Nuri Bilge Ceylan Filmləri


 
Tony Aliyevin qələmindən Nuri Bilge Ceylan məqaləsi. 


İlk öncə onu deyim ki, bu yazdıqlarım bildiklərimdi yəni müəyyən

mənbələrə girib yazı hazırlamaq olardı amma belə qərar verdim yəni.

Demək bu rejissorun (ssenarist, aktyor, operator, produser, nəmm çox şey)

ilk işi 1995-ci ildə çəkdiyi "Koza" qısa filmidir. Filmdə dialoq yoxdu, diqqətli

izləyici nəyin nə olduğunu tutur yəni. Elə bu qısa filmi ilə Kann

kinofestivalının diqqətini çəkə bilir və film qısa film kimi namizəd olur

Qızıl Palmaya, yarışan filmlər sırasına daxil olur, yox ala bilmir çünki

rəqib "Qaqarin" adlı cizgi film olur. Onuda deyim ki, Qaqarin çox dəhşət

bir şeydi, onu çəkən rejissorun elə yeganə filmi olub. Qayıdım N.B.C-a,

filmlərinə keçməmişdən əvvəl onu deyim ki, adam fotoqrafçı olub,

filmlərindəki hər səhnəni izlədikdə bu adamın necə fotoqrafçı olduğu bilinir,

sağ əli bizim fotoqrafçıların başına. 
Onun filmlərini necə gəldi də izləmək olar amma məsləhətim,

ilk filmindən başlayın, əsasda ilk 3 filmini ard-arda izləyin. Kasaba,

Mayıs SıkıntısıUzak. Əgər məndən Nuri Bilge Ceylanın ən yaxşı filmlərini

soruşsalar, hər birinin yeri var deyərəm ama ilk öncə Uzak və Mayıs Sıkıntısı

deyərəm. Mükafatları barədə çox yazmaq istəmirəm, filmləri ilə demək olar

Qızıl Palma Budağı daxil olmaqla çox mükafatı var, Kannda Ən Yaxşı

Rejissor, Böyük Jüri mükafatı və s.


Uzak filmindən sonra bir müddət filmə ara verən rejissor 2006-cı ildə

"İklimler" filmini çəkir, özü də bu film rəqəmsal kamera ilə çəkilən ilk NBC

filmi olur və çox uğurlu olub deyərdim. Baş rolu NBC özü oynuyur.

2 il sonra "Üç Maymun" filmini çəkir və kannda yarışdığı üçüncü filmi olur.

Filmlərinin mövzusu haqda yazmağı lazım bilmirəm. 3 il sonra biraz

məşhur olan "Bir Zamanlar Anadolu'da" filmini çəkir. Heç rejissorun adını

eşitməmişdim ama bu filmini çox eşitmişdim. Keçən il də çoxumuzun

bildiyi kimi "Kış Uykusu" filmini çəkir. Adamın son iki filmi 2 saat yarımdan

çox olsada, vaxtın necə keçdiyini heç hiss etmirsən yəni NBC 5 saat 

kino çəksə belə şikayətçi olmaram, sakit getsədə hər səhnədən həzz

ala bilirsən. Sonda demək istiyirəm ki, Ən Yaxşı Rejissorları saysam bəlkə

NBC adını gec çəkərəm amma şübhəsiz bu türk rejissor ən yaxşılardandı.










Qaqarin Qısa Filmi

              
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder