Ingmar Bergman-ın Persona Filminin Analizi

 

  Daimi oxuyucularımızdan Nicat Hacıyevdən
maraqlı film analizi - Persona (1966).



  İlk öncə onu deyim Ingmar Bergman-ın şahəsəri və bir çox filmin ilham qaynağı olmuş bir filmdir.
I.Bergman filmi çəkməzdən əvvəl 1965-ci ildə xəstə idi. Başı dəhşətli şəkildə fırlanırdı hətta yatarkən belə baş fırlanması yaşayırdı. Bergman tavana baxaraq 2 üzün bir-birinə birləşdiyi düşünməyə çalışar və bundan sonra müalicəsi müsbət şəkildə dəvam edər. Sağaldıqdan sonra isə pəncərədən baxarkən çöldə xəstə ilə ona baxan həkimi görər. Persona filmi bu iki insanın münasibətləri əsasında çəkilmişdir.


  Persona nevrozların filmidir. Filmə baxmazdan əvvəl Carl Gustav-ın eyni adlı teoriyasını araşdırmanızı tövsiyyə edirəm. Bu teoriyaya görə, insanlara göstərdiyimiz üzlər başqasının görməsinə icazə verdiyimiz bizim bir parçamız olan persona-dır. Cəmiyyət tərəfindən pis reaksiya görməmək üçün gizlətməyə çalışdığımız bir hissədir. Persona digər adıyla insanların taxmış olduğu maskadır.


  Filmdə insanların gerçək üzlərini sorğulamaq imkanımız olur. Sizcə ən yaxın bildiklərimiz bizə gerçək üzünü mü göstərir? Sizcə hamısı maskamı taxır..? Sadəcə digər insanların olmaq istədikləri kimi davranmağa çalışarıq. Özümüzü sevirik kimi göstərib əslində sevmərik. Və o qədər gözəl aktyorluq edərik ki, bir zaman sonra hansı üzümüzün gerçək olduğunu anlamarıq belə. Ən yaxşısı susmaq və dinləmək, bəlkə də həqiqətən dinləməyi bacara bilsəm insanların heç vaxt etmədiyi kimi digərlərinin maskasını aşağı sala bilərəm, bir an olsa belə səmimiyyəti və məsumiyyəti görmək üçün persona-nın dilini kəsə bilərəm. Susdum artıq, sadəcə dinləyirəm, başqasını oynamaqdan əl çəktim, mənə əvvəl özünüzü, sonra isə məni verin...


  Bergman insan psixologiyasını çox incə şəkildə təhlil edib. Filmi bir neçə dəfə izləməkdə fayda var. Çünki film gücünü dialoqlardan alır. Hətta filmdə bəzi səhnələrdəki dialoqlar təkrarlanır. Bergmanın dialoqları 2 dəfə təkrarlatmasının səbəbi bütün diqqətləri filmin dialoqlarına çəkməsidir. Niyə insanlar heç bir zaman özündən razı qalmaz? Hər zaman qarşısındakı adam olmaq istər? Heç danışmadan və yaxud ancaq danışaraq problemləri həll etmək mümkündür mü? Həmçinin "analıq" qavramı haqqında bir-birimizi sorğuladığımız bir filmdir. Film haqqında heç bir şey bilməyən insan filmə baxdıqdan sonra heç bir şey anlamır. Bunu bilən Bergman "Anlatmaq istədiyimiz hekayə dinlədiyiniz hekayə ilə eyni deyildir " deyir.


  Son zamanlarda psixoloji filmlər deyildikdə insanlar qorxu filmlər başa düşür. Orda tökülən qanlar, qan-dondurucu hadisələr insanların psixologiyasına təsir edir. Haqlıdılar . Amma insanın özünü sorğulaması, əsas da bu filmdən sonra hər kəsmi maska taxır? və ya "mən fərqliyəm , maska taxmıram " deyə fikirləşəcəksiniz bilirəm. İnsan psixologiyasına dərindən təsir edən mükəmməl bir filmdi. Film də deyil sənət əsəridir.

  Mənə görə filmin ən mükəmməl səhnəsi

           
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder