Tom Cruise. Həyatı və Ən Yaxşı Filmləri

 

Thomas Cruise Mapother 1962-ci il 3 iyulda New York-da
anadan olub. Anası Mary Lee müəllimə, atası isə elektrik mühəndisi olan Tom atasının tez-tez işdən qovulmasına görə mütəmadi başqa şəhərlərə köçməli olurdu. Ontario, Kentucky, New Jersey, Louisville, Ottawa Cruise ailəsinin yaşadığı şəhərlər idi. Tom 14 yaşına qədər ABŞ və Kanadada 11 məktəb dəyişməli olmuşdu. 



  11 yaşı olanda valideynləri boşanan Cruise bir neçə il sonra padre olmaq fikrinə düşür və bunun təhsilini almağa başlayır. Anası və ögey atası ilə New Jersey-də yaşayan gənc Cruise aktyorluğa maraq duymağa başlayır və padre olmaq fikrini təxirə salır. Oxuduğu Gilen Ridge məktəbinin səhnəsində tez-tez çıxış etməyə başlayan Cruise 18 yaşında buradakı təhsilini dayandırır və Manhattan-a köçür.



  1981-ci ildən - 19 yaşında uzun-metrajlı filmlərə çəkilməyə başlayan Tom gülüşü və cazibədar görünüşü ilə bir neçə filmdə özünə yer tapır. Cruise-un məşhurlaşdığı film isə 1983-cü ildəki Risky Business olur. Joe Pantoliano ilə çəkildiyi film ilə Qızıl Qlobusa namizəd olan Cruise 1989-cu ildə Oliver Stone-un bioqrafik filmi Born on the Fourth of July ilə ilk Oskar namizədliyini və Qızıl Qlobusunu qazanır.



  1992-ci ildə Jack Nicholson ilə birlikdə çəkildiyi A Few Good Men filmi ilə Qızıl Qlobusa növbəti dəfə namizəd olan Cruise 4 il sonra Cameron Crowe-un komediya-melodram filmi Jerry Maguire filmi ilə ən yaxşı aktyor Oskarına namizəd olur (Qızıl Qlobus qazanır). Aktyor son Oskar namizədliyini 1999-cu ildə dahi rejissor Paul Thomas Anderson-un Magnolia filmi ilə köməkçi rola görə qazanır. Həmin ifasına görə aktyor Qızıl Qlobusu qazanır. Tom Cruise-un son uğurları 2003 və 2008-ci illərdəki The Last SamuraiTropic Thunder filmlərinə görə Qızıl Qlobusa namizəd olmaq olub.



  Bugünə qədər 37 uzun-metrajlı filmə çəkilən Cruise heç vaxt qısa filmə və seriala çəkilməyib. Aktyorun Top GunJack Reacher filmlərinin 2-ci bölümlərində oynayacağı açıqlanıb. 6 avqustda onu məşhurlaşdıran filmlərdən olan Mission Impossible seriyasının 5-ci filminin premyerası olacaq. 2000-ci ildə seriyanın 2-ci filmi üçün 75 milyon dollar qonarar alan aktyor həmin vaxta qədər ən çox məvacib alan aktyor olmuşdu.

            

  Tom Cruise filmləri və dini fikirləri qədər evləndiyi ulduzlarla da daim gündəmdə olur. 1987-ci ildə dövrün məşhur aktrisalarından Mimi Rogers ilə evlənən Cruise aktrisanın mənsub olduğu Scientology təriqətini qəbul edir. Bu evliliyini böyük səhvi adlandıran aktyor 1990-cı ilin fevralında aktrisadan boşanır. Həmin ilin dekabrında Days of Thunder filmində tanış olduğu Nicole Kidman ilə evlənən Cruise aktrisa ilə 1999-cu ildə Kidman ilə Stanley Kubrick-in Eyes Wide Shut filminə də çəkilir. Filmdən 2 il sonra Kidman-dan ayrılan Cruise 2006-cı ildə Christopher Nolan-ın Batman Begins filmindən tanıdığımız Katie Holmes ilə evlənir. Cütlük 2012-ci ildə boşanır. Cruise-un Kidman ilə qəyyumu olduğu iki övladı, Holmes-dən isə bir övladı var.







  Romantik və başına qəribə hadisələr gələn personajları canlandırması, təsiredici gülüşü və gözləri ilə tanınan Cruise 1997-ci ildə Empire jurnalının "Ən yaxşı 100 film ulduzu" siyahısında 3-cü idi. Dəfələrlə xalq səsverməsi ilə ən yaxşı geyinən kişi seçilən Tom 1990-cı ildə People jurnalı tərəfindən yaşayan ən cazibədar kişi seçilmişdi.



  Tom Cruise-un çəkildiyi bir-birindən keyfiyyətli filmlər içərisindən ən yaxşı 20 filmi təqdim edirik:














20. Valkyrie












19. Vanilla Sky












18. Top Gun












17. The Firm












16. Risky Business












15. The Color of Money












14. Edge of Tomorrow












13. Mission: Impossible seriyası












12. War of the Worlds












11. Interview with the Vampire:
 The Vampire Chronicles












10. The Last Samurai












9. Collateral












8. Tropic Thunder












7. A Few Good Men












6. Eyes Wide Shut












5. Jerry Maguire












4. Rain Man












3. Minority Report












2. Born on the Fourth of July















1. Magnolia




Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder