Amy Adams. Həyatı və Ən Yaxşı Filmləri



  Hollywood-un keyfiyyətli aktrisalarından biri olan
Amy Lou Adams 1974-cü ildə İtaliyada amerikan cütlüyün ailəsində 7 uşaqdan 4-cüsü olaraq dünyaya gəlib. Atası Richard Kent Adams hərbiçi və anası Kathryn (Hicken) Adams evdar qadın olan Amy 8 yaşında olanda ailəsi Colarado-ya köçür. Uşaq olarkən böyüyəndə mahnı oxuyan tibb bacısı olmaq istədiyini deyən Amy məktəbdə oxuyarkən xorda ifa edir və balerina məktəbinə gedir. 



  13 yaşında olarkən valideynləri boşanan Adams Douglas County High School-u bitirdikdən sonra ofisiant və mağazada satıcı da daxil olmaqla bir çox müxtəlif işdə işləyir. İlk dəfə 1999-cu ildə Drop Dead Gorgeous filmində kiçik bir rol alan Amy bir müddət seriallara çəkilir.



  Aktrisanı məşhurlaşdıran film isə Steven Spielberg-in Catch Me If You Can (2002) filmi olur.  Artıq Hollywood-da istedadı kəşf olunan Adams 2005-ci ildə çəkildiyi Junebug (2005) filmi ilə ən yaxşı köməkçi aktrisa nominasiyasında Oskara namizəd olur.



  Bundan sonra keyfiyyətli filmlərə çəkilməyə başlayan aktrisa 2009-cu ildə Doubt, 2011-ci ildə The Fighter, 2013-cü ildə Master filmləri ilə ən yaxşı köməkçi aktrisa nominasiyasında, 2014-cü ildə isə American Hustle filmi ilə ən yaxşı baş rol aktrisası nominasiyasında Oskara namizəd olmuşdur. Ümumilikdə 5 Oskar namizədliyi olan Adams hələ ki Oskar qazana bilməsə də  American Hustle (2013) və Big Eyes (2014) filmlərinə görə ardıcıl iki dəfə Qızıl Qlobus mükafatını qazanmışdır.




  Oynadığı bütün rollarda istedadını nümayiş etdirən Adams Hollywood-un ən çox tələb görən aktrisalarından biridir. Böyük bir səhnə qorxusu olduğunu deyən Amy Adams son olaraq 2016-cı ildə ekranlara çıxacaq Batman v Superman: Dawn of Justice filminə çəkilib. 


  Toxumağı Meryl Streep-dən öyrəndiyini deyən aktrisanın ən yaxın rəfiqəsi aktrisa Emily Blunt-dır. 




  2008-ci ildə People jurnalının tərtib etdiyi "Dünyanın ən gözəl 100 insanı" siyahısında da adı olan aktrisa 2002-ci ildən bəri aktyor Darren Le Gallo ilə münasibətdədir. 2010-cu ildə qızları Aviana Olea Le Gallo dünyaya gələn cütlük 2015-ci ilin 2 mayında ailə qurublar.



  Ən sevdiyi filmlər Gone with the Wind (1939), The Wizard of Oz (1939), Vertigo (1958), The Shawshank Redemption (1994), Paulie (1998), O Brother, Where Art Thou? (2000) və Casablanca (1942) olan Amy Adams-ın ən yaxşı 13 filmini təqdim edirik :














13. Night at the Museum: Battle of the Smithsonian











12. Julie & Julia






















10. Enchanted











9. Doubt

































6. Junebug













































2. Her











1. American Hustle


Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder