Game of Thrones. Kitabda Olub Serialda Olmayanlar.


Game of Thrones kitablarını oxumayan fanatlarının serial
haqqında bilmədikləri bir çox məqamlar var. Serial başlandığı andan əvvəlki dövrdə baş verən bir çox hadisələr filmdə dialoqlarla və göndərmələrlə bildirilsə də tam olaraq nəyin haradan başlandığını yadda saxlamaq çətin məsələdir.

Kitablar məhdud saydadır, tələsin

Bu yazımızda ən vacib sual işarələrinə cavab verməyə çalışdıq. Kitabları oxumayanlar üçün faydalı komplekt yazıdır. Bəyənsəz paylaşmağı unutmayın.

Qeyd: Fanatlardan hələ də etməyən varsa maraqlı GoT testi:



   İlk öncə Aegon Targeryen iki bacısı, eyni zamanda xanımları, 3 əjdahası və ordusu ilə birlikdə 7 krallığın 6-sını fəth etdi. Aegon-un kiçik bacısı Rhaenys Targeryen əjdahası Maraxes-lə birgə Dorne-u fəth etməyə çalışarkən öldürüldülər. Aegon təkcə Dorne-u tuta bilmədi. Daha sonrakı yüzilliklərdə aralarında qız alıb-verərək Martell ailəsi ilə sülh bağlamış və Dorne-u aralarına qatmışdırlar.

    Bu müharibələr zamanı Mern Gardener adlı bir kral öldü və nəsli tükənmiş oldu. Gardener ailəsinə xidmət edən Tyrellər Aegon-a diz çöküb High Garden-i ona verdi və beləliklə Targeryenlər mənzil lordu və cənubun qoruyucuları elan edildilər. 
    Aegon öldürdüyü düşmənlərinin qılınclarını əjdaha alovunda əridərək Dəmir Taxt-ı düzəltdi.


Aegon

    Sonrakı dövrlərdə bir taxt münaqişəsinə görə çıxan və əjdahaların rəqsi adlanan döyüşdə bir çox əjdaha öldürüldü. Targeryenların ən qorxulan tərəfi olan əjdahaların sayı böyük ölçüdə azaldı, sonradan doğulanlar isə çox zəif və kiçik oldu. Bir müddət sonra nəsillərinin tamamilə tükəndiyi qəbul edildi. 



    Targeryen ailəsi adət-ənənənələri və saf qan gücünə inandıqları üçün öz qanından olanlarla evlənirdilər. Təbii ki, arada bir çox kimdən olduğu bilinməyən uşaq ortaya çıxdı və bunlar daha sonra Blackfyre soyadını alaraq Targeryenlərə qarşı vaxtaşırı üsyan çıxardırdılar. Bu da targeryenlərin gücünü azaldan hadisələrdən biri idi. 

    Dəli Kral kimi tanınan Aerys Targeryen-in 3 uşağı var idi: Rhaegar, Viserys və Daenerys. Rhaegar Targeryen cazibədar, romantik və alicənab bir şəhzadə idi. Kralın köməkçisi Tywin Lannister Rhaegar-ı öz qızı Cersei ilə evləndirmək istəyirdi, lakin Aerys onu Oberyn Martell-in bacısı Elia Martell ilə evləndirdi. Bu evlilikdən iki uşağı oldu. Rhaegar Elia ilə evlənmək istəmirdi, amma Martell ailəsinin düşmənlərə qarşı onlara dəstək olması üçün buna məcbur idi. Rhaegar Ned Stark-ın bacısı Lyanna Stark-ı sevirdi və onu qaçırtdı. 


Aerys II Targaryen

   Amma o, Robert Baratheon-un nişanlısı idi. Lyanna-nın qaçırılmasından sonra qardaşı, eyni zamanda Catelyn Tully-nin nişanlısı Brandon Stark yanına bir neçə atlı alaraq Kings Landing-ə gəldi. O, Dəli Kral Aerys-dən Rhaegar-ın bu hərəkətinin ölümlə cəzalandırılmasını və Lyanna-nın qaytarılmasını istədi. Buna görə zindana atıldı və kəfalətini ödəməsi üçün atası Rickard çağırıldı. Rickard Stark gəldi və oğlunun döyüşlə mühakimə olunmasını istədi. Və Dəli Kral çempionu kimi Wildfire-ı seçir və oğlu Brandon-un gözünün önündə atasını diri-diri yandırır. Onu xilas etmək üçün çırpınan oğlu Brandon da boğazına bağlı olan zəncirə görə boğularaq ölür. Nişanlısı Ctelyn Ned Stark ilə evləndirilir və Starklar Tullylərin dəstəyini qazanmış olur. 



Rickard Stark

    Bu hadisələrdən sonra sevdiyi nişanlısı qaçırılan Robert atası və qardaşı öldürülən, bacısı qaçırdılan Ned Stark ilə bir olub, yanlarına da bir neçə ailənin döyüşçülərini də alıb üsyan çıxardır. Ordu ilə Kings Landing-ə gəlir. 


    Hələ də Targeryenlərin tabeliyində olan Lannisterlər Tywin-in əmrilə uduzacaqlarına inandığı üçün onlara xəyanət edir və şəhərin qapısını açırlar. Dəli Kral Aerys Jaime Lannister tərəfindən öldürülür. Şəhərdə böyük bir qiyam baş verir. Bütün Targeryenlər Robert-in əmrilə öldürülür. Bu qiyamı görən Ned-in Robert ilə münasibəti pozuldu, lakin Lyanna öləndən sonra yenidən barışdılar. 

     Elia Martell-in Rhaegar Targeryen-dən Rhaenys və Aegon adlı iki uşağı var idi. Mountain tərəfindən anasının gözünün qabağında oğlu Aegon-un başı parçalandı və Elia-ya təcavüz edilib öldürüldü. Qızı Rhaenys 50 dəfə bıçaqlandı. Elia-nın əslində Dəli Kralın arvadı və uşaqları ilə qaçacağı planlaşdırılırdı, lakin Martellərin dəstəyindən əmin olmaq üçün qalada saxlanıldı. 


Elia Martell

     Qiyam zamanı Rhaegar Targeryen Robert Baratheon ilə təkbətək döyüşə girdi və məğlub olaraq öldü. Robert olduqca iri bir adam idi, çəkicini çox sərt bir şəkildə Rhaegar-ın zirehli sinəsinə vuraraq parçaladı və Rhaegar-ın qanını çaya axıtdı. 

     Baratheonların qanında yarı Targeryen qanı olduğu iddia edildiyi və qiyamı qazandığı üçün Robert Baratheon taxta oturdu və Westeros-un kralı oldu. Daha sonra Tywin qızı Cersei-ni onunla evləndirdi. Arvadını heç sevməyən Robert vaxtının çoxunu fahişələrlə keçirməyə başladı və bunun nəticəsində bir çox bilinməyən uşağı dünyaya gəldi. 


     Və sonda onu da qeyd edək ki, Rhaegar Targeryen və Lyanna Stark-ın bir uşaqları olmuşdu. Serialda da göstərildiyi kimi bu uşaq Jon Snow-dur. Ned gerçəyi bilirdi, lakin Robert-in Targeryenlərə nifrəti üzündən Jon-u öldürəcəyini düşünüb onu öz uşağı kimi tanıdıb evinə gətirdi. Yəni, Jon Snow Daenerys-in qardaşının uşağıdır. Yarı Targeryen, yarı Stark. Buz və Alovun mahnısı. 


Jon Snow


Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder