Marion Cotillard. Həyatı və Ən Yaxşı Filmləri

 

Marion Cotillard 1975-ci il 30 sentyabrda Fransanın
paytaxtı Parisdə anadan olub. Atası Jean-Claude Cotillard rejissor-aktyor və müəllim, anası Niseema Theillaud isə aktrisa və dram müəlliməsi olan Cotillard uşaqlıq illərini Orleans-da keçirir. Kiçik yaşlarından atasının bir çox teatr oyunlarında çıxış edən aktrisa 16 yaşında Parisə köçür və təhsilini burada davam etdirir.



  Artıq 18 yaşından seriallarda və qısa filmlərdə çəkilməyə başlayan Marion 1996-cı ildə Chloe serialı ilə ilk dəfə baş rolu ifa edir. Aktrisanın əsas tanındığı film isə Luc Besson-un ssenarisini yazdığı Taxi seriyası olur. 2000-ci illərdən artıq Hollivud filmlərində də çəkilmək istəyən aktrisa 2003-cü ildə Tim Burton-un Big Fish filmindəki uğurlu ifası, ardından 2006-cı ildə Ridley Scott-un melodramı A Good Year filmindəki çıxışı ilə beynəlxalq arenada tanınmağa başlayır. Cotillard 2004-cü ildə Cannes Film Festivalında yüksəlişdə olan aktrisa mükafatını qazanmışdı.



  2007-ci ildə fransız rejissor Olivier Dahan-ın çəkdiyi müğənni Edith Piaf-ın bioqrafiyası La Mome filmindəki ifasını Cotillard-ın ən uğurlu performansı hesab etmək olar. Oskar, Qızıl Qlobus və BAFTA mükafatlarını qazanan aktrisa Sophia Loren-dən sonra ingilis dilində danışmadan ən yaxşı aktrisa Oskarını qazanan ilk aktrisa olur.



  2009-cu ildə Rob Marshall-ın Nine filmində Daniel Day-Lewis, Penelope Cruz, Nicole Kidman, Judi Dench, Sophia Loren, Kate Hudson kimi məşhurlarla birlikdə oynayan Cotillard Qızıl Qlobusa namizəd olur. Marion son dəfə Qızıl Qlobusa Fransa istehsalı De Rouille et d'os (2012) filminə görə namizəd olmuşdu.



  Christopher Nolan-ın da sevimli aktrisalarından olan Cotillard 2010 və 2012-ci illərdə rejissorun InceptionThe Dark Knight Rises filmlərində çəkilmişdi. Aktrisanın son uğuru ötən ilki 89 Metascore xallı Deux Jours, Une Nuit filmi ilə olur. İfası ilə Oskara namizəd olan aktrisa mükafatı Julianne Moore-a (Still Alice) uduzur. Cotillard həmçinin məşhur rejissorlar Woody Allen, Steven Sodenbergh, Michael Mann-ın filmlərində də oynayıb.



  Leonardo DiCaprio kimi aktiv təbiət mühafizəçisi ulduzlardan olan Marion Cotillard 2011-ci ildən fransız aktyor Guillaume Canet ilə birlikdədir. Cütlüyün bir övladı var.



  Sevimli filmləri Chaplin-in Great Dictator, Capra-nın It's a Wonderful LifeLynch-in Elephant Man-ı olan aktrisanın ən yaxşı 13 filmini təqdim edirik.














13. Taxi seriyası











12. Contagion











11. A Good Year











10. Nine











9. Public Enemies











8. Big Fish











7. La Mome












6. De Rouille et d'os












5. Deux Jours, Une Nuit












4. Midnight in Paris












3. Un Long Dimanche de Fiancailles












2. The Dark Knight Rises












1. Inception



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder