Emma Stone. Həyatı və Ən Yaxşı Filmləri


  Emily Jean Stone 6 noyabr 1988-ci ildə Scattsdale,
Arizona-da dünyaya gəlib. Anası Krista (Yeager) Stone evdar qadın, atası Jeffrey Charles Stone isə bir inşaat şirkəti sahibi olan Emma uşaqlıqdan bəri aktrisa olmaq arzusunda olub.



  11 yaşında olarkən Phoenix, Arizonada yerləşən Valley Youth teatrında The Wind in the Willows oyununda ilk səhnə təcrübəsini yaşayan Emma bir neçə il bu teatrda tamaşalarda iştirak etməyə davam edir. Davamlı olaraq ailəsini Hollywood-a getmək üçün razı salmağa çalışan Stone 15 yaşında olarkən "Project Hollywood" adlı prezentasiya hazırlayır və nəhayət ki, valideynlərinin icazəsini almağı bacarır.



  Orta məktəbi yarımçıq qoyaraq anası ilə birlikdə Los Angeles-ə köçən Emma 2004-cü ildə televiziyada bir istedad yarışması olan In Search of the Partridge Family-yə qatılır və eyni adlı serialda rol alması ilə aktrisalıq karyerası başlayır.



  Bir müddət seriallarda rol almağa davam edən Stone 2007-ci ildə uğurlu komediya filmi Superbad-da oynayır. Bu roldan sonra adını eşitdirməyi bacaran aktrisa 2008-ci ildə The Rocker filmindəki rolu üçün bas gitarda ifa etməyi öyrənir.



  İlk böyük çıxışı isə 2010-cu ildə Easy A filmi ilə olur. Baş rolu ifa edən aktrisa ilk dəfə Qızıl Qlobusa olur. Ardıcıl olaraq keyfiyyətli filmlərə çəkilməyə davam edən Stone son olaraq bu il Birdman filmindəki ifası ilə Oskara, Qızıl Qlobusa və BAFTA mükafatına namizəd olub.



   Easy A filminin çəkilişləri zamanı keçirdiyi astma krizi ilə astma xəstəliyi olduğunu öyrənən aktrisa The Amazing Spider-Man (2012) filminin çəkilişləri zamanı tanış olduğu aktyor Andrew Garfield ilə birlikdədir. Tez-tez ayrılıq xəbərləri gündəmdə olsalar da, ikili bu xəbərləri təqzib edib və hətta evlilik planları qurduqlarını bildiriblər.



   Aktrisa Diane Keaton-u idealı olaraq adlandıran Stone Mila KunisTaylor SwiftJonah Hill və Jennifer Lawrence ilə yaxın dostdur.




  Ən sevdiyi filmlər City Lights (1931), Harold and Maude (1971), Network (1976) və Manhattan (1979) olan Emma Stone-un ən yaxşı 11 filmini təqdim edirik :














11. Zombieland












10. Magic in the Moonlight












9. Gangster Squad











8. Friends with Benefits























6. Crazy, Stupid, Love.











5. Superbad











4. Easy A












3. The Help











2. The Amazing Spider-Man














Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder