California Los Angeles-də anadan olub.Atası Lucius Fisher Foster hava qüvvələri polkovniki, anası Evelyn "Brandy" Ella Almond isə film prodüseri olan Jodie-nin atası hələ aktrisa doğulmamışdan bir neçə ay əvvəl ailəsini tərk etmişdi. Hələ 3 yaşında olanda bir reklam filminə çəkilən Jodie gözəl üzü ilə diqqətləri cəlb edir və 8 yaşına kimi 40-dan çox reklam filmində oynayır.
Artıq seriallarda da istirak etməyə başlayan gənc aktrisa 10 yaşında ilk dəfə Napoleon and Samantha (1972) filminə çəkilir. 14 yaşında Martin Scorsese
tərəfindən kəşf olunan Foster Taxi Driver (1976) filmindəki
rolu ilə artıq Oskara namizəd göstərilir. Bundan sonra təhsili
üçün bir müddət kino karyerasına ara verən Foster orta
məktəbi birinciliklə bitirdikdən sonra 1985-ci ildə Yale
universitetinin ədəbiyyat fakültəsini də fərqlənmə ilə bitirir.
1988-ci ildə yenidən ekranlara qayıdan Foster The Accused filmindəki ifasına görə Oskar və Qızıl Qlobus mükafatlarını qazanır. 1992-ci ildə isə The Silence of the Lambs filmindəki uğurlu ifası ilə ikinci dəfə Oskara layiq görülən aktrisa bu rol ilə həm də Qızıl Qlobus və BAFTA mükafatlarını qazanır.
Bu uğurlardan sonra artıq rejissorluq karyerasına da başlayan aktrisa ilk filmi Little Man Tate-i ərsəyə gətirir. 1992-ci ildə isə artıq öz film şirkəti Egg Pictures-ı quran Foster 2001-ci ilədək bu şirkəti idarə edir.
1995-ci ildə yenidən Nell filmi ilə Oskara namizəd olan aktrisa bu rolun onun ən sevdiyi performansı olduğunu demişdi. Daha sonralar 1998-ci ildə Contact, 2008-ci ildə The Brave One, 2012-ci ildə isə Carnage filmlərinə görə daha 3 dəfə Qızıl Qlobusa namizəd olan aktrisa 2013-cü ildə Qızıl Qlobus fəxri Cecil B. DeMille mükafatını da qazanır.
Bu vaxta qədər Home for the Holidays (1995), The Beaver (2011) filmlərinə və bir neçə serial bölümünə rejissorluq etmiş Foster hal-hazırda Julia Roberts və George Clooney kimi məşhurların rol aldığı Money Monster filmini çəkməklə məşğuldur.
Hollywood-un ən çox istənən aktrisalarından olan Jodie Foster çoxlu sayda rol təklifini geri çevirməsi ilə tanınır. Bu rollara Sergio Leone-un möhtəşəm filmi Once Upon a Time in America (1984)-dakı Deborah Gelly (rolu Elizabeth McGovern alır) personajı, Shakespeare in Love (1998) filmindəki Viola (Gwyneth Paltrow) personajı, Pretty Woman (1990) filmindəki Vivian (Julia Roberts) personajı, Basic Instinct (1992) filmindəki Catherine Tramell (Sharon Stone) personajı kimi məşhur rollar da daxildir.
David Fincher-in The Game (1997) filmində Sean Penn-in personajı da əvvəl qadın olaraq düşünülmüş və Jodie Foster-a verilmişdi. Bu personaj Michael Douglas-ın canlandırdığı personajın qızı olacaqdı. Daha sonra Michael Douglas qızı yox bacısı olmasını istədikdə Foster Douglas-ın bacısını oynamaq üçün çox gənc olduğunu deyib filmdən çəkilir. Beləliklə, personaj kişi ilə əvəz edilir və Sean Penn rol üçün seçilir. Foster həm də 2002-ci ildə Fincher-in Panic Room filmində oynamaq üçün Cannes festivalı münsifliyindən imtina etmişdi.
2013-cü ildə Qızıl Qlobus fəxri mükafatına layiq görülən zaman məşhur aktrisa homoseksual olduğunu açıqlayır. Bundan 1 il sonra isə əvvəllər məşhur tele-aparıcı Ellen DeGeneres ilə də münasibətdə olan aktrisa Alexandra Hedison ilə ailə qurur. Tək başına sahib olduğu 2 oğlu olan aktrisanın hobbisi bəzəkli mətbəx əşyaları və maraqlı ağ-qara şəkillər toplamaqdır.
1998-ci ildə onun adı verilmiş bir asteroid - 17744 Jodiefoster mövcuddur. Ən böyük arzusu tanınmış biri olmadan yaşamağın necə olduğunu bilmək olan Foster aktyorlar Mel Gibson və Russell Crowe ilə yaxın dostdur.
Ən sevdiyi aktyorlar Robert De Niro, Paul Newman, Marlon Brando və Humphrey Bogart, ən sevdiyi aktrisalar isə Meryl Streep, Jane Fonda, Diane Keaton and Katharine Hepburn olan Fosterin ən sevdiyi filmlər də The 400 Blows (1959) və The Deer Hunter (1978)-dir.
Jodie Fosterin ən yaxşı 12 filmini təqdim edirik :
12. Maverick
11. Anna and the King
10. The Brave One
9. Nell
8. A Very Long Engagement
7. Carnage
6. Contact
5. Panic Room
4. Inside Man
3. The Accused
2. Taxi Driver
0 comments:
Yorum Gönder