The Big Lebowski (Böyük Lebovski) Filminin Orijinal Analizi

 
  Qara yumorun ustadları EthanJoel Coen
qardaşları 1998-ci ildə janrının ən yaxşı nümunələrindən olan The Big Lebowski filmini ərsəyə gətirirlər. Film tamaşaçıya göstərdiyi incə mesajları, maraqlı dialoqları, Jeff Bridges, John GoodmanJulianne MooreSteve BuscemiPhilip Seymour Hoffman kimi aktyorların performansları ilə    Coen-ləri ən yaxşı rejissorlar sırasına daşıyır.




  Sərbəst həyat tərzi keçirən Lebowski-nin bir milyoner ilə eyni ada sahib olması onu gözlənilməz və qarışıq hadisələrin mərkəzinə gətirir. Bu ad bənzərliyindən qaynaqlanmış anlaşılmazlıqları həll etmək üçün daxil olduğu hadisələr ardıcıllığı onu pul və cinayət məsələlərinin içinə çəkir. 



  473 min səslə 8,2 IMDb xalına malik olan Big Lebowski   Top 250 siyahısında 145-ci yerdə qərarlaşmışdır.
  Coen-lərin bənzərsiz personaj yaratma üslubu və Jeff Bridgesin aktyorluğu ilə "The Dude" (ahbap) personajı kino tarixinin ən sevilən personajlarından biri olmuşdur. Coen-lər bu personajı yaradarkən Blood Simple. filmində birlikdə işlədikləri təşkilatçı Jeff Dowd-dan (Jeff "Dude" Dowd) ilhamlanmışdılar. Rejissor qardaşlar bildirmişdilər ki, ssenarini yazanda ilk dəfədən əsas personajıar üçün Jeff Bridges, John Goodman, Steve Buscemi ve Sam Elliott-u düşünərək yazmışdılar. Bunny Lebowski personajı üçün isə əvvəl Charlize Theron düşünülmüşdü.



  İlk dəfə ssenarini oxuyan Bridges ahbap personajına bənzərliyini ifadə etmək üçün Coen-lərə "Biz məktəb vaxtlarında birlikdə çox vaxt keçirməmişik ki ?" deyə zarafat edir. Dude personajının paltarlarının bir çoxu da elə Jeff Bridgesin öz paltarları idi.



  Filmdə heç vaxt bəhs edilməsə də, ssenaridə Joel Coen ahbabın gəlir qaynağı olaraq onu rubik-kubikin ixtiraçısının mirasçılarından biri olaraq təsvir etmişdi.
  Hər bir səhnəni çəkməzdən əvvəl Jeff Bridges Coen qardaşlarına "Yolda gələndə Dude marixuana çəkmişdi?" deyə sual verirdi. Əgər onlar hə cavabı versələr ,Bridges əlləri ilə gözlərini qızarana qədər ovuşdururdu. 



  Dude personajı filmin bütün səhnələrində görünür. Hətta nihilistlərin pankek sifariş etdiyi səhnədə də  Dude və Walter uzaqdan maşının içində görünürlər. Ahbabın böyük bouling həvəskarı olmasına baxmayaraq, Maude-a bouling oynamağı öyrətdiyi xəyali səhnə istisna olmaqla, heç vaxt bouling oynayarkən görmürük. 



  Filmdə Dude 147 dəfə, yəni orta hesabla hər 2 dəqiqədə 3 dəfə "man" (adamım) sözünü deyir. Filmdə ahbap üzərində 11 senytabr 1991 tarixi yazılmış bir çek imzalayır. Bu isə 11 sentyabr 2001-ci il tarixli terror hadisəsindən düz 10 il əvvəlki tarixdir. The Big Lebowski 1998-ci ildə ekranlara çıxmışdı, yəni bu sadəcə kobud bir təsadüf idi. 



  Dude və Walter-in kofe içdikləri və məşhur ayaq səhnəsinin çəkildiyi restoran  American History X (1998)  filmində istifadə olunan restorandır. Los Angeles-də yerləşən bu restoranın adı Johnie's Coffee Shop-dur və yalnız film çəkilişləri üçün istifadə olunur.



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder