş hadisə əsasında çəkilmiş bir dramdır.





12. No Man’s Land (1987)



Elə Charlie Sheen-dən söz açılmışkən, oxşar mövzuda bir başqa film. Amma bu dəfəki qəhrəmanımızın bir digər problem daha olur – maşın oğurluğu şəbəkəsinin başı olduğundan şübhələndiyi adamın bacısına aşiq olur. Məşhur “Fast and the Furious” filmlərinin bu filmdən təsirləndiyini deyənlər çox olub. Filmə diqqətlə baxanların gözündən gənc Brad Pitt də yayınmaz.






11. Breach (2007)


Eric (Ryan Phillippe) zənn edir ki, işi birlikdə işlədiyi adamın pedofil olub olmadığını öyrənməkdir amma əslində ona bu tapşırığı verənlərin məqsədi tamam başqadır.






10. White Heat (1949)




Klassik Hollivud dövrünə marağı olanları unutmur, öz dövrünün ən yaxşı işlərindən birinə də siyahıda yer veririk.





9. The Assignment (1997)


Bir çox insan barəsində bunu eşidirik ki, hansısa məşhura oxşayır. Filmimizin qəhrəmanının isə oxşadığı məşhur sima – bir terroristdir. Elə bu səbəbdən kəşfiyyat idarəsi də onun köməyinə ehtiyac duyur.





8. Rush (1991)


Narkotik biznesinin üstünü açmağa çalışarkən narkomaniyaya qurşanmağağa qarşı mübarizə aparan polislərin hekayəsində baş rolları Jason PatricJennifer Jason Leigh bölüşür.





7. Narc (2002)



Elə eyni aktyordan – Jason Patric-in baş rolunu Ray Liotta ilə bölüşdüyü istər görüntü işi, istər mövzüsü, istərsə də aktyor oyunuyla heyrətləndirən, həm də gözlənilməz sonluqlu filmləri sevənləri də razı salacaq bir film.





6. Serpico (1973)




Böyük rejissor Sidney Lumet-in polis korrupsiyasının üstünü açan Serpico-nun hekayəsindən bəhs etdiyi film indi də Al Pacino-nun karyerasının ən yuxarı səviyyəli işlərindən hesab olunmağa davam edir. Elə Sidney Lumetin “Prince of the City” filmi də oxşar mövzuda məsləhətli filmdir.





5. Donnie Brasco (1997)


Al Pacino-dan söz açılmışkən Johnny Depp-in karyerasının belə desək qızıl dövründən olan “Donnie Brasco” da yenə bioqrafik janrda olduqca təsirli filmlərdəndir.





4. Face/Off (1997)



Bu dəfə qəhrəmanımız qarşı tərəfin planlarını öyrənmək üçün ən qəribə metoda əl atır – onun üzünü götürür. Ancaq işlər onda fərqli yön alır ki, filmimizin mənfi obrazı da baş qəhrəmanın simasını alaraq onun həyatını yaşamağa başlayır. John Woo-nun görkəmli rejissorluq işiylə nəinki dövrünün indinin özündə də mükəmməl action səhnələrinə zəngin olan film, həm də iki tamamilə zidd xüsusiyyətlərə malik olan adamların bir-birilərinin həyatlarını yaşasa necə ola biləcəyi barəsində düşündürür. John TravoltaNicolas Cage isə filmin həm müsbət həm mənfi qəhrəmanlarını oynayaraq aktyorluq şousu göstərirlər.





3. State of Grace (1990)


Sean Penn, Gary Oldman, Ed HarrisRobin Wright kimi geniş heyətə sahib olmasına baxmayaraq, “State of Grace” təəsüf ki, layiq olduğu qədər xatırlanmayan güclü filmdir.





2. Deep Cover (1992)


Çox böyük büdcəsi olmamasına baxmayaraq “Deep Cover”, müstəqil filmlərin ABŞ-da yeni yeni gündəmə gəldiyi dövrlərdə çəkilmiş, Laurence Fishburne və xüsüsən də Jeff Goldblum-un yüksək səviyyəli aktyorluq işlərinə malik, “The Departed”-i sevən istənilən tamaşaçını razı sala biləcək səviyyədə maraqlı bir filmdir.








1. Infernal Affairs (2002)



Yəqin ki, daha uyğun birinci yer ola bilməzdi nəticədə “The Departed” bu Honkonq-Çin istehsalı filmin (və həmçinin müəyyən qədər də davam filmlərinin remeykidir). Remeykmi yoxsa orijinalımı müqayisəsinə qətiyyən ehtiyac yoxdur, hər ikisi ayrılıqda çox güclü işlər olan izlənilməyə layiq filmlərdir.
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder