Analoji Netflix paylaşımına gələn böyük marağı nəzərə
alaraq bu dəfə ən yaxşı HBO serialları siyahısını düzəltməyi qərara aldıq. Serial fanatları üçün olduqca faydalı siyahı olacaq.
Qeyd: Netflix paylaşımı üçün: Ən Yaxşı 12 Netflix Serialı
17. The Newsroom
Bəzi ssenaristlər var ki, onların öz dəst-xəttləri o dərəcə ön plana çıxır ki, onlar yazan filmləri rejissorlarıyla
yox ssenaristləriylə daha çox anılır. Bu
adamlardan biri də Aaron Sorkin-dir. “Few Good Men”, “SocialNetwork”, “Steve Jobs” kimi filmlərin ssenaristinin
yazdığı “Newsroom”, ola bilsin ki onun əvvəlki serialı “The West Wing” qədər güclü deyil amma yenə də izlənilməyə dəyər.
16. Entourage
Bir Hollivud ulduzunun həyatı necə olur? Aktyor Mark Wahlberg-in
prodüserliyini etdiyi və elə öz həyatından təsirlənərək çəkilmiş “Entourage” HBO-nun ən böyük komediya hitlərindən biri olmaqla yanaşı Jeremy Piven-in üç il dalbadal Emmy qazanan ifasıyla
da kanalın ən yaxşı seriallarından biri kimi anılır.
15. John Adams
Tom Hooper-i “The Danish Girl”, “King’sSpeech” və “Les Miserables” kimi filmləriylə tanıyırsınız. Keçmiş ABŞ prezidenti barəsində bioqrafik mini-serial “John Adams” da
onun ən yaxşı işləri sırasında anılmağa layiqdir. Baş
rollarda Paul Giammatti və Laura Linney.
14. Six Feet Under
Kimilərinin tez-tez düşündüyü, kimilərinin isə demək olar düşünməkdən qorxduqları mövzü barəsində: Ölüm. American Beauty filminin ssenaristindən olan “Six Feet Under” bir çox mükafat qazanmaqla yanaşı, “Dexter” serialından
tanıdığınız Michael C. Hall-u da tamam fərqli bir rolda görmək fürsəti verir.
13. In Treatment
İntiharı düşünən gənc, müharibə travması olan keçmiş əsgər, hamiləliyinə son verib verməmək üzrə olan qadın.... bütün bunlar psixoloq Paul Watson-un həftəlik söhbət etdiyi adamlardan bir neçəsidir. Tamamı eyni yerdə keçən və dialoq əsaslı seriallardan olan “In Treatment”, baş rol ulduzu Gabriel Byrne-a də Qızıl Qlobus mükafatı qazandırmışdı.
12. Big Little Lies
Nicole Kidman, Reese Witherspoon, Shailene Woodley, Alexander Skarsgard və Laura Dern. Yox bu qədər ulduzu bir araya gətirən hansısa Oskar mövsümü filmi deyil, bir miniserialdır. Adı çəkilən bütün aktyorlara sentyabrda baş tutacaq
məraimdə Emmy namizədliyi gətirən serial, qara yumor
və cinayət-sirr janrındadır.
11. Deadwood
Western janrı orijinal mövzünün ərsəyə gəlməyində ən çətin janrlardan biridir. Amma “Deadwood” serialı öz orijinallığı ilə seçilərək HBO-nun ən görkəmli seriallarından birinə çevrilmişdi.
10. Oz
Həbsxana seriallarının ən məşhurlarından biri.
9. Night Of
Ötən ilin ən yaxşı miniseriallarından “Night Of”-ı qısa izah etmək mümkün deyil. Qərəz və şübhə isə serialın ən önə çıxan mövzülarındandır. Mütləq izləyin.
8. The Young Pope
Papanın gənc bir adamdan seçilməsi sizi düşündürə bilər ki, o çox yenilikçi və açıqfikirli olacaq, hətta bəlkə kilsəyə, katolik dünyasına
müsbət dəyişikliklər gətirəcək? Yanılırsınız. Jude Law karyerasının ən yaxşı ifalarından birini sərgiləyərkən, “The Young Pope” bizə ozünə məxsus baş rol obrazının əslində nə düşündüyü və əməllərində əsas məqsədin nə olduğu barəsində düşündürür.
7. Boardwalk Empire
Martin Scorsese-nin ilk epizodunu çəkərək üslübünü müəyyənləşdirdiyi, ən yaxşı kriminal seriallardan olan
“Boardwalk Empire”də ABŞ-ın tarixində çox danışılmış kriminal şəxslərin (o cümlədən Al Capone) həyatına ışıq tutur, həm də Steve Buscemi, Michael Pitt, Michael Shannon və Kelly MacDonald kimi güclü aktyor heyətinin ifaları ilə də heyrətləndirir.
6. Westworld
Christopher Nolan-ın qardaşı Jonathan Nolan-ın
(ki əksər Chris Nolan filmlərini də birlikdə yazıblar) "Person of Interest"-dən sonra yaratıdığı ikinci serial keçən il premyerasından bəri artıq geniş heyran kütləsi qazanıb.
5. True Detective
Nic Pizzollatto’nun qələmindən çıxan “True Detective” yəqin ki, HBO-nun son dövrlərdəki ən uğurlu antologiya serialıdır. Hər mövsümündə fərqli obrazlar və hekayədən ibarət olan serialın ilk mövsümü ABŞ-ın cənub bölgəsində baş verən qaranlıq dünyaya işıq tutarkən, ikinci mövsümündəysə böyük və parlaq şəhərin çirkli tərəfinə aparır.
4. The Sopranos
Bir çoxları hələ də, “The Sopranos”u tarixin ən yaxşı kriminal dram
serialı hesab edir və boş yerə deyl. James Gandolfi-nin mükəmməl ifasıyla “Sopranos” orijinal obrazları, hər daim təəcübləndirən mövzüya sahibdir.
3. Game of Thrones
Heç vaxt olmamış bir dünya. Hər şeyin yenidən yazıldığı tamamilə başqa bir aləm. Müharibələr, intriqalar, nifrət, hiylə - hər şeyi daxilinə alan nəhəng bir serial. Ölkəmizdəki ən məşhur və sevilən serial demək olar GoT üçün. Çox da izaha ehtiyac yoxdur əslində.
2. Band of Brothers
Ikinci dünya müharibəsinə aid çəkilmiş ən yaxşı tv serialıdır.
Serialda, bir qrup əsgərin dostluğu, cəsarəti, eləcə də müharibənin onlara verdiyi təsiri yaxşı təsvir olunub. Serialı
yüksəs səviyyəyə gətirən əsas amil onun möhtəşəm çəkilişi, heç bir süni səhnənin olmamasıdır. Personajlar çox əla oynayıb və serialı izləyərkən adam özünü elə müharibədə hiss edir. Bir çox tanınmış aktyorun oynadığı bu serialın
produseri rejissor Steven Spielberg-dir. Cəmi 10 seriyadan ibarətdir.
1. The Wire
Narkotik, cinayət, Mafiya – bütün qara işlər. Polislərin isə bu cinayətkarlara qarşı olan
silahı onları dinləməkdir. Hər bir məşhur seriala baxanda yəqin ki, “bu ola bilməz demişik”. Bu serialı baxımlı edən isə elə səhnələrin olmamasıdır.
Realda hər şey necədirsə serialda da elədir.
0 comments:
Yorum Gönder