Kate Winslet. Həyatı və Ən Yaxşı Filmləri

 

Kate Elizabeth Winslet 1975-ci il 5 oktyabrda İngiltərənin
Reading şəhərində anadan olub. Valideynləri teatr aktyorları olan Winslet-in 2 bacısı da aktrisadır. Uşaq vaxtlarından istedadı kəşf edilən Kate 11 yaşından Reading-də Repertory teatrında aktrisalıq dərsləri alır. Elə həmin vaxtdan Winslet teatr səhnəsində əvvəl rəqqas sonradan aktrisa kimi oyunlarda çıxış edir.



  16 yaşında seriallarda rol almağa başlayan aktrisa 1994-cü ildə məşhur Lord of the Rings seriyasının rejissoru Peter Jackson tərəfindən kəşf olunur və elə həmin il rejissorun Heavenly Creatures filmində baş rol oynayır. Növbəti il Ang Lee-nin Sense and Sensibility filmindəki ifası ilə Winslet 3-cü uzun-metrajlı filmi ilə 20 yaşında Oskara namizəd olur və BAFTA-nı qazanır. 



  1997-ci ildə isə Winslet dünya miqyasında şöhrət qazanır. Tarixdə ən çox Oskar qazanan 3 filmdən biri və ən çox gəlir gətirən 2-ci film olan James Cameron-un Titanic filmində Leonardo DiCaprio birlikdə oynayan aktrisanı artıq nəinki Hollywoodda, dünyanın hər yerində tanıyırlar. Winslet 2-ci dəfə Oskar və Qızıl Qlobusa namizəd olur.



  2001-ci ildə Iris filmi ilə növbəti dəfə 3 əsas mükafata namizəd olan aktrisa 3 il sonra isə ən uğurlu ifalarından birini göstərdiyi Michel Gondry-nin şedevri Eternal Sunshine of the Spotless Mind filmində Jim Carrey ilə birlikdə oynayır. Oskar və Qızıl Qlobus həsrətinə yenə son qoya bilməyən aktrisa həmin il Marc Forster-in Finding Neverland filmi ilə də BAFTA-ya namizəd olur.



  2006-cı ildə Patrick Wilson və Jennifer Connelly ilə çəkildiyi Little Children filmindəki möhtəşəm ifası ilə növbəti dəfə diqqət mərkəzində olan aktrisa 2008-ci ildə ən məhsuldar ilini yaşayır. Sam Mendes-in Revolutionary RoadStephen Daldry-nin Reader filmlərindəki möhtəşəm ifaları aktrisaya 1 ildə 1 Oskar, 2 Qızıl Qlobus və 1 BAFTA qazandırır. 6-cı dəfə namizəd olduğu Oskarı Reader filmi ilə qazanan Winslet 6 dəfə Oskara namizəd olan ən gənc aktrisa olur (34 yaşında). Həmin il aktrisa baş rolda olduğu Reader filminə görə köməkçi aktrisa nominasiyasında Qızıl Qlobus qazanır. Bunun səbəbi isə aktrisanın Revolutionary Road filminə görə baş rol Qızıl Qlobusunu alması idi.



  2011-ci ildə Roman Polanski-nin Carnage filmi ilə və Mildred Pierce serialındakı ifası ilə Qızıl Qlobusa namizəd olan aktrisa 2-ci ilə mükafatı qazanır. Aktrisa son olaraq ötən il Josh Brolin ilə birlikdə oynadığı Labor Day filminə görə Qızıl Qlobusa namizəd olmuşdu.



  Şəxsi həyatı qalmaqallardan əksik olmayan Kate 1998-ci ildə Hideous Kinky filmlərinin çəkilişlərində tanış olduğu rejissor assistenti Jim Threapleton ilə evlənir. Bu evlilikdən bir qızı olan aktrisa 3 il sonra boşanır və 2003-cü ildə məşhur rejissor Sam Mendes ilə evlənir. 2010-cu ildə boşandıqdan 2 il sonra Ned Rocknroll ilə evlənən aktrisanın bu evlilikdən bir övladı var.







  Bugünə qədər 5 filmdə mahnı oxuyan Winslet-in səsini bəyənən prodüserlər aktrisanı What If adlı mahnı çıxarmasına razı salırlar. Aktrisa disk satışlarına görə İngiltərədə 10-luqda idi. 1996-cı ildə People jurnalının "Dünyanın ən gözəl 50 insanı" siyahısında yer alan aktrisa American ExpressLancome kimi məşhur firmaların reklam simasıdır. 

             

  Hollywoodun ən kaprizli aktrisalarından olan Kate dəfələrlə şedevr filmlərdə baş roldan imtina etmişdir. Winslet eyni zamanda ən çox jurnal üz qabığında şəkli olan məşhurlardandır (300-dən çox jurnalda).



  Kate Winslet-in ən yaxşı 13 filmini təqdim edirik:


















13. Contagion












12. Heavenly Creatures













11. Carnage













10. Hamlet













9. Finding Neverland














8. The Reader













7. Iris














6. Revolutionary Road 













5. Little Children













4. Quills













3. Sense and Sensibility













2. Titanic



















Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder