İlin ən uğurlu
filmlərindən biri La La Land, rejissor
Damien Chazelle-in 2ci uzun metrajlı filmidir. Bundan öncəki Whiplash filmi ilə özünü böyük kütləyə tanıdan rejissor 2-ci musiqili filmi ilə istedadını bir daha sübut edir. Film üçün rejissor Crazy Stupid Love (2011) və Gangster Squad (2013) kimi tanınmış filmlərdə birlikdə izlədiyimiz, son illərdə Hollywood-un ən uğurlu cütlüklərindən Ryan Gosling və Emma Stone-u seçmişdi. Belə bir maraqlı faktı da xatırladaq ki, Emma Watson Beauty and The Beast filmindəki rolu üçün La La Land filmindən, Ryan Gosling isə La La Land filmindəki rolu üçün Beauty And The Beast filmindən imtina etmişdir. Fikrimizcə bu əla seçim oldu.

Filmin çəkilişləri zamanı Ryan Gosling əl
dublyorundan istifadə etməmişdi. O, film üçün həftədə 6 gün, gündə 2
saat piano dərsləri almışdı. Qeyd edək ki, John Legend Ryan
Gosling-in bu qədər tez bir zamanda bu dərəcə yüksək nəticə əldə etməsini
qısqandığını söyləmişdi. John Legend də bu film üçün gitara çalmağı öyrənib. Rejissor filmin daha yaxşı alınması üçün
aktyorlara əməlli başlı əziyyət verib.
via GIPHY
Emma Stone-un filmdəki aktrisa seçimləri
zamanı canlandırdığı telefon danışığı Ryan Gosling-in əsl həyatda bir seçmə zamanı canlandırdığı səhnədən götürülmüşdü.
La La Land bənzərsiz açılış səhnəsi ilə bizə filmin ilk dəqiqələrindən möhtəşəmliyinə hazırlayırdı. Sadə xronoloji keçidlərlə doğmalaşdığımız filmin əvvəllərində baş rollardan qeyri-adi ifalar görmürük. Ümumiyyətlə Gosling-in Oscar namizədliyi və Globe qələbəsi o qədər də başa düşülən deyildi. Stone isə daha yaxşı idi amma Portman və ya Huppert qədər yox.
Film başdan sona "belə olsa adi olacaq" dedirdir bizə amma heç vaxt elə olmur. Həm təəccüb, həm musiqi və şübhəsiz möhtəşəm kamera işinindən birlikdə zövq alırıq filmdə. Onlarla səhnə sadəcə portret kimi düşünülə bilər. Bu, kütlənin anlaya bildiyi, bizə yaxın olan səhnələr olanda nəticə də mükəmməl olur. Filmdə ən uğurlu 2 nüans işıq və operator işi idi fikrimcə.
Və musiqilər. Gözlənildiyi kimi həm musiqi, həm də mahnı Oskarını aldı LLL. John Legend-in filmdə olması aktyorluq cəhətdən filmə qatqı etməsə də kommersiya və PR məsələlərində filmin köməyinə çatır.
Filmin sonuna yaxınlaşırıq, hər şey pisləşir, xoşbəxt sonluq uzaqlaşır və bu bizi daha real hekayəyə dəvət edir. Birdən xoşbəxt sonluq! Bu belə "eybi yox, qoy belə olsun" dedirdirdi ki, birdən Chazelle son zərbəni vurur. Film ikonik baxışma səhnəsi ilə tamamlanır. Manchester by the Sea ilə birlikdə insanın iliklərinə qədər duyğunu hiss etdiyi iki filmdən biri olur LLL.
Oskar mərasimində isə fiyasko. 6 Oskar qazanan La La Land, əsas mükafatı əldən verir. İrqi ayrı-seçkilik və bərabərlik məsələləri deyəsən artıq ağdərililərin ziyanına işləməyə başlayır. "Oscar so white" deyə deyə ən yaxşı film də Moonlight oldu. Təbriklər.
Whiplash, 2 il keçməmiş LLL. Chazelle ümid bəxş edir. Musiqili filmlərdən kasadlıq yaşadığımız, olanda da həddən artıq musiqili və kütləyə xitab etməyən filmləri gördüyümüz dövrümüzdə Damien kimi bir rejissor məlhəm oldu desək yanılmarıq. Maraqla və səbirsizliklə yeni filmlərini gözləyirik. Ən yaxşı rejissor Oskarını alan ən gənc filmmeyker olan Damien Chezelle artıq indidən çoxlarına ilham mənbəyi olacaq deyəsən.
Yeni filminin First Man olacağı və baş rolda yenə Ryan Gosling olacağı və 2018-ci il 12 oktyabrda premyerasının olacağı açıqlanıb artıq.
Yeni filminin First Man olacağı və baş rolda yenə Ryan Gosling olacağı və 2018-ci il 12 oktyabrda premyerasının olacağı açıqlanıb artıq.
0 comments:
Yorum Gönder