Tom Hooper Filmləri

 

Gənc nəsil rejissor deyəndə ağla gələn ilk simalardan biri
Tom Hooper-dir. Hooper ara-sıra Wes Anderson-a bənzəyən amma kamera və işıq ilə fərqini göstərən rejissordur. Cəmi 4 uzun-metrajlı filmi var. NolanRitchie ilə birlikdə ingilis rejissorların öndəgedənlərindəndir. 1972-ci ildə Londonda anadan olan Hooper varlı ailəsində bir əli yağda bir əli balda böyüyür. Oxford-dan məzun olur və 20 yaşında rejissorluq karyerasına başlayır.



  2004-cü ildə Tom ilk filmi Red Dust-ı çəkir. Cənubi Afrika istehsalı olan film debüt üçün pis olmasa da heç kimin diqqətini cəlb etmir. 2 Oskarlı istedadlı aktrisa Hilary Swank və ötən il 12 Years a Slave filmi ilə Oskara namizəd olan Chiwetel Ejiofor-un baş rollarında olduğu film qaradərililərin hüquq və azadlıqlarını müdafiə temasında idi. Cənubi Afrikalı hüquqşünas Sarah Barcant New York-dan vətəninə səyahət edir və burada hüquq sistemi ilə mübarizəsi başlayır. Romandan film çəkməyi sevən Hooper-in bu filmi Gillian Slovo-nun eyni adlı əsərindən idi.




  5 illik fasilədən sonra rejissorun 2-ci uzun-metrajlı filmi The Damned United işıq üzü görür. Film böyük əks-səda və tamaşaçı rəğbəti qazanmasa da tənqidçilərin böyük rəğbətini qazanır. Bu film ilə orijinal tərzini də bizə göstərən Hooper 70-ci illərin məşhur məşqçisi Brian Clough-un bioqrafiyasını səhnələşdirir. Michael Sheen və sevimlisi Timothy Spall-ın mükəmməl olmasa da göz oxşayan şirin ifaları 100 dəqiqəlik filmi zövqlə izlətdirir.



  60-70-ci illərdə İngiltərədə Leeds United f/k-nun hegemoniyası var idi. Birdən-birə Brian və köməkçisi Peter-in uğurlu həmlələri Derby Country-ni çempionluğa aparır və 2 klub arasında düşmən münasibətlər formalaşır. İllər sonra Brian-ın Leeds-ə məşqçi gəlməsi isə vəziyyəti qəlizləşdirir.



  Xronologiya ilə oynayan çəkilişi və incə yumoru ilə Damned United idman temalı ən yaxşı filmlərdəndir. 81 Meta xalını da hər idman filmində görmək müşkül məsələdir.



  Damned ilə yavaş-yavaş diqqətləri çəkirdi ki, növbəti il Hooper şah əsəri King's Speech-i çəkir. Film hərtərəfli möhtəşəm şedevrdir. İfalar, kostyumlar, kamera bucaqları, işıq, ssenari, musiqi - hər şey ən yüksək səviyyədədir filmdə. Colin Firth Kral VI George-u canlandırır və ilk Oskarını qazanır. Helena Bonham Carter ən yaxşı ifasını göstərir bu filmdə, Oskarı anlaya bilmədiyim səbəbdən Fighter-dəki Melissa Leo-ya uduzur amma BAFTA-nı alır. Qocaman Geoffrey Rush da həmin filmlədəki Christian Bale-ə uduzur Oskarı.



  İlin filmi seçilməsi və ən yaxşı orijinal ssenari almasının yanında Tom Hooper 28 yaşında ən yaxşı rejissor Oskarını qazanır. Oskarın ədaləti ilə bir neçə istisna xaricində ümumən razıyam, amma 80-ci illərdən sonra verilən rejissor Oskarlarına baxsaq burada tam bir ədalət görürük. Rejissor Oskarı ən çətin əldə olunan mükafatlardandır. Hooper isə bunu bacarır. Filmin real faktlara olan bağlılığı, mükəmməl dialoqlar, gah simmetrik, gah asimmetrik çəkiliş, bir sözlə hamısı möhtəşəm idi.



  Filmin saytımızda məqaləsi var, buna görə mövzuya toxunmayacam, buradan oxuya bilərsiz. Tom Hooper üslubunu tam anlamaq və 2 saat ərzində bir filmdən ala biləcəyiniz maksimum zövqü almaq üçün King's Speech mütləq izlənməlidir. Sondakı nitq səhnəsi də başqa aləmdir.



  2012-ci ildə isə Tom hələlik son filmi Victor Hugo-nun Səfillər əsərindən səhnələşdirilən Les Miserables-i çəkir. İlk musiqili filmi olan Les Miserables teatral havası, dekorasiyalar, makiyaj və kostyumların mükəmməlliyi ilə bərabər Anne Hathaway (Fantine), Hugh Jackman (Jean Valjean), Russell Crowe (Javert), Amanda Seyfrield (Cosette), Eddie Redmayne (Marius), Helena Bonham Carter (Thenardier)-in gözəl səslərinin və ifalarının şahidi oluruq.



  1998-ci ildə Bille August-un çəkdiyi versiya ilə müqayisəyə belə gəlməyən film Hathaway-a ilk Oskarını, Jackman-a ilk Oskar namizədliyini gətirir. Russell hər nə qədər ən vacib rollardan birində olsa da səsi və ifası ilə onların kölgəsində qalır. İlin filmi Oskarına da namizəd olan Les Miserables mütləq alacağı gözlənilən kostyum və dekorasiya Oskarlarını Anna KareninaLincoln filmlərinə uduzur.



  61 milyon dollar büdcəsi və 433 milyon dollar gəliri ilə bu qəbildən ən nəhəng Hooper filmi olan Les Miserables tənqidçilər tərəfindən əvvəlki 2 film qədər bəyənilmir. Səhnələrin ayrı-ayrı teatr oyunları kimi qopuq olması bundakı əsas səbəb göstərilsə də, türkün sözü film başdan sona görsel şölendi. Final isə sadəcə möhtəşəm idi.



  Bugünlərdə isə çəkilişləri tamamlanan Danish Girl filminin üzərində işləyir rejissor. 27 noyabrda premyerası olacaq film David Ebershoff-un eyni adlı romanından səhnələşdirilib və olduqca orijinal mövzusu var. 1920-ci illərdə danimarkalı rəssam Gerda Wegener öz həyat yoldaşı Einar Wegener-in tablosunu çəkir. Amma onu kişi kimi yox qadın kimi çəkir. Tablo ölkədə böyük əks-səda doğurur və feminizmin aktiv üzvlərindən Einar yavaş-yavaş görkəmini qadına oxşadır. Bunun nəticəsində tarixdəki ilk cinsiyyət dəyişmə əməliyyatı baş tutur və Einar qadın olur. Wegener ailəsi dağılmır, ancaq olduqca çətin vəziyyət qarşısında qalırlar.



  Real hadisələri əks etdirən filmdə baş rolları son Oskar qalibi Eddie RedmayneAlicia Vikander ifa edir. Filmdə həmçinin cazibədar Amber Heard-ı da görə biləcəyik.



  Tom Hooper əslində karyerasına serial rejissoru kimi başlamışdı və olduqca uğurlu işləri var idi. Sırasıyla Byker Grove (4 bölüm), Cold Feet (2 bölüm), EastEnders (6 bölüm), Love in a Cold Climate (2 bölüm), Daniel Deronda (3 bölüm), Prime Suspect 6: The Last Witness, I Elizabeth (2 bölüm), John Adams (7 bölüm) seriallarında uğurlu işləri ilə yadda qalan Hooper 3 dəfə namizəd olduğu Emmy mükafatını 2006-cı ildə I Elizabeth serialındakı rejissorluğu ilə qazanmışdı.



  Tom keçən il Jaguar reklamına da rejissorluq etmişdi. 2 dəqiqəlik reklamda Ben Kingsley, Mark StrongTom Hiddleston var.

            


Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder